Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:08

Bəxtiyar Hacıyev ona qarşı yeni cinayət işinin borc mübahisəsi ilə bağlı olduğunu deyir


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev
-

“Müsbət Dəyişiklik” hərəkatının həmtəsisçisi Bəxtiyar Hacıyev aprelin 14-də Nərimanov rayon Polis İdarəsinə çağırılıb. Özünün dediyinə görə ona qarşı yeni inayət işi açılıb.

Bəxtiyar Hacıyev 2010-cu ildə deputatlığa namizəd olub. Bundan bir il sonra hərbi xidmətdən yayınmaq ittihamı ilə bir ildən çox həbsdə saxlanıb.

Özünün bildirdiyinə görə haqqında açılan yeni cinayət işi hələlik siyasi xarakterli deyil, borc mübahisəsi ilə bağlıdır. Haqqında açılan yeni cinayət işi ilə bağlı Bəxtiyar Hacıyevin AzdalıqRadiosuna müsahibəsi.

- Sizə qarşı açılan cinayət işi nə ilə bağlıdır?

- Xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Bu cinayət işi Nureddin Eres adlı Türkiyə vətəndaşının şikayəti əsasında açılıb.

Həmin şəxs bir azərbaycanlı aktrisa ilə evlidir və 20 ildir ki, Azərbaycanda yaşayır. O, bəzi Azərbaycan vətəndaşlarından, eləcə də bizdən müxtəlif işlər görmək adı altında pullar almışdı.

Mən dəflərlə ondan borcumuzu istəsəm də xeyri olmamışdı. Yanvar ayında ölkədən çıxmayacağına zəmanət olsun deyə, o gətirib pasportunu mənə vermişdi. Deyirdi ki, borcunu qaytarandan sonra pasportu geri alacaq. İndi özü və həyat yoldaşı gedib polisə şikayət ediblər ki, guya mən zor tətbiq etməklə onların pasportunu almışam.

- Onun sizə borcu nə qədər idi?

- Böyük məbləğ idi.

- Pulunuzu almaq üçün niyə hüquq-mühafizə orqanlarına müraciət etmirdiniz?

- Daxili İşlər Nazirliyinə, Səbayel polisinə dəfələrlə müraciətlər etmişəm. Hər dəfə də ondan sadə bir izahat alıblar. Söz verib ki, pulu qaytaracaq, onu buraxıblar.

Polisdən də mənə deyirdilər ki, qaytaracağam deyirsə, demək qaytaracaq. Dedilər ki, Türkiyə vətəndaşıdır deyə, biz ona heç nə edə bilmərik.

- Həmin pulu sizdən hansı məqsədlə almışdı?
- Demişdi ki, onun işlədiyi şirkətə məktəb təmiri üçün sifariş verilib, ancaq şirkət sonradan sifarişdən imtina edib.

O mənə dedi ki, həmin işi təkbaşına görmək üçün ona pul lazımdır. Mən təklif etdim ki, bankdan götürsün. Dedi ki, dindardır, ona görə bankdan faizlə pul götürmək istəmir.

Sonradan başa düşdüm ki, dindar yox, sırf dələduzdur. Sən demə o bizim pullarla Bakıda “Fənərbaxça” futbol klubu açıb. Bir neçə gün öncə də həmin kluba gedib, pulumu istəmişəm.

- Polisdə olarkən sizə qarşı hər hansı təzyiq oldumu?

- Polisdə izahat yazmaqdan imtina etdim. Çünki, ora gedəndə gördüm ki, mənim adıma artıq izahat yazılıb.

Dedilər ki, sənin cavablarını şikayətçinin dediklərinin əsasında yazmışıq. Mən həmin izahatı imzalamaqdan imtina etdim. Tələb etdim ki, bu işi aparan müstəntiq dəyişdirilsin, ondan sonra izahat yazacam.

- Açılan cinayət işini sizin İctimai-siyasi fəaliyyətinizlə əlaqələndirənlər də var. Siz necə hesab edirsiniz?

- Birbaşa yox. Bu sifariş olmayıb. Ancaq bundan sonra kimlərsə vəziyyətdən mənim əleyhimə istifadə edə bilərlər.

P.S. Müsahibədə adı çəkilən Nureddin Eres-lə əlaqə saxlaya bilməmişik. Onun səslənən ittihamlarla bağlı mövqeyini də işıqlandırmağa hazırıq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG