Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:15

Adım anonim qalsın


Gənc yazar Rüfət Əhmədzadənin yeni kitabı nəşr olundu.

-

Gənc yazar Rüfət Əhmədzadənin ikinci nəsr toplusu işıq üzü gördü.

Hədəf Nəşrlərindən verilən məlumata görə, “Adım anonim qalsın” kitabına 28 yaşlı yazarın son illərdə yazdığı hekayə, mənsur şeir və esseləri daxil edilib və mərhum jurnalist Şahin Ağabəylinin xatirəsinə ithaf olunmuş bu topluda əsasən post-sentimentalizm və kontr-idealizm işartıları hiss olunur.

Müəllif bundan əvvəl oxucuların qarşısına “Sən busan” kitabıyla (2011) çıxmışdı. Birinci kitabında olduğu kimi, Rüfət Əhmədzadə ikinci kitabında da qəhrəmanlarının çoxuna ad verməyib.

Əksər qəhrəmanların adsız, cizgisiz və qeyri-ideal olması, həmçinin danışa-danışa özlərini ifşa etməsi oxucunu düşünməyə, özünə yaxın cəhətləri görməyə vadar edəcək.

Kitabın təqdimatı 2014-cü ilin yanvar ayında – Bakıda və Gəncədə planlaşdırılıb.
XS
SM
MD
LG