-
ABŞ prezidenti Barack Obama Ağ Evdə Ukrayna prezidenti Petro Poroshenko ilə görüşüb. Sentyabrın 18-də Oval Ofisdə danışan Obama “Rusiyanın əvvəlcə Krımı, bu yaxınlarda isə Ukraynanın şərqində ayrı-ayrı hissələri işğal etməsini” pisləyib.
Obama Poroshenko-nun Ukraynaya rəhbərliyi alqışlayıb, deyib ki, bu rəhbərlik “Ukrayna tarixində çox mühüm bir məqamda vacib olub”.
Obama deyib ki, Birləşmiş Ştatlar Ukraynaya ölkənin üzləşdiyi böhranın diplomatik həllini tapmaqda kömək edəcək.
Poroshenko Birləşmiş Ştatların Ukraynana göstərdiyi “nəhəng” dəstəyə görə Obamaya təşəkkürünü bildirib.
Poroshenko bildirib ki, o, Obama ilə enerji məsələsi müzakirə edib. Onun sözlərinə görə, gələn həftə ABŞ “komandası” Ukraynada olacaq, ölkənin enerji durumunu və gələn qışla bağlı ehtiyaclarını öyrənəcək.
Azadlıq Trend
1
Ruben Vardanyana ailəsi ilə əlaqə saxlamağa icazə verilib
2Moskvada Putin-Əliyev görüşü ilə bağlı: 'Sürpriz o ola bilər ki…'
3Əliyev: 'Azərbaycan və Rusiya daha bir möhtəşəm layihəyə başlayır'
4'AvtoVAZ' sanksiyalardan yayınmaq üçün Azərbaycanda avtomobil istehsal etməyə başlayıb?
5ABŞ İsrail batalyonuna sanksiya planlaşdırır
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.