Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:49

Başçının oğlu məhkəmə qarşısındadır


Serbia - court justice, hammer, gavel, judge, verdict, generic, undated
Serbia - court justice, hammer, gavel, judge, verdict, generic, undated

İsrafil Abutalıbov və vəkili prosesə gəlməir, hədələnən sahibkar isə dövlət başçısından kömək istəyir

Paytaxtda fəaliyyət göstərən müflislik həddinə çatdırılan sahibkar Valeh Müvtəllimovun məhkəməsi təxirə salınıb. Bu barədə mətbuata sahibkar özü məlumat verib.

O bildirib ki, icarəyə götürdüyü obyektdən qanunsuz olaraq çıxarılması ilə bağlı məhkəməyə müraciət edib. Aşağı instansiya- Yasamal Rayon Məhkəməsi onun iddiasını təmin etmədiyindən, sahibkar Apellyasiya Məhkəməsinə müraciət edib. İyulun 15-də keçirilən proses isə cavabdeh tərəfin və vəkilinin məhkəməyə gəlməməsi səbəbindən baş tutmayıb. Hakim prosesi avqustun 1-dək təxirə salıb.

Qeyd edək ki, V.Müvtəllimovu icarəyə götürərək işlətdiyi obyektdən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbov çıxarıb. Sahibkarın sözlərinə görə, Bakının Yasamal rayonunda, Şərifzadə, 34 ünvanında yerləşən obyekt İsrafil Abutalıbova məxsusdur.

"MƏNİ ƏSASSIZ OLARAQ PRADAN ÇIXARTDILAR"

“Mən 2010-cu ilin martında Bakının Yasamal rayonunda, Şərifzadə, 34 ünvanında yerləşən obyekti icarəyə götürmüşəm və bir müddət sonra - 2013-cü ilin martında əsassız, qanunsuz olaraq oradan çıxarılmışam. Həmin obyekt Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbova məxsusdur və obyektdən çıxarılmağım nəticəsində külli miqdarda ziyana düşmüşəm. Biz hər il obyektin icarəsi üçün bir illik müqavilə bağlamışıq. Obyekti iki il işlətdikdən sonra orada işlər normaya düşməyə başladı. Bu zaman mənə bildirdilər ki, beş, yaxud on illik icarə müqaviləsi bağlaya bilərik”,- deyə sahibkar bildirib.

Onun sözlərinə görə, müqavilə ilə tanış olub və bir bəndlə razılaşmayıb. “Bu, üç ay əvvəldən xəbərdarlıq etməklə icarəçinin obyektdən çıxarılması ilə bağlı idi. Onlar məni əmin etdilər ki, bu, formal bir işdir. Ancaq müqavilə bağlanandan 4 ay sonra qəflətən mənə obyekti boşaltmaq üçün xəbər göndərdilər. Mən etiraz etdim, buradan pul qazanmadığımı, firmalara borcum olduğunu, əlavə xərc çəkərək market üçün avadanlıqlar aldığımı da diqqətə çatdırdım. Onların vəkilləri bildirdi ki, bu borcların onlara heç bir aidiyyəti yoxdur və buna görə mənə heç bir vəsait ödənilməyəcək. Dedilər ki, öz xoşumla obyekti tərk etməsəm, yaxınlıqdakı “Lombard”ın sahibi kimi məni bayıra atacaqlar. Mən də məcburən obyektdən çıxdım”.

"HACIBALA ABUTALIBOVA MƏKTUB YAZMIŞAM"

Hədələndiyini bildirən sahibkar həmçinin qeyd edir ki, başına gələn qanunsuzluq və məmur özbaşınalığı ilə bağlı dövlət başçısı İlham Əliyevə və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktub da yazıb. Məktubunda sahibkar müflisləşdirildiyini, həmçinin hədələndiyini vurğulayıb, eyni zamanda kömək istəyib.

Qeyd edək ki, oğul Abutalıbovun qanunsuz əməlləri nəticəsində sahibkar itirdiyi vəsaiti bir ildən çoxdur ki, geri qaytara bilmir. Həmin dükanda isə 10-12 nəfər çalışıb. Onlar əsasən şəhid ailəsi, məcburi köçkünlər və əlilliyi olan insanların ailələri olub.

V.Mütəllimov həmin obyektin sahibinin qanunsuz hərəkəti ilə bağlı 2013-cü ildə məhkəməyə müraciət etsə də, Yasamal Rayon Məhkəməsi onun iddiasını təmin etməyib. Hazırda iş Apelyasiya Məhkəməsindədir.

XS
SM
MD
LG