Keçid linkləri

Təcili xəbərlər

Təkcə Putinin deyil, həm də Tolstoyun Rusiyası var...


Sergey Elkin-in karikaturası
Sergey Elkin-in karikaturası

-

Gözlə

No media source currently available

0:00 0:04:23 0:00
Direct-ə keçid

POLİTOLOGİYANIN 3 AÇARI

Eyni bir siyasi hadisəyə və ya eyni bir ölkəyə münasibətdə politoloqlar və siyasi təhlil adamları 3 aspektdən yanaşırlar.

Bəzisi bunu insan psixologiyası aspektindən, digəri geosiyasət prizmasından, bir qeyrisi isə mədəniyyət bucağından edir. Bu minvalla hər siyasi prosesin ən azı üç açarı olur: psixologiya, geosiyasət və mədəniyyət...

Səbəbini tam şəkildə bilməsək də, Azərbaycanda daha çox dəbdə olan ikinci yanaşma, geosiyasətdir. Yerli təhlilçilər bir ölkəni başa düşmək, onun davranış motivasiyasını anlamaq üçün özlərini elə də əziyyətə salmırlar, dərhal siyasi çoğrafiyaya və yaxud da ki, geosiyasətə müraciət edir, müxtəlif dövlətlərin maraqları prizmasından bu və ya digər problemi anlamağa cəhd edirlər.

Bizə gəldikdə isə daha çox kompleks yanaşmanın tərəfdarıyıq. Düşünürük ki, yalnız kompleks şəkildə yanaşmaqla bu və digər problemi araşdırmaq olar. Di gəl, bəzən daha çox üçüncü amilə-mədəniyyətə də üstünlük veririk...

Götürək elə Rusiyanı. Bu ölkənin geosiyasi motivasiyası aydındır, o, özünə keçmiş SSRİ-nin qüdrətini və nüfuz sferasını qaytarmaq istəyir. Onun liderinin - V.Puntin-in də davranışını psixologiya prizmasından anlamaq elə bir çətinlik törətmir.

Rusiyanın geosiyasi motivasiyası aydındır, o, özünə keçmiş SSRİ-nin qüdrətini və nüfuz sferasını qaytarmaq istəyir.

Zigmund Freud deyirdi ki, insanın psixologiyası uşaqlıqda topladığı təcrübədən asılıdr. Görünür, Rusiya prezidentinin uşaqlığı elə keçib ki, o sovet gerçəkliyini daha çox hiss edib, onun güclü təsiri altında olub...

Daha çətini isə mədəniyyət aləmidir, çünki mədəniyyət, mədəniyyət hadisələri və adamları millətin etno-psixoloji kodlarıdır.

Bu günlərdə bir daha Rusiya haqqında düşünərkən yadıma düşdü ki, bu gün həm də Lev Tolstoy-un doğum günüdür. Bəli, 186 il bundan əvvəl Lev Tolstoy dünyaya göz açıb...

MEQAYAZIÇI...

Onun haqqında adi ölçülərdə düşünmək olmur. Bu mənada o, öz ölkəsilə assosiasiya yaradır. Rusiya özü də ölçüsüzdür. Bir rus dostum deyirdi ki, mən Rusiyanı qatarla, avtomobillə gedəndə daha çox hiss edirəm...

Bu mənada Tolstoy adi yazıçı deyil, o, meqa-yazıçıdır. Tolstoy həqiqətən də böyükdür. Miqyasına görə dünya ədəbiyyatında onunla müqayisə oluna biləcək ikinci yazıçı tanımıram...

ANLAŞILAN QƏDƏR DƏ ANLAŞILMAZ...

“Rusiyanı ağılla dərk etmək mümkün deyil” deyiblər. Lev Tolstoy-u da dərk etmək, başa düşmək olduqca çətindir. Bir yazıçı kimi o, daim harmoniyanın içindədir, ona harmoniya axtarmağa ehtiyac yoxdur. Bu mənada Tolstoy digər bir nəhəngdən- Fyodr Dostoyevsky-dən çox fərqlənir. Sonuncu bir yazıçı kimi daim harmoniya axtarır...

Amma bir fərd kimi Tolstoy-un da harmoniyaya böyük ehtiyacı var. Onun həyatı, xüsusən də son illəri çox dramatik olub. Bunu hamı bilir. Bu mənada elə Rusiyanın özü ilə bir assosiasiya var. Rusiya da öz içində harmonikdir. Amma çöldə, dünyada o, daim kiminləsə çarpışır, daim nəsə axtarmağa, daim genişlənməyə cəhd edir...

Adi rus adamı nifrətdən uzaq olur. Tolstoy-da da nifrət yoxdur. Onun Platon Karataev-i yaralı fransız əsgərinin yarasını sarıyır. Və yaxud da o, Rusiyanın düşmənlərindən birini – Hadji Murad-ı necə təsvir edir? Bu mənada Rusiyanın öz bətnində də nifrət yoxdur. Nifrət daha çox çölə çıxanda təzahür edir... Rusiya üçün nifrət öz bətnindən ayırıb tulladığı körpəsi kimidir. Bu körpələr də digərləri kimi “Ana Rusiya”, “Rusiya ana” deyirlər...

Bir çox hallarda rusların “əvəzinə” millətçilik edənlər adətən Rusiyada yaşayan qeyri-ruslar olublar. Onlar millətçilik edir, hətta bəzən şovinizmə də yuvarlanırlar...

Bəzən bu “körpə”lər adamları çaşdırır. İnsanlar onları tanıya bilmir. Adi rus adamı kimdir? O, Vladimir Zhirinovski kimi olurmu? Burada istənilən adamla mübahisə etməyə hazırıq. Məsələ bundadır ki, adi rusun ləhcəsini mənimsəmək, onun hətta məişət psixologiyasını mənimsəmək olar, amma adi rus olmaq olduqca çətindir...

Bir çox hallarda rusların “əvəzinə” millətçilik edənlər adətən Rusiyada yaşayan qeyri-ruslar olublar. Onlar millətçilik edir, hətta bəzən şovinizmə də yuvarlanırlar...

TOLSTOY DA KİMƏSƏ PAXILLIQ EDİRDİMİ?

Tolstoy-u ideallaşdırmaq fikrindən uzağıq. O, həm meqa-yazıçı idi, həm də
adi bir qraf. O, daim həqiqət axtaran bir rahib idi, həm də ki, günahkar Allah bəndəsi. Bu mənada o, həm hamı kimi idi, həm də deyildi...

Mən insan Tolstoy-un məziyyətlərindən bəhs etmək fikrindən uzağam. Məni daha çox yazıçı Tolstoy maraqlandırır. Həmişə düçünmüşdüm ki, o, bir yazıçı kimi o qədər qüdrətli idi ki, başqa yazıçıaya heç vaxt qibtə etməzdi.

Amma yox. Sən demə, edibmiş. Özü də Ceyms Coys-u oxuyandan sonra. Deyibmiş ki, bunu əvvəl oxusaydım “Anna Karenina”nı başqa cür yazardım.
Təsəvvür edirsinizmi?..

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG