Bakı Kitab Klubu azərbaycanlı siyasi mühacirlərin fəaliyyətindən bəhs edən fundamental araşdırma barədə məlumat verir:
Qeorqi Mamulia və Ramiz Abutalıbovun «Страна огней. В борьбе за свободу и независимость (Политическая история азербайджанской эмиграции 1920-1945 гг.)» rusca kitabı nəşr olunub.
Kitabda mühacirətdəki siyasi liderlərin xarici ölkələrin rəhbərləri ilə münasibətlərinə, onların bu münasibətlərdən istifadə edib Azərbaycanın sovet işğalından qurtulması və müstəqilliyini bərpa etməsi uğrunda çalışmasına xüsusi diqqət ayrılıb.
Həmçinin Qafqaz xalqlarının mühacirətdəki liderləri arasındakı əməkdaşlığa işıq tutulur.
Bəzi sənədlər ilk dəfə olaraq araşdırmaya cəlb edilir.