Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:36

Bir əsgər ölüb, ikisi yaralanıb


arxiv foto
arxiv foto
-

ƏSGƏR YOLDAŞINI GÜLLƏLƏYİB

Müdafiə Nazirliyindən AzadlıqRadiosuna verilən məlumata görə, “N” saylı hərbi hissəsinin əsgəri Afiyəddin Cavadovun əlindəki silah təhlükəsiz qaydalarının pozulması nəticəsində açılıb. Güllə onun əsgər yoldaşı Nicat Hacızadəyə dəyib. Nicat Hacızadə hospitala aparılan zaman aldığı güllədən yolda vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən əsgərlərin hansı ildə və hansı hərbi komissarlıqdan hərbi xidmətə çağrılması ilə bağlı məlumatı açıqlamadılar. Bildirildi ki, bu məlumatlar şəxsi informasiya hesab edilir.

Əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb, istintaq gedir.

İKİ ƏSGƏR YARALANIB

Ermənistan hərbi qüvvələrinin atəşkəsi pozması nəticəsində iki əsgər yaralanıb.

Bu barədə AzadlıqRadiosuna Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə cəbhə bölgəsində qeydə alınıb.

«N» saylı hərbi hissənin əsgərləri Elmirad QurbanəlizadəAsim Quliyev yaralanıb. Onlar hospitala yerləşdiriliblər.

Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin açıqlamasına görə, Azərbaycan 2014-cü ilin ilk 3 ayı ərzində 28 hərbi qulluqçusunu itirib. Bu müddət ərzində 35 hərbiçi yaralanıb. Həlak olanların 7-nin Ermənistan hərbi qüvvələrinin açdığı atəş nəticəsində öldüyü bildirilib. 9 hərbçinin isə intihar etdiyi iddia edilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG