Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 22:11

«Azadlıq» qəzetinin əməkdaşları etiraz aksiya keçiriblər


Azerbaijan -- Baku. newspaper Azadlig. Gasid. Freedom
Azerbaijan -- Baku. newspaper Azadlig. Gasid. Freedom

-

İyulun 22-də «Azadlıq» qəzetinin əməkdaşları «Qasid» firmasının qarşısında . Qəzetin redaktoru Rövşən Hacıyevin sözlərinə görə, aksiyanı keçirməkdə məqsəd firmanın qəzetə olan borcunu müxtəlif bəhanələrlə verməməsidir:

«Yenə yığışdıq, getdik aksiya keçirdik. Yenə firmanın rəhbərliyi gəldi, dedi ki, ilin sonuna kimi möhlət verin, hissə-hissə qaytararıq. Hər dəfə eyni sözləri deyirlər, ancaq borcu qaytarmırlar. 70 min manat borcları var. Bu pulları ala bilmirik deyə, redaksiyada ciddi problemlər yaranıb. Bizim də borclarımız var. Nəşriyyata olan borcumuzu qaytara, aprel ayından bəri əməkdaşların maaşlarını verə bilmirik. Vəziyyət çox ağırdır».

Aksiyaya polis müdaxilə etməyib. «Azadlıq» qəzetinin əməkdaşları bundan əvvəl də yaranmış borcla bağlı bir neçə dəfə «Qasid» firmasının qarşısında etiraz aksiyası keçiriblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG