Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:27

Obama Putinə yaxın 17 şirkətə qarşı sanskiyaları elan edir


ABŞ prezidenti Barack Obama Rusiya hökumətinin 7 rəsmisinə və Putinə yaxın olan 17 şirkətə qarşı sanskiyaları elan edib.

Sanskiyalar hesabların dondurulmasını, viza və lisenziya qadağalarını nəzərdə tutur.

Ağ ev bildirir ki, yeni siyahıdakı adlardan 2 nəfər Putinin yaxın çevrəsinə daxildir.

ROSNEFT, TEXNOLOGİYA KAPİTANI VƏ KRIMIN KURATORU

Hərçənd bunların konkret kim olmağı deyilmir. Ancaq müşahidəçilərin fikrincə, həmin 2 nəfərdən biri Rosneft şirkətinin prezidenti
Rosneftin rəhbəri Igor Sechin (sağda)
Rosneftin rəhbəri Igor Sechin (sağda)
, digəri isə hökumətdə texnoloji məsələlərə rəhbərlik edən Sergei Chemezovdur.

Associated Press yazır ki. 2003-cü ildə Mikhail Khodorkovskinin Yukos şirkətinin dağıdılmasının “memarı” Sechin olub. O, Putinlə 1990-cı illərdən bir yerdə işləyir.

Siyahlıda adı olan Chemezov dövlət holdinq şirkəti olan Rostex-in rəhbəridir. 1980-ci illərdə Putin Şərqi Almaniyada KQB agenti kimi işləyəndə Putin və Chemezov Şərqi Almaniyada bir binada yaşayırdı.

Sankiya siyahılsına salınan 17 şirkət Putinə yaxın olanların şirkətidir. Bunlar Gennady Timchenkonun, Boris və Arkadi Rotenberq qardaşlarının şirkətləridir.

Onların hər 3-nün adı ABŞ-ın mart ayında elan etdiyi sanskiyalar siyahısındadır.

Yeni siyahıda baş nazirin müavini Dmitry Kozak da var. Onun Krımın ilhaqından sonra bu yarımadanın inkişafına cavabdeh təyin ediblər.

RUSİYANIN REAKSİYASI

Rusiyanın xarici işlər nazirinin müavini Sergei Ryabkov deyib ki, “Şübhəsiz, biz cavab verəcəyik. Heç kimin Rusiya ilə sanksiya dilində danışmağa haqqı yoxdur”.

QAZPROMUN ADI YOXDUR

Siyahıda Qazpromun adı yoxdur. Bəzi ABŞ konqresmenləri Obamadan xahiş edirdi ki, Qazpromu da siyahıya salsın.

Ağ Ev bildirir ki, ABŞ Rusiyanın siyasətində dərhal dəyişiklik olacağını gözləmir, ancaq Tədricən Rusiyaya nümayiş etdirmək istəyir ki, daha ağrılı iqtisadi sanksiyalar və siyasi təklənmə ola bilər, Rusiya indiki siyasətini davam etdirdikcə, ödədiyi haqq da daha ağır olacaq.

OBAMA İZAH EDİR

Obama bildirir ki, yeni sanksiyalara səbəb Rusiyanın Ukrayna böhranını həll etmək üçün beynəlxalq razılaşmalara əməl etməməsidir.
Sergei Chemezov Rusiya Texnologiyaları holdinqinin rəhbəri
Sergei Chemezov Rusiya Texnologiyaları holdinqinin rəhbəri

Bununla belə, ABŞ prezidenti hesab edir ki, Moskvanın Ukrayna haqda sülh sazişinin şərtlərinə əməl etmək imkanı var, ancaq bunu etmir.

Ancaq aprelin 27-də Filippində səfərdə olarkən Obama demişdi ki, Rusiyanın davranışını dəyişmək üçün nəzərdə tutulan sanksiyaların əməli nəticə verəcəyinə əmin deyil. Onun sözlərinə görə, məqsəd Rusiya prezidenti Putini Ukraynada böhranı həll etməkdə danışmaq yox, hərəkət etməyə sövq etməkdir.

AVROPA BİRLİYİ DƏ SANSKİYALAR ELAN EDİR

Aprelin 28-də Avropa Birliyi hökumətləri Rusiyaya qarşı yeni sanksiyalara daha 15 nəfərin əlavə olunmasına razılaşıblar.

Həmin adamlara Avropa Birliyinə gəlməyə viza qadağanı qoyulacaq və onların hesabları dondurulacaq.

İndiyə kimi belə siyahıda 50 adamın adı var idi.

Siyahıya əlavə olunanların konkret adları açıqlanmır.

Qaydaya görə bu, Avropa Birliyinin Rəsmi Jurnalında dərc olunmamışdan qabaq ictimaiyyətə açıqlana bilməz.

Rəsmi Jurnal aprelin 29-da dərc olunmalıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG