Keçid linkləri

Təcili xəbərlər

Qarabağ üçün daha bir payız gərginliyi yaxınlaşır


Prezident İlham Əliyev Ağdam rayonunda hərbi hissədə erməni qüvvələrinin mövqelərini izləyir. 6 avqust 2014
Prezident İlham Əliyev Ağdam rayonunda hərbi hissədə erməni qüvvələrinin mövqelərini izləyir. 6 avqust 2014

-

Gözlə

No media source currently available

0:00 0:04:57 0:00
Direct-ə keçid


ERMƏNİSTANDA NƏYƏ HAZIRLIQ GÖRÜLÜR?

Azərbaycanla Ermənistan arasında atəşkəs rejiminin çox intensiv şəkildə pozulması və Soçi görüşündən sonra onun yenidən adət olunan səviyyəyə enməsi özündə hələ də bir sıra suallar yaşadır: Bu, nə idi? Rusiya ilə Ermənistan Azərbaycanı, necə deyərlər, sınamaq, “dişinə vurmaq” istəyirdi, yoxsa bu hadisə Ermənistanın özəl təşəbbüsü idi?

Hər halda, sual sualdır və suallar bir qayda olaraq öz cavablarını gözləyirlər. Ən maraqlısı isə budur ki, elə bu günlərdə Ermənistandan daha bir soraq gəldi. Bəli, belə məlum oldu ki, bu ölkədə ən böyük konsert salonlarından birini, daha dogrusu, elə ən böyüyünü hərbi hospitala çeviriblər...

Bu xəbərə də adekvat cavab verilmədi. Halbuki Ermənistan iki səbəbdən belə edə bilərdi. Ola bilsin, Ermənistan rəhbərliyi daxildə özünə siyasi xal qazandırmaq istəyir və belə göstrəməyə çalışır ki, onun üçün ən prioritet məsələ Dağlıq Qarabağ və bir də bu bölgədə gedən proseslərdir...

Amma konsert-əyləncə mərkəzinin hospitala çevrilməsinin prinsipcə başqa səbəbləri də ola bilər. Hərbdə adətən böyük hücumlara hazırlaşarkən və yaxud da böyük hücumlar ərəfəsində arxa cəbhəni möhkəmləndirirlər.

Ola bilsin ki, ya Ermənistan payızda böyük əməliyyatlara hazırlaşır və yaxud da ki, nə vaxtsa Bakının belə əməliyyatlara başlaya bilməsindən ehtiyat edir.

TƏK ERMƏNİSTAN OLSAYDI...

Təbii ki, bu, adi bir ehtimaldır, daha çox təhlilçi fərziyyəsidir və bəlkə də məsələ yalnız Ermənistanın özündən asılı olsaydı o, siyasətini azacıq da olsa cilovlamağa cəhd edərdi. Amma ortalıqda Rusiya da var.

Bu yaxınlarda Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri görüşərkən bu ölkənin Ermənistanda dislokasiya olunan hərbi hissələri yerli hərbi birləşmələr ilə birgə əməliyyatlara başladılar.

Rusiya Ermənistanın Avrasiya İttifaqına Dağlıq Qarabağsız daxil olmsında israr edir - Rusiya hələ Bakı üçün qapıları açıq saxlamaq istəyir...

Rusiyanın səmimiyyətinə inanmamaq üçün kifayət qədər əsas var. Hərçənd Rusiya rəhbərləri özlərini elə göstərirlər ki, sanki Azərbaycanın birinci dostları elə onlardır.

Güman ki, payızda Avrasiya İttifaqı və Gömrük Birliyilə bağlı məsələlər yenidən aktuallaşacaq. İndi maraqlısı budur ki, Rusiya Ermənistana Avrasiya Birliyinin təsisçisi olmağa imkan vermədi.
Ola bilsin ki, bunun da iki izahı var.

Birincisi, Rusiya Ermənistanı özündən o qədər asılı hesab edir ki, ona birinci rol vermək istəmir.

İkincisi, Ermənistanın Avrasiya İttifaqında təsisçi olması Azərbaycanı daha da çəkindirərdi, onun bu təşkilata qarşı olan neqativ münasibətini bir az da tündləşdirərdi...

Ola bilsin ki, məhz elə bu səbəbə görə də Rusiya Ermənistanın Avrasiya İttifaqına Dağlıq Qarabağsız daxil olmsında israr edir - Rusiya hələ Bakı üçün qapıları açıq saxlamaq istəyir...

BAKI ÖZ SİYASƏTİNƏ ARXAYINDIR, AMMA...

Düzdür, Bakıda güman edirlər ki, onların ehtiyatlı siyasəti Rusiyanın təhdidlərini sovuşduracaq. Amma Azərbaycanın NATO və Avropa Birliyi ilə bağlı planlarının olmaması dogrudanmı Rusiyanı axıra qədər qane etmək iqtidarındadır?

Bakı rəsmiləri kimi hamı buna inanmaq istərdi. Amma Rusiya heç bir vaxt öz nəfsinə “yox” demir, onu qismən də olsa məhdudlaşdırmağa çalışmır...

Bütün bu proseslərin bir neqativ tərəfi də budur ki, qarşıdan ermənilərin iddia etdikləri “soyqırımın” 100 illiyi gəlir. Ermənistan rəhbərliyi nəinki öz əhalisinin, həm də erməni diasporunun qarşısında hesabat verməlidir.

Ona görə də Azərbaycanı özlərinə sərf edən sülh varinatına təhrik etmək istəyirlər. Həm də "soyqırımı" yubileyi ərəfəsində dünyanın diqqətini özlərinə cəlb etməyə çalışırlar...

...bu payız da gərgin olmağı vəd edir. Bunu həm də iki ölkə arasında yaranmış vəziyyət - indiki “nə sülh, nə müharibə” vəziyəti diqtə edir. Proseslərin inkişaf əqrəbi elə mütəhərrik vəziyyətdədir ki, hər an arzuolunmaz istiqamətə tərəf yönələ bilər...

Ermənistan üçün əsas odur ki, "soyqırımı" adlandırdıqları bu hadisənin 100 illıiyi ərəfəsində daha bir neçə ölkə bu mifik hadisəni tanısın, ABŞ prezidenti öz müraciətində "soyqırımı" sözünü işlətsin. Bunun üçün lazım olsa Ermənistan böyük tələfatlarla müşayət olunan hərbi əməliyyatlara da başlaya bilər...

Üstəlik, ölkə daxilində Serzh Sarkisianın hakimiyyəti fövqəl möhkəmliyə malik deyil və öz qonşusundan fərqli olaraq bu hakimiyyət müəyyən mənada ictimai rəydən asılıdır.

Azərbaycanın güclənməsi və daha müasir silahlarla silahlanması Ermənistan cəmiyyətini həqiqətən də təşvişə salır. Elə məhz bu səbəbdən də Serzh Sarkisian uzaqvuran raketlər və ən müasir silahlar haqqında danışır...

ERMƏNİSTAN HƏLƏ DƏ RUSİYADAN UMUR...

Bununla o, həm də müəyyən qədər Rusiyanı da şantaj etməyə, ondan daha yeni silahlar qopartmağa, ümumiyyətlə, bu ölkənin Ermənistana olan diqqətini artırmağa cəhd edir...

Sentyabrda Rusiyanın baş naziri Dmitry Medvedevin də bu ölkəyə səfəri gözlənir. Güman edilir ki, səfər Ermənistanın Rusiyadan aslılığını bir az da artırmağa yönəlib. Məsələ bundadır ki, bu ölkə hətta özünün iflic olmuş sənaye müəssisələrini də Rusiyaya təklif edir.

Amma Rusiyanın özü də indi elə bir vəziyyətdir ki, səxavət nümayiş etdirmək gücündə deyil. Ermənistan əhalisi isə artan templə ölkəni tərk edir...

Qərəz, bu payız da gərgin olmağı vəd edir. Bunu həm də iki ölkə arasında yaranmış vəziyyət - indiki “nə sülh, nə müharibə” vəziyəti diqtə edir. Proseslərin inkişaf əqrəbi elə mütəhərrik vəziyyətdədir ki, hər an arzuolunmaz istiqamətə tərəf yönələ bilər...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG