Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:37

Azərbaycan filmi ilk dəfə Cannes festivalının müsabiqə proqramında


Kinofestivalın əsas mükafatı «Qızıl palma budağı»
Kinofestivalın əsas mükafatı «Qızıl palma budağı»
-
Azərbaycan kinosu tarixində ilk dəfə olaraq «Sonuncu» qısametrajlı bədii filmi 67-ci Kann Beynəlxalq Kinofestivalının əsas müsabiqə proqramlarından biri olan «Qısa metr» proqramına daxil edilib.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbər görə, bu filmi nazirliyin sifarişi ilə C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyası və «Buta Films» şirkəti birgə istehsal edib.

«Sonuncu» filminin quruluşçu rejissoru Serqey Pikalov, ssenari müəllifləri Serqey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev, Müşfiq Hətəmovdur.
İkinci Dünya müharibəsinin veteranı barədə fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.

«Qısa metr» proqramının münsiflər heyətinin sədri dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostamidir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG