Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:51

Foley-nin ailəsindən 100 milyon avro istənilib


Foley
Foley

Avqustun 21-də Frans Press amerikalı jurnalist James Foley-nin azad olunması cəhdlərində bilavasitə iştirak etmiş şəxsə istinadla xəbər verdi ki, İraq İslam Dövləti yaraqlılarının Foley-nin ailəsinə göndərdiyi məktubda onu azad etməyə fantastik 100 milyon dollar istəyiblər.

Eyni mənbə bildirirdi ki, avqustun 13-də Foley-nin ailəsi ikinci məktubu alıb. Orda yaraqlılar elan edirdi ki, ABŞ-ın hava zərbələrinə cavab olaraq Foley edam olunacaq.

Frans Pressin bu xəbəri yayılandan az sonra Foley-in işlədiyi GlobalPost bildirib ki, əslində daha çox pul istənilib. GlobalPost xəbər saytının sözçüsü Frans Pressə deyib: "GlobalPostun icra rəhbəri Philip Balboni bildirir ki, yaraqlılar 100 milyon avro istəyib" . Yəni 132 milyon dollar.

Frans Press Foley ilə birlikdə əsirlikdə olan Fransa vətəndaşı Nicolas Heninlə də danışıb. Henin deyib: “Azad etdirmək üçün pul verməyən ölkələrdən olanlar anlayırlar ki, onların vəziyyəti mürəkkəbdir”.

Vaxtilə yaraqlıların girovu olan və adının çəkilməsini istəməyən başqa bir fransalı agentliyə deyib: “əsirlikdə amerikalılar və avropalılar müxtəlif hisslər keçirir. Amerikalılar bilirlər ki, bizim ölkələrdən fərqli olaraq onların hökumətləri onları azad etmək üçün girov pul verməyəcək, ona görə onların qorxu hissləri bizimkindən güclüdür”.

2009-cu ildə 7 ay Taliban əsirliyində olan amerikalı jurnalist David Rohde əsirlikdən yalnız qaçmaqla qurtara bilib. O media vasitəsilə Qərb hökumətlərinə müraciət edib ki, əsirlikdən azad etmək üçün pul vermə məsələsini qaydaya salsınlar. O deyir: “İndiki yanaşma iflasa uğrayır”. “Foley ölməməli idi”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG