Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:51

Prezidentlərin Praqa görüşü regiona nə vəd edir?


Arxiv foto: Şərq Tərəfdaşlığı Sammiti, 2013-cü il
Arxiv foto: Şərq Tərəfdaşlığı Sammiti, 2013-cü il
-


«Rusiyanın təzyiqlərinə baxmayaraq aprelin 24-də Praqada təşkil edilən Şərqi Tərəfdaşlığı Sammitində dövlət başçılarının iştirakı regionda avrointeqrasiya prosesinin alternativsiz olduğunu bir daha təsdiq etdi».

Vüqar Bayramov
Vüqar Bayramov
Bunu hazırda Praqa sammitində iştirak edən Avropa Birliyi Şərqi Tərəfdaşlığı Forumunun həmsədri, iqtisadçı Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, Praqa sammiti Şərq Tərəfdaşlığı Proqramına yeni nəfəs verib:

«Moskva Çexiya paytaxtında ölkələrin nisbətən aşağı ranqda təmsil olunmasına çalışsa da proqrama üzv dövlətlərin əksəriyyəti ən yüksək səviyyədə tədbirə qatıldılar».

Forumun həmsədri bildirib ki, sammitdə Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrin əksəriyyətinin dövlət başçılarının və eləcə də Avropa Birliyi rəhbərləri ilə yanaşı Mərkəzi və Şərqi Avropanın bir sıra dövlətlərinin prezidentlərinin də iştirakı tədbirin əhəmiyyətini göstərir. Ukraynada baş verən hadisələr fonunda Avropa Birliyi regiondakı dəyişikliklərə ciddi önəm verir və rəsmi Brüssel bu prosesdə bölgə dövlətlərinə daha yaxından dəstək vermək niyyətindədir. Rusiyanın bölgə ölkələrinə birbaşa və dolayı təzyiqlərinə rəğmən Şərq Tərəfdaşlığı Proqramı strateji əhəmiyyətini qoruyub saxlamaqdadır.

İLHAM ƏLİYEVİN SAMMİTDƏ İŞTİRAKI...

Şərq Tərəfdaşlığı Sammiti, 2013-cü il
Şərq Tərəfdaşlığı Sammiti, 2013-cü il
Vüqar Bayramov yazır ki, Praqa Sammiti Şərq Tərəfdaşlığı Proqramının 5 illik yubiley tədbiri olduğu üçün hər hansı birgə bəyannamənin qəbul edilməsi gözlənilmir. «Bununla belə, tədbirdə ikitərəfli və çoxtərəfli görüşlər və o cümlədən, prezidentlərin mətbuat üçün birgə brifinq keçirməsi nəzərdə tutulub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin samitdə iştirakı ölkəmizin Avropa Birliyi ilə əməkdaşlığı daha da genişləndirəcəyindən xəbər verir. Prezident Əliyevin tədbir çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdə ölkəmiz ilə Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb».

Vüqar Bayramov yazır ki, Praqada bu gün təşkil edilən tədbir eyni zamanda ötən ilin noyabrında keçiriləcək Vilnüs Sammitinin davamı kimi qiymətləndirilməlidir. Vilnüs sammitindən sonra regionda baş verən dəyişikliklər regionda Avrointeqrasiya prosesinə fərqli yanaşmanın vacibliyini ortaya qoyur. Növbəti ilin payızında Riqada keçiriləcək sammitə qədər Avropa Birliyinin region ölkələrlə bir çox məsələlərə dair anlaşmalar imzalayacağı gözlənilir.
XS
SM
MD
LG