Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:49

Kəlbəcərdə öldürüldüyü bildirilən Həsən Həsənov Dağlıq Qarabağda dəfn olunub


Həsən Həsənov
Həsən Həsənov

-

Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərdə öldürülən Həsən Həsənov Dağlıq Qarabağda dəfn edilib.

Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib.

Məlumata görə, BQXK dəfn olunmada müşahidəçi kimi iştirak edib. Dəfn zamanı meyitə hörmətlə yanaşılıb.

İ. Hüseynova həmçinin qeyd edib ki, BQXK meyitin geri qaytarılması üçün danışıqları davam etdirir.

İyulun 11-də Ermənistan mətbuatı işğal altında olan Kəlbəcər rayonu ərazisində 3 azərbaycanlının girov götürüldüyü barədə məlumat yayıb. Ermənistan rəsmiləri həmin şəxslərin Azərbaycan ordusunun təxribatçıları olduğunu bəyan ediblər. Amma Azərbaycanın Müdafiə Nazirliyi məlumatı təkzib edib və orduda belə şəxslərin xidmət etmədiyini bildirib. Azərbaycan tərəfi həmin şəxslərin Ermənistan silahlı qüvvələrinin işğalı altında olan öz doğma yurdlarını, orAdakı yaxınlarının məzarlarını ziyarət üçün getdiklərini bildirib.

Bu arada ötən gün girovluqda saxlanan Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailələrinə məktub göndərib, hər ikisi vəziyyətlərinin normal olduğunu bildiriblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG