Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:53

İlin əvvəlindən 1 neftçi ixtisara görə dünyasını dəyişib


-
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi bu ilin yanvar-mart aylarında ölkənin neft sektorunda insan hüquqlarının vəziyyətinə dair hesabat açıqlayıb.

Qurum 3 ay ərzində 520 nəfər insana əmək, sosial, iqtisadi və mülki sahədə hüquqi yardımlar göstərib.

Hesabat dövründə 24 məhkəmə çəkişməsi olub. 1-ci instansiya məhkəmələrində (Rayon və İnzibati-İqtisad məhkəmələri) 20 iddiadan 8-i təmin olunub, 10-u davam edir.

Bakı Apellyasiya Məhkəməsində 4 nəfərin iddiası təmin edilib, 1-i davam edir.

İXTİSARLAR 20 MİN İŞÇİNİ ƏHATƏ EDƏCƏK

Qurum bildirir ki, ARDNŞ 2013-cü il dekabr ayının 29-da ölkənin neft sektorunda fəaliyyət göstərən bir çox şirkətlərdə çalışan işçilərə onların tutduğu vəzifənin ixtisarı ilə əlaqədar bildiriş verib. Bu say 10.000 işçini əhatə edir. Bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-79-cu maddələrinin pozulması (Əmək Müqavilələrinə qanunsuz olaraq xitam verilməsi, ixtisar adı ilə işçilərə ərizə yazdırılması, ixtisarlar aparılarkən qanunvericiliyin tələblərinin pozulması) müşahidə olunub. Bəzi işçilərə ixtisarla əlaqədar işçilərə verilən kompensasiyadan (5 aylıq əmək haqqı məbləğində) qanunsuz gəlir vergisi tutulub.
arxiv foto
arxiv foto
İxtisarlar ilin sonunadək davam edəcək. Bu, 20 minədək işçini əhatə edəcək.
ARDNŞ işçi ixtisarı ilə əlaqədar xüsusi proqram qəbul edib. Bu Proqrama əsasən ixtisara düşən insanlar bir il müddətində əvvəlki iş yerlərindən aldıqları əmək haqqının 50%-ni alacaq, tibbi sığortası saxlanılacaq və bir il müddətində onun üçün iş axtarılacaq. İxtisarla əlaqədar ortaya çıxan problemlər fevral ayının 4-də ARDNŞ-nin İnsan resursları Departamentində müzakirə olunub.

1 NƏFƏR İXTİSARA GÖRƏ DÜNYASINI DƏYİŞİB

​3 ay ərzində 2 nəfər işçinin hüquqları məhkəmə vasitəsi ilə bərpa olunub. Həmin dövrdə Azərbaycanın Neft sektorunda həlak olmuş işçilərin sayı 4 nəfər, onlardan biri ixtisarla əlaqədar dünyasını dəyişib.

1. İsmayıl Umudov (Qaztikinti tresti. İxtisar barədə xəbər aldıqdan sonra ürəyi partlayıb)
2. Şirinov Həbib (Nərimanneft NQÇİ)
3. Ağayev Oleq (Qarasu Əməliyyat Şirkəti)
4. Hacıyev Musa (Neftqaztikinti)

2014-cü ilini 3 ayında da işçilərin ən böyük problemləri 3-6 ay və ya 1 illik müddətli əmək müqavilələrinin bağlanılması və bu əsaslarla da işçilərlə bağlanmış Əmək müqavilələrinin pozulması olub. Dəfələrlə edilən müraciətlərə baxmayaraq əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən Dövlət Əmək Müfəttişliyi Xidməti və əmək qanunvericiliyinə ictimai nəzarətini həyata keçirən Həmkarlar İttifaqı təşkilatları müddətli əmək müqavilələrinin bağlanmasının qarşısını almağa cəhd etmirlər.

Müraciət edən işçilərdən 30 faizindən çoxu ad və soyadlarını bildirməkdən və ya qeydə alınmasından çəkinirlər. Bu işçilər şikayət etdikləri və adlarının məlum olduğu halda, müxtəlif bəhanələrlə işdən azad olunmalarından çəkinirlər.
XS
SM
MD
LG