Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 10:53

Avropa futbol çempionatının 4 oyunu Bakıda keçiriləcək


Michel Platini
Michel Platini

-

2020-ci il futbol üzrə Avropa çempionatının 3 oyunu və 4-də bir final Bakıda keçiriləcək.

Qərar UEFA İcraiyyə Komitəsinin sentyabrın 19-da keçirilən yığıncağında qəbul edilib.

İsveçrənin Cenevrə şəhərində keçirilən iclasda AVRO-2020-ni qəbul edəcək 13 ölkəni təmsil edən şəhərlər müəyyənləşib.

Qərara əsasən, çempionat Bakı (Azərbaycan), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), Münhen (Almaniya), Budapeşt (Macarıstan), Roma (İtaliya), Amsterdam (Hollandiya), Buxarest (Rumıniya), Sankt-Peterburq (Rusiya), Qlazqo (Şotlandiya), Bilbao (İspaniya) və Brüssel (Belçika) şəhərlərində keçiriləcək.

Bunlardan 4-ü – Bakı, Münhen, Roma, Sankt-Peterburq qrup oyunlarından sonra 1/4 finalı qəbul edəcək.

Digər 8 şəhərdə isə pley-offun 1/8 final görüşləri keçiriləcək.

Qaydalara əsasən, bu şəhərlərdən 12-si, o cümlədən Bakı qitənin ən nüfuzlu futbol turnirinin 4 matçını qəbul edəcək.

Ev sahibləri AVRO-2020-nin qrup mərhələsinin 3, pley-offun isə 1 (1/8 və ya 1/4 final) görüşünü təşkil edə biləcək.

Yarımfinal ilə final isə Londonda keçiriləcək.

Final «Uembli» stadionunda keçiriləcək. Namizədliyi verilən şəhərlərdən Minsk (Belarus), Skopye (Makedoniya), Solna (İsveç), Kardiff (Uels), Yerusəlim (İsrail) və Sofiya (Bolqarıstan) isə seçilməyiblər.

AVRO-2020-nin final mərhələsində 24 komanda iştirak edəcək.

Turnirin 60 illiyi ilə əlaqədar yarışda heç bir ölkə meydan sahibi kimi seçmə mərhələdən azad olmayacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG