Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:21

Netanyahu Qəzzada «uzunmüddətli» müharibəyə hazır olmağa çağırdı [Video]


İsrail Qəzzada televiziya binasını bombalayır, ölənlər var
Gözlə

No media source currently available

0:00 0:01:10 0:00

İsrail Qəzzaya hava zərbəsi endirir, ölənlər var

-

Qəzzadan partlayış və atışma səsləri gəlməkdə davam edir. Qəzza rəsmilərinin dediyinə görə, İyulun 29-da İsrail Qəzza lideri İsmail Haniyah-ın evinə zərbə endirib, dağıntılara səbəb olsa da xəsarət alan olmayıb. Rafah şəhərində azı 6 fələstinlinin, Qəzza ətrafında qaçqın düşərgəsində partlayışda isə 9 uşağın öldüyü bildirilir. İsrail insidentlə əlaqədar Həması, Fələstin rəsmiləri isə qarşı tərəfi günahlandırır.

Benjamin Netanyahu
Benjamin Netanyahu

Bu arada İsrail baş naziri Benjamin Netanyahu iyulun 27-də İsrail vətəndaşlarını Qəzzada «uzunmüddətli» hərbi əməliyyatlara hazır olmağa çağırıb. Netanyahu bildirib ki, İsrail yeraltı tunel şəbəkəsini məhv edənə qədər əməliyyatlar davam edəcək.

İsrail rəsmiləri bildirir ki, Qəzzadakı yaraqlılar tuneldən istifadə edərək İsrailə daxil olub və 5 əsgəri güllələyiblər. Hadisənin Qəzza zolağına yaxın Nahal Oz ərazisində baş verdiyi bildirilir.

İsrail hücum zamanı bir Həmas yaraqlısının öldürüldüyünü deyir.

Son bir gündə 10 İsrail əsgəri ölüb. 3 həftədir davam edən döyüşlərdə isə əsasən dinc sakinlər olmaqla, azı 1073 fələstinli və 53 israilli əsgər öldürülüb.

İsrail bəyan edib ki, iyulun 8-dən başladığı hərbi əməliyyatlarda məqsədi «Həmas» döyüşçülərinin Qəzzadan İsrailə hücumlarını önləmək, Fələstinlə İsrail arasında qazılan yeraltı tunelləri dağıtmaqdır.

XS
SM
MD
LG