Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:10

Almanlar saz haqqında film çәkir


-

Sazın tarixdәki izlәrini araşdırmaq, mahir saz ustaları ilə ünsiyyәt qurmaq, bu dәyәrli alәti dünyaya tanıtmaq mәqsәdilә almaniyalı musiqiçi vә saz vurğunu Petra Naxtmanova film ustası Stefan Talnoy ilә birlikdә «Saz» layihәsini әrsəyә gәtirmәk fikrinә düşüb.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, bu gәnclәr sözügedən layihә çәrçivәsindә Balkanlardan tutmuş Xorasanadәk 45 aylıq sәyahәt edәrәk saz haqqında ətraflı bir film çәkәcәklәr.

Xəbərdə bildirilir ki, Azәrbaycan mәdәniyyәtinin ayrılmaz parçası olan bu simli alәt barədə ayrıca filmin olmaması, həm də belə filmin çәkilişinә mәhz xarici vәtәndaşların tәşәbbüs göstәrmәsi Azәrbaycan Tәlәbә Şәbәkәsini hərəkətə gətirib.

Şəbəkə Petra Naxtmanova vә Stefan Talnoya mahir saz ifaçıları aşıqlarla şәxsәn tanış olmaq üçün bu ilin iyununda jurnalist Naibә Şirinovanın müşaiyәti ilә Azərbaycana sәyahәt etmәk imkanı yaradıb.

Onlar 8 gün әrzindә Bakıda saz tәdqiqatçıları və aşıqlarla müxtәlif sosial tәdbirlәr, elәcә dә Azәrbaycan Dövlət Mədəniyyət və İncәsәnәt Universiteti, Azәrbaycan Milli Konservatoriyası vә Bakı Musiqi Akademiyasında qiymәtli bilik mübadilәsi apardıqdan sonra çәkilişlәri Gәdәbәydә davam etdiriblәr.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG