Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:11

Fellininin çəkdiyi qorxunc reklam çarxları – Bax


 Federico Fellini
Federico Fellini

-

Bir çox məşhur rejissorlar reklam çəkib pul qazanmaqdan vaz keçməyiblər.

“Şirin həyat”, “Amarkord” kimi dünyaca məşhur filmlərin yaradıcısı, 5 “Oscar”lı Federico Fellini də.

O, ölümündən 1 il qabaq – 1992-ci ildə Roma Bankı üçün 3 reklam çarxı çəkib. Onlar oxşar süjetə malikdirlər. “Pis yuxular” seriyasındandırlar.

Aktyor Victor Poletti-nin oynadığı yaşlı bir cənab dəhşətli yuxular görüb gecə yatağından dik atılır. Gah qəfildən üstünə şir hücum çəkir, gah tunel başına uçur, gah da qolubağlı halda qatarın yolunda qalır... Səhər dərdini deməyə getdiyi psixoloq ona məsləhət görür ki, bütün bu narahatlıq, həyəcana son qoymaq üçün pullarını Roma bankına qoysun...

Bu süjetlər qismən Fellininin öz yuxularını qeyd etdiyi bloknotundandır.

XS
SM
MD
LG