Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:42

David Cameron: «Onlar müsəlman deyillər. Onlar yırtıcıdırlar»


David Cameron
David Cameron

-

“Onlar İraq və Suriyada minlərlə insanı qətlə yetirməkdədirlər: müsəlmanları, xristianları, azlıqları. Öz qəddarlıqları ilə öyünürlər. Bunu İslam adından etdiklərini iddia edirlər. Bu absurddur. İslam sülh dinidir. Onlar müsəlman deyillər. Onlar yırtıcıdırla​r”.

Britaniyanın baş naziri David Cameron bunu britaniyalı humanitar yardım işçisi David Heines-in Suriyada sünni yaraqlılar tərəfindən başının kəsilməsinə münasibət bildirərkən deyib. O, Heines-i “Britaniya qəhrəmanı” adlandırıb:

“Britaniya xalqı bilməlidir ki, İŞİD adlanan bu fanatik təşkilat nəinki britaniyalı girovu öldürüb, həm də Avropa və bizim ölkəyə hücum etməyi planlayır. Biz sülhpərvər xalqıq, qarşıdurma istəmirik, amma biz anlamalıyıq ki, təhlükəsizliyimizə təhdidləri qulaqardına vura bilmərik. Biz addım-addım İŞİD-i zəiflədib məhv etməliyik. Bunu tək yox, müttəfiqlərimizlə birlikdə etməkdə israrlıyıq”.

Britaniyanın baş naziri deyib ki, anti-terror strategiyası çərçivəsində İraq hökuməti ilə əməkdaşlıq edəcəklər. İlk növbədə çalışacaqlar ki, İraq hökuməti xalqın dəstəyinə malik, öz xalqını qorumaq əzminə malik bir hökumət olsun. Bundan başqa regional kürd hökumətinə yardımları davam etdirəcəklər. O hökumət ki, Britaniyanın silah yardımı ilə azlqları da qoruyur, o cümlədən xristianları.

Cameron deyib ki, ABŞ İŞİD-ə qarşı hərbi əməliyyat aparır və Britaniya da öz döyüş və kəşfiyyat təyyarələri ilə ilə buna kömək edir. İraqdakı əməliyyatlara britaniyalı əsgərlər qatılmasa da, bu işə lazımı dəstək veriləcək.

İŞİD bundan qabaq iki amerikalı girovun da başını kəsib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG