Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:17

Vaşinqton və Moskva arasında gərginlik artıb


John Kerry (sol) Sergei Lavrov (sağ)
John Kerry (sol) Sergei Lavrov (sağ)
-

Vaşinqton və Moskva arasında gərginlik artıb. Buna səbəb Ukraynanın şərqində Rusiyayönlü separatçıların beynəlxalq müşahidəçiləri girov götürməsi olub.

Aprelin 26-da ABŞ dövlət katibi John Kerry Rusiyanın xarici işlər naziri Sergey Lavrov-la telefonla danışıqlar aparıb, ancaq tərəflər razılığa gələ bilməyiblər. Amerikalı diplomat Moskvadan ATƏT-in hərbi müşahidəçilərinin azad olunması səylərinin dəstəkləməsini istəyib.

Lavrovsa öz növbəsində, Vaşinqtondan Kiyev hökumətinin həbs etdiyi Rusiyayönlü seperatçıların liderinin azad olunması üçün addımlar atmasını istəyib.

Bu arada aprelin 26-da Böyük 7-lik (G7 )ölkələri Ukraynadakı böhrana səbəb olan Rusiyaya qarşı yeni sanksiyaların qoyulmasına razılaşıblar.

ABŞ-ın yüksəkvəzifəli rəsmiləri bildiriblər ki, bu sanksiyalardan bəziləri artıq bu bazar ertəsi qüvvəyə minəcək.

Vaxtilə Rusiyanın daxil olduğu G8-dən G7-yə çevrilən qrup Kreml üzərinə təzyiqləri artırmaq məqsədilə Krımın ilhaqından bəri Moskvaya qarşı iqtisadi cəzalandırma vasitələrinə keçib.

Birgə bəyanatda deyilir ki, Ukraynada gələn ay keçiriləcək seçkilərin uğurunu və demokratikliyini təmin etmək naminə Rusiyanın üzərinə məqsədli sanksiyaların tətbiqi çevik şəkildə reallaşdırılmalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG