Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:45

Azərbaycanda dərs ili başlandı


-

Sentyabrın 15-dən Azərbaycanda 2014-2015-ci il dərs ili başlayıb. Bu il Azərbaycanda 139 mindən çox uşaq birinci sinfə gedir.

Yeni dərs ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayır. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək.

Bu il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya yenidən qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib, 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub.

Yeni tədris ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışır.

DƏRS İLİNİN İLK GÜNÜ TIXACLAR

Dərs ilinin başlanması Bakının müxtəlif yollarında tıxaclarla müşahidə olunur.

Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Bilik Günü ilə bağlı Bakıda bütün istiqamətlərdə avtomobillərin böyük sıxlığı müşahidə olunur:

«Paytaxtın bütün istiqamətlərdə yollarda zolaqlar üzrə avtomobillərin sıx cərgələnməsi müşahidə edilir. Xüsusilə təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə, o cümlədən Babək prospekti ilə şəhər istiqamətinə, Koroğlu Rəhimov küçəsindən metronun «Gənclik» stansiyası istiqamətinə, Azadlıq və İnşaatçılar prospektlərindən şəhərin mərkəzinə doğru, Bayıl qəsəbəsindən Azneft dairəsi istiqamətinə, Tbilisi prospektində 20 yanvar dairəsindən şəhərin mərkəzinə doğru, metronun «Koroğlu» stansiyasından şəhərə doğru Heydər Əliyev prospekti boyu, Parlament prospektində və s. yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG