Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:29

Kocharian "Nuhun Gəmisinə " müsahibə verir


Ermənistan iqtisadiyyatı “böyük neqativ gözləntilər zolağına daxil olub”. Bunu Ermənistanın keçmiş prezidenti Robert Kocharian Rusiyada rus dilində çıxan “Nuhun Gəmisi” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, Ermənistan iqtisaiyyatının indiki vəziyyəti və gələcək perspektivləri haqda optimist düşünməyə onun nə daxili, nə də xarici səbəbləri var.

Əksinə, son vaxtlar qlobal iqtisadiyyata yeni təhlükələr çıxıb. Qərbin və Rusiyanın qarşlıqlı sanskiyaları dünya iqtisadiyyatına necə təsir edəcək, buna Rusiya iqtisadiyyatı necə reaksiya verəcək, bütün bunlar nə qədər davam edəcək- bunların təsirini hələ qiymətləndirmək lazımdır.

Kocharianın sözlərinə görə, Ermənistanın Avrasiya İqtisadi Birliyinə daxil olmağı onun İran və Gürcüstanla ticarətinə necə təsir edəcək? – bu da məlum deyil.

Bəs nə etmək lazımdır? – sualına cavabında Kocharian deyib ki. iqtisadiyyatı sağlamlaşdırmaq lazımdır.

Öz hakimiyyəti dövründə oliqarxların görünməmiş gücləndiyi Kocharian indi deyir ki, iqtisadiyyatı monopoliyalardan azad etmək lazımdır, nüfuzlu məmurların və qohumlarının iştahının qabağını kəsmək lazımdır. Bunsuz mümkün deyil. Cəmiyyətə aydın siqnal verməl lazımdır ki. işgüzarlıq arzu olunandır və dəstəklənəcək. “Şəxsi maraqları bir neçə illiyə arxa plana keçirmək ıazımdır, bu maraqları unutsalar, lap yaxşıdır”.

Eks-prezidentin orijinal təklifləri də var:

"iş həftəsini də çox saylı “mereloslarla” deformasiya etməyə son qoyulmalıdır" ( “merelos” – Azərbaycanlılarda cümə axşamları kimidir, ancaq ermənilərdə bazar ertəsinə düşür və həmin gün ölənlərin xatirəsi yad olunur) .

Kocharianın daha bir orijinal təklifi budur ki, "avqustda səhər 6-da gün çıxır, iş isə saat 9-da başlanır- bu, anormaldır". Kocharianın fikrincə, bu iş rejimini "ölkəyə sırıyıblar və bu, tormozlayıcı rejimdir, sürətləndirici yox".

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG