Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:28

Atatürk deyirdi: «Qərbə gedin» - Mətbuat icmalı


-

Putin blef edir, o, qışda Avropaya qazı kəsə bilməz. Kəssə, Avropanın da öz imkanaları var. Azərbaycan İsraildən 21 gəmi alıb. ABŞ-ın tarix boyu ən böyük uğursuzluğu hətta Vyetnam müharibəsi də deyil, 2003-cü ildə İraqa girməkdir. Davutoglunun cəmi bir yolu var - Atatürkün sözünə qayıtmaq: “Qərbə gedin”.

Dünya mediası bu gün nədən yazır?

PUTİNİN BLEFİ

ABŞ-ın Azərbaycanda keçmiş səfiri olan , indi isə Tallində Müdafiə Araşdırmaları Beynəlxalq Mərkəzinin direktoru Matthew Bryza Financial Times qəzetində yazır ki, Putin blef edir, Avropaya qazı kəsməyəcək. Bryza yazır ki, Avropa Rusiya qazından doğrudan da çox asılıdır, Rusiya bundan istifadə edib, Avropaya qışda qazı kəsməklə hədələyir, ancaq Avropanın Rusiya qazından asılılığı azaltmaq imkanları da var.

Bryza Avropa Birliyi ölkələrində bütün qaz anbarlarını indidən doldurmağı, maye qaz almağı və bütün bunlar üçün maliyyə resursları yaratmağı təklif edir.

Bryzanın gəldiyi nəticə budur ki, Avropa Rusiya qazı olmadan da ötüşə bilər, Rusiya qazı kəsmək hədəsini əslində reallaşdıra bilməz. Putin belə hədələməklə blef edir. Bryza yazır ki, buna görə Avropa liderləri öz aralarındakı mübahisəyə son qoyub, Rusiyanın Ukraynadakı hərəkətlərinin qabağını alsınlar.

AZƏRBAYCAN İSRAİLDƏN 21 GƏMİ ALIB

İsrailin Haarets qəzeti yazır ki, Azərbaycan İsraildən 21 sahil mühafizəsi gəmisi alıb. Haarets bunu Eurasianet.org saytına istinadla bildirir. Azərbaycan aldığı gəmilər haqda rəsmi məlumat verməsə də, müdafiə və kəşfiyyat dərgisi Jane’s Azərbaycanın 6 Shaldag Mk V patrul qayığı və Saar 62 sahil gəmisi aldığını təsdiqləyib. Jane’s iyul ayında çəkilmiş rəsmi şəkillərə əsaslanır. Gəmilərin və ya onların fonundakı şəkillər Azərbaycan prezidentinin saytında yerləşdirilib.

Eurasinet.org yazır ki. Azərbaycan prezidenti İsraildən daha güclü silahlanmış gəmi – Saar 72 gəmisinin alınması istəyini bildirib.

Azərbaycan İsraillə 2012-ci ildə 1,6 milyard dollarlıq silah müqaviləsi imzalayıb. İsrail bu müqavilə ilə Azərbaycan pilotsuz təyyarələr və hava hücumundan müdafiə sitemləri verməlidir. Keçən il gəmilər əleyhinə Gabriel -5 raketlərinin alınması ilə bağlı İran Azərbaycana xəbərdarlıq etdi.

ABŞ-IN ƏN BÖYÜK 5 FİASKOSU

Amerika tarixi haqda kitabların müəllifi, National İnterest dərgisinij siyasi redaktoru Robert Merry ABŞ-ın 5 ən böyük fiaskosu, uğursuzluğu haqda məqalə yazıb.

Uğursuzluqları axırdan əvvələ sıra ilə düzən müəllifin fikrincə, 5-ci ən böyük fiasko 1961-ci ildə Bay of Pigs müdaxiləsi idi. Pis təlim görmüş 1500 əsgərlə ABŞ Fidel Castro rejimini yıxmaq istədi.

4-cü ən böyük uğursuzluq 1992-ci ildə Somaliyə müdaxilə idi.

3-cü ən böyük uğursuzluq 1965-1975-ci illərdəki Vyetnam müharibəsidir.

2-ci ən böyük uğursuzluq ABŞ-ın Birinci Dünya Müharibəısinə qoşulması idi.

Bütün bunlardan sonra müəllif yazır ki, ABŞ-ın bütün tarix boyu 1-ci ən böyük fiaskosu 2003-cü ildə İraqa girməsidir.

YENİ DAVUTOGLU

Soner Cagaptay Foreign Affairs məcmuəsində “Yeni Davutoglu” məqaləsində Türkiyənin yeni baş naziri Ahmety Davutoglu haqda yazır ki, Davutoglu 1990-cı illərdə öz karyerasına beynəlxalq münasibətlər üzrə professor kimi başlayıb. 2003-cü ildə xarici işlər naziri Abdulla Gülün müşaviri olsa da yenə az tanınırdı. Müəllif yazır ki, 2005-ci ildə onunla Ankarada görüşəndə təəssüratı belə olub ki, Osmanlı tarixini dərindən bilən Davutoglu Türkiyəni regional gücə çevirmək əzmindədir.

Ancaq müəllifin fikrincə, Osmanlını canlandıran Davutoglu Türkiyənin xarici siyasətində Atatürkçülüyü aradan qaldırdı.

Bunun nə demək olduğunu geniş izah edən müəllif yazır ki, Mustafa Kamal Atatürkün bir şüarı vardı: “Qərbə gedin”.

Atatürk və ondan sonra gələn ölkə başçıları Türkiyəni Avropa ölkəsinə çevirmək istəyirdilər.

Bunu etmək üçün bütün türk sivilizasiyasını, Yaxın Şərqdə Osmanlının rolunu, ölkənin müsəlman irsini yenidən qiymətləndirmək lazım idi.

Nəticədə Türkiyə yeni dünyəvi milli mənliyi olan, xarici siyasətdə qarışmamaq mövqeyindən çıxış edən müasir ölkə olmalı idi. Və bir gün o, Avropa ölkələri sırasına qoşulmalı idi.

Davutoglu Atatürkçü deyil. Onun baxışları - Osmanlı dövrünün dövlətçiliyini ideallaşdırmaq, Yaxın Şərqlə Türkiyənin əlaqələrini möhkəmləndirmək və Türkiyənin regionda hakimiyyətini gücləndirməkdir.

Müəllifin fikrincə, Osmanlının yenidən dirçəldilməsi Türkiyənin regiona qaynayıb-qarışması Türkiyəni regional təhlükələrə həssas etdi.

Cagaptay yazır ki, Davutoglunun xarici işlər naziri kimi siyasəti Türkiyəni Yaxın Şərqin bir hissəsinə çevirib və Ankaranın bundan yaxa qurtarması artıq gecdir.

Türkiyə indi Yaxın Şərq reallığının bir parçasıdır, Yaxın Şərqin bütün problemləri ilə Türkiyə də üz-üzədir.

Müəlliufin fikrincə, indi Davutoglunun cəmi bir yolu var: Atatürkün mantrası – “Qərbə gedin”.

Bu halda Türkiyə özünün həqiqi müttəfiqləri – ABŞ, Avropa ölkələri ilə birlikdə regional təhlükələrə sinə gərə bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG