Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 01:08

Toylara məhdudiyyət qoymuş Tacikistanda 5 ildə nə dəyişib?


Düşənbədə toy
Düşənbədə toy

-

Şadlıq evlərində qiymətlər qalxıb...

Tacikistanda mərasimlərə məhdudiyyət qoyulması təşəbbüsü şəxsən prezident Emomali Rahmondan gəlmişdi.

2007-ci ildə parlament toy, ad günü və yas mərasimlərini tənzimləyən qanun qəbul etmişdi.

Tacikistan haqda xəbərlər hazırlayan Asia-plus saytı 5 ildə toylarla bağlı məhdudiyyətlərə necə əməl edildiyini araşdırmağa çalışıb.

İqtisadçı, biznesmen, Xovar Racabov deyib ki, yeni qanun əsasən kənd yerlərində effekt verir. Kasıblar üçün sərfəlidir. Yeni qanuna görə, toy iki gündən çox çəkə bilməz, toya 150 nəfərdən artıq adam dəvət etmək olmaz. Xovar Racabovun sözlərinə görə, yeni qanun qəbul olunandan sonra toylara dəvət qaydasında dəyişiklik olub. İndi toya az qalmış dəvətlilərə bir də zəng edib gəlib-gəlməyəcəklərini dəqiqləşdirirlər. Yerin “yanmasını” istəmirlər. Amma biznesmen bu məsələnin qüsurlu tərəfindən də danışır:

Düşənbədə toy
Düşənbədə toy

- Olub ki, toyda qonaq sayı 150-ni keçib. 4 nəfər çox olub. Mərasimlərin icrasına nəzarət edən komissiyanın üzvü toy yiyəsini 100 somoni cərimə edib. Onlar nəzərə almırlar ki, toya əlavə adamlar gələ bilər. Şəhərlərdə isə kiminsə nədəsə qənaət etdiyini eşitməmişəm. Çünki əvvəllər toya 400 nəfər çağırırdılar, yerin qiyməti də 9 dollar idi. İndi isə yerin qiyməti azı 23 dollardı. O da əgər restoran yiyəsi tanış adamdısa. Yəni burda hansısa qənaətdən danışmaq olmaz. Xidmət haqqı bahalaşıb. Niyə? Çünki restoranlar bilirlər ki, əvvəlki kimi 400 nəfər olmayacaq. Olacaq uzağı 150 nəfər.

İqtisadçı deyir ki, əlbəttə, qanun qəbul ediləndən bəri getmiş inflyasiyanı da nəzərə almaq lazımdır. Amma qiymətlər bu qədər qalxa bilməzdi.

Asia-Plus saytı mərasimlərə nəzarət edən komissiyaların tabe olduğu Dini İşlər Komitəsinə də müraciət edib. Komitənin idarə rəisi Azizulla Mirzoev bahalaşmanı inflyasiya ilə izah edir. O deyir ki, toy mərasiminin xərcini oğlan və qız evləri bərabər əsasda çəkməlidir. “Fotixa” (nişan), “çoyqaştaq” (gəlinin rəfiqələri üçün məclis) və bəzi başqa mərasimlər qadağandır. Toy istirahət günləri keçirilməlidir və 3 saatdan çox çəkə bilməz.

Dövlət orqanları bildirir ki, mərasimlər haqda yeni qanundan sonra ölkədə ailə quranların sayı artıb.

Amma o da məlum olub ki, rəsmi statistikaya əsasən, ildən-ilə yeni qanunu pozanların sayı artır.

2007 – 91 pozuntu

2008 – 172

2009 – 221

2010 – 157

2011 – 238...

Asia-plus

2012

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG