Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:53

Türkiyədə siqaret qaçaqmalçılığı 5 ildə 10 dəfə artıb


Arxiv foto
Arxiv foto

-

Türkiyə Baş Əmniyyət Müdirliyinin məlumatına görə, ölkədə qaçaq siqaret gətirilməsində inanılmaz artım yaşanıb.

Səlahiyyətli qurumun məlumatını açıqlayan «Sözcü» qəzeti son 5 ildə siqaret qaçaqmalçılığının 10 dəfəyə yaxın çoxaldığını diqqətə yetirir. 2014-cü ildə 108 milyon paket qaçaq siqaret ələ keçirilib. Halbuki 5 il öncə bu rəqəm 10 milyon 200 min paket civarında olub.

Söhbət yalnız yaxalanıb-ələ keçirilən siqaret paketlərindən gedir. Yəni bu, aysberqin görünən hissəsidir. Qaçaq siqaretin çoxalmasında Türkiyəyə sığınan suriyalıların da rolu vurğulanır.

2 MİLYARD DOLLAR ZƏRƏR

Türkiyədə bir paket siqaret üzərindəki vergi yükü 536 faizdir (yəni siqaret 2 manata satılırsa, vergidən sonra təxminən 11 manata satılır). Vergi yüksək olunca, qaçaqmalçılıq ciddi gəlir yerinə çevrilir.

Baş Əmniyyət Müdirliyinin araşdırmasına görə, «bir yük maşını dolu qaçaq siqaret gətirənlər «2 milyon dollar» xalis gəlir əldə edirlər. Siqaret qaçaqçılığından dövlət illik 4 milyard lirə zərərə uğrayır» (təxminən 2 milyard dollar). Müdirlik ekspertlərinin fikrincə, «yüksək vergi faizi həm vergini «öldürür», həm də qaçaqmalçılığa meyl yaradır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG