Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:19

«İstiqlal Bəyannaməsi»nin orijinal nüsxəsi Azərbaycana gətirilib


«İstiqlal Bəyannaməsi»nin orijinalı
«İstiqlal Bəyannaməsi»nin orijinalı
-

Azərbaycan Cümhuriyyətinin 1918-ci ildə imzaladığı «İstiqlal Bəyannaməsi»nin orijinal nüsxəsi xaricdən gətirilərək AMEA Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib.

Sənəd 1918-ci ildə cümhuriyyət nümayəndə heyətinin Paris Sülh Konfransına apardığı «Bəyannamə»nin orijinal nüsxələrindən biridir.

Azərbaycan Cümhuriyyətinin «İstiqlal Bəyannaməsi» Azərbaycan və fransız dillərindədir.

Sənədin hansı ölkədən, hansı yolla əldə edilməsi barədə məlumat verilmir.

Milli Tarix Muzeyinin əməkdaşı Səbuhi Əhmədov AzadlıqRadiosuna bu qiymətli sənədin Prezident Adminstrasiyası tərəfindən muzeyə hədiyyə olunduğunu bildirib.

Səbuhi Əhmədov sənədin Londondon tapıldığını söyləyib, amma təfərrüatları bilmədiyini əlavə edib.

Muzeyin əməkdaşı sənəd üzərində müəyyən filoloji təhlil apardıqlarını (mürəkkəb və kağız üzərində), bu sənədin orijinal olduğunu, məxsusi Paris Sülh konfransına yollanan Azərbaycan nümayəndə heyəti üçün 1919-cu ildə hazırlandığını bildirib.

Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Parisə yollanan nümayəndə heyətinin məqsədi Azərbaycanı müstəqil dövlət kimi tanıtmaq olub.

Nümayəndə heyətinin əməyi heçə getməyib.

1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanı müstəqil dövlət olaraq de-fakto tanıyıb.

1920-ci il bolşevik işğalından sonra nümayəndə heyəti Parisdə qalmağa məcbur olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG