Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:52

«Yoxdan var» Füzuli…


-

Araşdırmaçı yazar Rafael Hüseynovun dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuliyə həsr edilmiş «Yoxdan var» adlı yeni monoqrafiyası çıxıb.

AMEA-nın yaydığı xəbərə görə, Məhəmməd Füzuli haqqında Azərbaycan ədəbiyyatşünaslığında çoxsaylı məqalə və kitablar yazılsa da, Rafael Hüseynovun əsəri yazı və yanaşma tərzinin yeniliyi ilə seçilir.

Müəllif Azərbaycan, Orta Asiya, İran, Türkiyə və bir sıra Avropa ölkələrindəki arxiv və əlyazma xəzinələrində çoxillik araşdırmalardan sonra XVI əsr ədəbi və fəlsəfi düşüncəsinin bu parlaq nümayəndəsi haqda tədqiqat əsəri yazıb.

Kitabın adı Füzulinin məşhur qəzəlindən götürülüb.

Monoqrafiyada həm Füzulinin qəzəl janrına gətirdiyi yeniliklər, nail olduğu ifadə gözəllikləri nəzərdən keçirilir, həm də şairin özündən sonrakı lirik poeziyaya təsiri araşdırılır.

Füzulini daha yaxşı tanımaq və tanıtdırmaq məqsədi daşıyan bu kitabda həm də Füzuli əsərlərinə müxtəlif dövrlərin miniatürçü və rəssamlarının çəkdiyi illüstrasiyalar yer alıb.

50 çap vərəqi həcmində 808 səhifəlik bu əsəri «Elm və təhsil» nəşriyyatı çap edib.

XS
SM
MD
LG