Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:57

Sovetski sakinlərinin kütləvi etirazı (Video)


«Sovetski» sakinləri hər kvadratmetrə 4000 AZN istəyir
Gözlə

No media source currently available

0:00 0:07:22 0:00

"Sovetski" sakinləri hər kvadrat metrə 4000 AZN istəyir

-
Bakının «Sovetski» adlanan ərazisində yaşayan sakinlər evlərinin sökülməsiylə bağlı onlara veriləcək kompensasiyaya etiraz ediblər. AzadlıqRadiosu aksiyanı canlı yayıb.



ETİRAZ AKSİYASI BAŞLAYIB...

Fevralın 16-da Bakıda «Sovetski» adlanan məhəllənin sakinləri etiraz aksiyası keçirmək üçün məhəllənin mərkəzi küçəsinə yığşıb.

Onların evlərinin sökülməsinə və bunun qarşılığında onlara hər kvadratmetrə görə 1500 manat verilməsinə etiraz ediblər.

Etiraz aksiyasından görüntü
Etiraz aksiyasından görüntü
Etiraz edənlər əllərində Azərbaycan bayraqları və prezident İlham Əliyevin şəkillərini tutublar. Etirazçıların sözlərinə görə, dövlətçiliyə və prezidentə qarşı çıxmırlar, onların etirazı məmur özbaşınalığınadır.

«Biz 1500 manatla biz heç nə edə bilməyəcək, evlərin qiyməti günü-gündən bahalaşır».

POLİSLƏR MÜŞAHİDƏ EDİR...

Etirazçılar «Sovetski» şüarları səsləndiriblər. Ətrafda çoxlu sayda polis olsa da kənardan müşahidə ediblər. Çıxış edənlər insanları qanunsuz hərəkətlər törətməməyə çağırıblar. Sakinlər aksiyada çıxış ediblər:

«Biz bayır şəhərlilərik. Bura kənardan gəlməmişik. Bizim babalarımız burda yaşayıb. İndi bizi evimizdən çıxartmaq istəyirlər. Ya bizim evimizin dəyərində kompensasiya versinlər, ya da yerində ev versinlər. Biz hər kvadratmetrə 1500 manat verilməsinə etiraz edirik».
TƏŞKİLAT KOMİTƏSİ YARADILIR...

Bizim babalarımız burda yaşayıb. İndi bizi evimizdən çıxartmaq istəyirlər. Ya bizim evimizin dəyərində kompensasiya versinlər, ya da yerində ev versinlər...
Aksiyaçılar bildirir ki, onlar tərkibi 5-10 nəfərdən ibarət Təşkilat Komitəsi yaradırlar.

«Biz tələblərimizi icra hakimiyyəti nümayəndələrinə bildirəcəyik. Əgər tələblərimiz yerinə yetrilməsə, hər bazar günü yox, hər gün aksiya keçirəcəyik. Biz hakimiyyətlə dava etmirik. Davamız özbaşınalıq edən məmurlarladır».

Təşkilat Komitəsi yaradılacağı təklifindən sonra aksiyçılar dağılışmağa başlayıb. Bir saat davam edən aksiya sona çatıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG