Keçid linkləri

Təcili xəbərlər

Keçmiş sovet ölkələrində QKÇP-lər bitib-tükənmir


Arxiv fotosu: Moskvada Felix Dzerzhinsky-nin heykəli sökülür. 23 avqust 1991-ci il.
Arxiv fotosu: Moskvada Felix Dzerzhinsky-nin heykəli sökülür. 23 avqust 1991-ci il.

-

Gözlə

No media source currently available

0:00 0:04:25 0:00
Direct-ə keçid

QORXULU İDİMİ?

Üstündən 23 il keçsə də hələ fikirləşirik ki, görəsən, o vaxtlar - Mikhail Gorbachev təcrid edilərkən, Gennady Yanayev və komandası «titrəyən əllər» ilə hakimiyyəti götürmək istərkən, qorxu, bəli, qorxu hissi var idimi?

Nə qədər çalışırıq, ha yaddaşımızı qurdalamağa cəhd edirik, amma xatırlaya bilmirik və bilmirik ki, artıq üstündən bir xeyli keçdiyinə görə bunu unutmuşuq, yoxsa bu hiss elə lap əvvəldən olmamışdı?

Bəlkə də o vaxt hamı hakimiyyətə qarşı çıxmağın nə kimi hüquqi nəticələri ola biləcəyini bilmirdi

Bəzən elə olur ki, insan əməllərinin hansı nəticələr verəcəyindən bixəbər olduğundan, bunu bilmədiyindən qorxmur. Bəlkə də o vaxt hamı hakimiyyətə qarşı çıxmağın nə kimi hüquqi nəticələri ola biləcəyini bilmirdi.

Ola bilsin, 37-ci ili görmüş, o dövrü ağıl süzgəcindən keçirmək imkanları olmuş insanlar daha ehtiyatlı idi. O vaxtkı hərəkatda isə ən yaşlıların əksəriyyətinin yaşı heç 50-ni keçmirdi.

Bu, əsasən, cavan nəsil idi. Cavanlar isə öz hərəkətlərinin nəticələrinin fərqində olmurlar. Nahaq yerə demirlər ki, səhv etmək cavanların imtiyazıdır...

Həm də artıq 20 Yanvar olmuşdu. Tutulmaq, təqib olunmaq, işdən qovulmaq imkanları o vaxt da - 20 Yanvardan dərhal sonra da vardı. 20 Yanvardan sonra yenidən hərəkata, siyasi fəaliyyətə qayıdanlar üçün artıq heç nə qorxulu deyildi, çünki onlar 20 Yanvarı keçib gəlmişdilər.

GÜLLƏLƏR UCQARLARDA ATILIRDI...

Amma hər şey başqa cür də ola bilərdi. Çox adam deyir ki, SSRİ dinc şəkildə, az qala bircə güllə atılmadan çökdü.

Amma belə idimi? Məsələ bundadır ki, Moskva, ümumiyyətlə, Rusiya o vaxtadək azadlıqdan məst olmuşdu. Güllələr isə ucqarlarda – Vilnüsdə, Tbilisidə və Bakıda atılırdı.

Elə bu səbəbdən dövlət çevrilişi cəhdi və ya o vaxt deyildiyi kimi, «QKÇP», bu insanlar üçün lap şok oldu. Onlar əvvəl hətta nəyin baş verdiyini anlamadılar. Amma bircə gün keçdi, elə bil ki, qəflət yuxusundan ayıldılar...

SSRİ-yə görə qan 20 Yanvarda Bakıda, ondan az əvvəl Gürcüstanda axıdıldı. SSRİ-yə görə qan elə indi Ukraynada axıdılır... Doğrudanmı, azdır?..

Sonrası da... Sonrası da ki, hamıya yaxşı məlumdur...

Amma o vaxtdan bir xeyli sual qaldı: Gorbachev-lə əlaqə həqiqətənmi yox idi? Doğrudanmı, dövlət çevrilişinə ciddi bir cəhd vardı? Əgər vardısa, az müddətdən sonra bu adamları niyə əfv etdilər? Niyə bu vaxtadək həmin gün baş verən hadisələr ciddi şəkildə araşdırılmır?

Bu vaxta qədər «QKÇP» ilə bağlı bir əsas arqument var: bu hadisə yeni ittifaq müqaviləsinin bağlanması ərəfəsində baş verdi. Yəni, o vaxtkı partiya bossları gördü ki, ay aman, İttifaq, yəni SSRİ əldən gedir...

Amma tərsinə oldu. Bu hadisədən dərhal sonra SSRİ buraxıldı və üç müttəfiq respublika MDB-ni yaratdıqlarını bəyan etdilər və bundan sonra da MDB məsələsi başladı...

DAVAM EDİR... «QKÇP»...

Bir az əvvəldə dedik ki, Rusiya demək olar ki, o illərin ağırlığını ən az çəkmiş ölkədir. Bu ölkə üçün «QKÇP»-dən sonra çox şey bitdi, sakitləşdi, ağır iqtisadi islahatlar dövrü başladı və bu dövr də digər respublikalarda olduğu kimi başa çatdı - Rusiyada «günahkar Anatoly Chubais-dir!»- deyib bunu da, iqtisadi islahatları da birtəhər başa vurdular...

Amma digər respublikalarr hələ neçə «QKÇP» yaşayacaqdı. Neçə dəfə SSRİ-ni bərpa etmək cəhdi olacaqdı?

Hələ bu gün də bu cəhdlər baş verir. SSRİ-dən danışmaq prezident Vladimir Putin üçün nəinki adi məsələdir, hətta onun ən sevimli mövzüsudur.

Bu günlərdə Rusiya mətbuatına baxdıq ki, görək, onlar «QKÇP» haqqında nə yazırlar? Gözümüzə bir yazı sataşdı. Orada da deyilirdi ki, həmin günlər üçün ən böyük cavab Krım, bəli, Krımın ilhaqı oldu... Deməli, «QKÇP» ruhu hələ də bu ölkədə var... Hələ neçə dəfə bu ölkə öz qonşularına səksəkəli günlər yaşadacaq...

Tarixdə hələ bir dəfə belə olmayıb ki, bir imperiya çökəndən sonra yenidən bərpa olunsun. Amma Rusiyada buna cəhd ediblər və indi də edirlər. Özü də bir dəfə yox, iki dəfə yox, bəlkə də daha çox...

Hətta xarici müəlliflər bu günə qədər təəccüb edirlər, necə oldu ki, SSRİ boyda bir dövlət demək olar ki, qansız-qadasız, bircə güllə atılmadan çökdü?

Amma bu, olduqca səthi yanaşmadır. SSRİ-yə görə qan 20 Yanvarda Bakıda axıdıldı... SSRİ-yə görə qan Gürcüstanda axıdıldı. SSRİ-yə görə qan elə indi Ukraynada axıdılır... Doğrudanmı, azdır?..

Tarixdə hələ bir dəfə belə olmayıb ki, bir imperiya çökəndən sonra yenidən bərpa olunsun. Amma Rusiyada buna cəhd ediblər və indi də edirlər. Özü də bir dəfə yox, iki dəfə yox, bəlkə də daha çox...

Ona görə də çökmüş imperiyaya görə nostalgiya hissi, «QKÇP» ruhu hələ də yaşayır. Heç vaxt yadımızdan çıxmaz. «QKÇP» günlərində Rusiyada olmuş və prosesləri yaxından izləmiş bir xarici jurnalist yazmışdı ki, təəssüf ki, dövlət çevrilişi etmək istəyənlərə, ölkəni geriyə sürükləməyə çalışanlara qarşı etiraz heç də kütləvi olmadı. 200 milyonluq Rusiya üçün etiraz edənlərin sayı az idi, çox az...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG