Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:59

Əli İnsanov: Qızıl külçələri sübut kimi gətirə bilərsiz?- [Video]


Əli İnsanov: Qızıl külçələri sübut kimi gətirə bilərsiz?
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Əli İnsanov: Qızıl külçələri sübut kimi gətirə bilərsiz?

-
Fevralın 21-də keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəməsində 2 nəfər şahid ifadəsi verib. Müdafiə tərəfinin verdiyi 5 vəsatətin heç biri təmin olunmayıb.

Əli İnsanov çıxışında deyib ki, həbsi zamanı tərtib olunmuş protokolun ikinci hissəsini illərdir axtarsa da, tapa bilmir:

«BU HİSSƏNİ YOXA ÇIXARIBLAR»

“Bu, mənim hansı şəraitdə saxlandığım, mənə verilən suallar barədə idi. Ona istinad etmək, istifadə etmək üçün axtarıram, tapmıram. Bu hissəni yoxa çıxarıblar, möcüzədir”.

Cəmiyyətə belə təqdim ediblər ki, guya Əli İnsanovun evindən qızıl külçələri çıxıb. Belə bir şey olmayıb, əgər qızıl külçə tapılıbsa, gətirilsin məhkəmədə nümayiş olunsun. Bəlkə onları da İlham Əliyev evinə aparıb?
“Cəmiyyətə belə təqdim ediblər ki, guya Əli İnsanovun evindən qızıl külçələri çıxıb. Belə bir şey olmayıb, əgər qızıl külçə tapılıbsa, gətirilsin məhkəmədə nümayiş olunsun. Bəlkə onları da İlham Əliyev evinə aparıb?”.

Əli İnsanov bu sözləri deyəndə hakim onun sözünü kəsib.

Keçmiş səhiyyə naziri xələfi Oqtay Şirəliyev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, prezident administrasiyasında humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadənin, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun məhkəmədə dindirilməsini tələb edib.

“Başda Fikrət Məmmədov olmaqla, ədliyyə sistemi korrupsiya içində boğulur. Onu niyə həbs etmirlər?”

“MƏNƏ QORXDUĞUNUZ ADAMLARIN SİYAHISINI VERİN”

“Avropa Məhkəməsi mənim günahsız olduğumu sübut etdi. Baxmayaraq ki, məni dövlət çevrilişində, korrupsiyada ittiham ediblər. İlham Əliyev isə hələ də azadlıqda gəzir”.

Hakim Əli İnsanovun çıxışını bir neçə dəfə kəsərək onu prosesin mahiyyətindən danışmağa dəvət edib.

Əli İnsanov: Yaxşı, cənab hakim, siz mənə qorxduğunuz adamların siyahısını verin, mən onların adlarını çəkməyim. (zalda gülüşmə)

Əli İnsanov: Mənim sözlərimdən qorxan hökumət gör məni görəndə nə günə düşəcək?

“Ümumilikdə mənim işimlə bağlı Milli Təhlükəsizlik Nazirliyində 5 min adam ifadə verib. Heç biri mənə pul verdiklərini, yaxud mənim rüşvət istədiyimi deməyib. Saxlanma zamanı da 20-yə yaxın adam ifadə verib, MTN əleyhimə ifadə almaq üçün göstərdiyi təzyiqlərə baxmayaraq, onlar əleyhimə ifadə verməyiblər”.

PROKUROR ÇIXIŞ EDƏCƏK

Əli İnsanov günahsız yerə həbsdə yatdığını bildirib.

Fasilədən sonra məhkəmədə prokuror çıxış edib. O, ittihamların olduğunu kimi saxlanmasını istəyib.

Əli İnsanov bu dəfə prosesdə iştirak etməyib. Vəkillər bildirib ki, o, məhkəmənin birtərəfli aparılmasına etiraz olaraq iştirak etməməyə qərar verib.

Proses fevralın 25-də davam edəcək.

YAP-ın qurucularından biri olan Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də İnsanovla bağlı qərarını açıqlayan Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti İnsanova 10 min avro kompensasiya da ödəməlidir.

Ötən ilin noyabrında Ali Məhkəmə Əli İnsanovun işinə dair Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarını ləğv edib. İşə dair Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qərarı dəyişdirilməyib və araşdırılmaq üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG