Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:42

AXC-25: Siyasətin uğur, yoxsa uğursuzluq modeli? [Video]


-

AXC-nin hüquqi varisi sayılan AXCP-nin sədri Əli Kərimli danışır.

«AXCP AXC-NİN ÖZÜDÜR»

«AXCP AXC-nin özüdür. 1995-ci ildə parlament seçkilərində elə şərait yaradıldı ki, AXC seçkidən kənarda qalsın. O zaman Əbülfəz Elçibəyin sədrliyi ilə qurultay çağıraraq «partiya» sözünü əlavə etdik. Bütün bu illər ərzində partiyanın tərkibində, strukturunda çox dəyişiklik olub. Ancaq AXCP 1989-cu ildə yaradılmış təşkilatdır ki, bu gün də davam edir. Kimlərsə vaxtilə AXC-də olub bu gün bu ada iddia edirsə, bu, bizim uğurumuzdur. Çünki vaxtilə bu adı daşımaq istəməyənlər də indi Xalq Cəbhəsində olduqları üçün fəxr edirlər».

«O ZAMAN BÖYÜK DÖVLƏTÇİLİK TƏCRÜBƏMİZ YOX İDİ»

«AXC Azərbaycanın müstəqilliyinə nail olmaqla əsas missiyasına nail olub. Hər halda bu təşkilat Sovet imperiyasını dağıdan beş-altı xalq hərəkatından biridir. O zaman elə bir vəziyyət yaranmışdı ki, Əbülfəz Elçibəy ya zor tətbiq etməklə vətəndaş müharibəsi riskini gözə almalı, ya da hakimiyyəti bölüşməli idi. O, Heydər Əliyevi baş nazir kimi dəvət etdi. Heydər Əliyev isə yaranmış vəziyyətdən istifadə edib Əbülfəz Elçibəyi qiyamçılarla birgə devirdi. O zaman AXC-də bəziləri demokratiya ilə anarxiyanı qarışdırmışdı. Böhrana gəlib çıxmadan ciddi, sərt qanunçuluq yaratmaq lazım idi. Ancaq hamımızın böyük dövlətçilik təcrübəsi yox idi».

«AZƏRBAYCANA DEMOKRATİYANI BİZ GƏTİRƏCƏYİK»

«AXC Azərbaycan ordusu olmadığı dövrdə torpaqları müdafiə edib, Qarabağın 40 faizini qoruyub saxlamağa nail olub. 1993-cü ildən bəri AXCP avtoritar rejimdə hüquqları pozulan insanları müdafiəyə çalışır. Digər avtoritar rejimlərlə müqayisədə Azərbaycan müxalifəti güclüdür. 21 ildir ki, AXCP diktaturanın qarşısını almaq üçün əlindən gələni edir. AXCP-nin indi əsas məqsədi demokratiyanı yenidən qaytarmaqdır. Əbülfəz Elçibəyin dediyi kimi, Azərbaycana müstəqilliyi biz gətirdik, demokratiyanı da biz gətirəcəyik. AXCP bu gün növbəti mərhələ üçün təşkilatlanır. Mübarizəmizi genişləndiririk. Tezliklə seçki islahatı ilə bağlı meydanlara çıxacağıq. Azərbaycanın Avropaya inteqrasiyası üçün hökumətə təzyiq lazımdır. Bunun üçün də hazırlıqları davam edirik».

Gözlə

No media source currently available

0:00 0:55:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG