Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:05

Prezident iqamətgahının qapısınacan qaça bildi


-

ABŞ Məxfi Xidməti Ağ Evin təhlükəsizliyini gücləndirir. Məxfi Xidmətin rəhbəri Julia Pierson Ağ Evin şimal hasarı boyunca patrulların və müşahidə qurğularının gücləndirilməsinə əmr verib.

Sentyabrın 19-da 42 yaşlı Omar Gonzalez adlı bir nəfər Ağ Evin hasarını aşaraq prezidentin iqamətgahının qapısına qədər qaça bildi. Onu yalnız qapıda, kəndarı keçəndən sonra tuta bildilər.

Axtarış zamanı Gonzalesin üstündən bıçaq tapılıb.

Bıçağın tiyəsi 6 sm-dən bir qədər çox olub.

O da məlum olub ki, Texas ştatından olan 42 yaşlı Gonzalez 18 il ABŞ-ın quru qoşunlarında xidmət edib.

O, İraqda 6 il xidmət edib.

Gonzales İraqda xüsusi təyinatlı qoşunlarda snayper olub.

İndiyə kimi onun qanunla heç bir problemi olmayıb.

Ancaq son 2 ildə faktiki olaraq evsiz imiş.

Gonzalesin keçmiş həyat yoldaşının oğlu ifadə verib ki, Gonzalez travmadan sonrakı stresdən əziyyət çəkir, onun heç bir pis niyyəti olmayıb.

Gonzalesi həbs edən məxfi xidmət işçilərinin dediyinə görə, Gonzalez Ağ Evə girməyini “mühitin psiləşməsi” barədə prezidentə məlumat vermək istəməyi ilə izah edib.

Həmin vaxt prezident iqamətgahında olmayıb.

Ancaq bütün bunlarla yanaşı Gonzales əhvalatı ilə bağlı istintaq gedir.

ABŞ Məxfi Xidməti məsələn, araşdırır ki, necə olub ki, Gonzalez hasarı aşandan sonra yarım dəqiqə qaça bilib, bu vaxtda onun üstünə gözətçi itlərdən birini də buraxmayıblar?

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG