Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:39

Bakıda istidir, Qəbələdə Raxmaninov ruzgarı əsir...


Festivalı çərçivəsində Sergey Raxmaninovun əsərlərindən ibarət konsert
Festivalı çərçivəsində Sergey Raxmaninovun əsərlərindən ibarət konsert

-

VI Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, iyulun 29-da festivalın proqramına uyğun olaraq «Qafqaz Resort» otelində bəstəkar, pianoçu və dirijor Sergey Raxmaninovun və İsrail bəstəkarlarının əsərləri səsləndirilib.

Musiqisi axşamında əvvəlcə İsrailin nəfəs alətləri kvinteti çıxış edib. Konsertdə klassik Qərb bəstəkarlarının əsərlərindən də nümunələr təqdim olunub.

Beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Tatyana Şafran və Artur Rubinşteyn Cəmiyyətinin mükafatına layiq görülmüş, pianoçu Gil Şohatın ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tanınmış rusiyalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culian Musiqi Akademiyasının professoru Oksana Yablonskayanın ifası isə tamaşaçılara unudulmaz anlar yaşadıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən və avqustun 1-dək davam edəcək musiqi bayramında Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər və solistlər çıxış edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG