Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:01

Jurnalist Pərviz Həşimli müddətsiz aclıq aksiyasına başlayıb


Pərviz Həşimli
Pərviz Həşimli
-

Aprelin 15-dən jurnalist Pərviz Həşimli müddətsiz aclıq aksiyasına başlayıb.

MTN-in istintaq təcridxanasında saxlanılan Pərviz Həşimli hüquqlarının pozulmasına etiraz edir.

Bu haqda AzadlıqRadiosuna vəkili Elçin Sadıqov məlumat verib.

Aprelin 15-də Pərviz Həşimli vəkili ilə görüşüb və bildirib ki, ötən gün məhkəmədə MTN istintaq təcridxanasında saxlanma şəraitindən şikayət etdiyinə görə ona təzyiq göstərilib:

«Ona hədə-qorxu gəliblər, karserə salmaqla hədələyiblər».
Gözlə
Embed

No media source currently available

0:00 0:00:19 0:00
Direct-ə keçid


Hələlik MTN-dən jurnalistin aclıq etməsi ilə bağlı rəsmi məlumat yoxdur. Ancaq İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov Pərviz Həşimlinin aclıq aksiyasına başlaması ilə maraqlandığını deyir. Hüquq müdafiəçisinə MTN təcridxanasından deyiblər ki, Pərviz Həşimli aclıq aksiyana başlaması barədə rəsmi ərizə ilə müraciət etməyib:

«MTN-nin istintaq təcridxanasının rəhbərliyi ilə əlaqə saxladım. Dedilər ki, aclıq edən insan ərizə ilə müraciət etməlidir, həkim nəzarətində olmalıdır. Bildirdilər ki, Pərviz Həşimli belə bir ərizə ilə müraciət etməyib».
Gözlə
Embed

No media source currently available

0:00 0:00:24 0:00
Direct-ə keçid

Elçin Behbudov aprelin 17-də MTN-nin təcridxanasında Pərviz Həşimli ilə görüşəcək.

«Bizim yol» qəzetinin əməkdaşı Pərviz Həşimli keçən ilin sentyabrında həbs edilib. O, 206.3.2 (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz silah əldə etmə və saxlama) maddələrlə ittiham olunur. Hazırda MTN-nin təcridxanasında saxlanılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG