Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:26

Limonov: “Rusiyanın paytaxtı dəyişdirilsin!”


Eduard Limonov həm də qeydiyyata alınmamış "Başqa Rusiya" partiyasının sədridir.
Eduard Limonov həm də qeydiyyata alınmamış "Başqa Rusiya" partiyasının sədridir.

-

Tanınmış rus yazıçısı Eduard Limonov deyib ki, Rusiyanın paytaxtını Baykal gölü ətrafına köçürmək lazımdır. Moskva daha paytaxt olmağa yaramır.

Onun fikrincə, nə qədər ki, Rusiyanın şərqi tam olaraq Çin və Yaponiyanın təsir dairəsinə düşməyib, vəziyyəti dəyişmək lazımdır.

“Paytaxtdan Sakit və Atlantik okeanlarınacan olan məsafə eyni olmalıdır” – deyə yazıçı bildirib.

Limonov hesab edir ki, paytaxtın dəyişdirilməsi zərurəti həm də ölkənin qərbindəki son hadisələrdən irəli gəlir. Xatırladaq ki, Ukrayna NATO və Avropa Birliyi ilə yaxınlaşmaq siyasəti yürütdüyü üçün Moskvanın tezliklə NATO silahları üçün “daha əlçatan” olması gözlənir.

Limonov deyib ki, orta əsrlərdə Moskva qərb sərhədlərindən xeyli uzaqda idi. Müasir dövrdə isə vəziyyət başqadır. (Rusiya imperiyasına hətta Polşa da daxil idi).

Qeyd edək ki, son vaxtlar paytaxtın köçürülməsi ilə bağlı Rusiyada çox təkliflər verilir.

Hətta ötən ay prezident Putin demişdi ki, federal hakimiyyət orqanlarının bəzilərini Sibirə köçürmək olar, məsələn Krasnoyarska.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG