Cümə, Oktyabr 31, 2014 Bakı vaxtı 10:01

Siyasət

Gülər Əhmədovaya 3 il iş verildi

Gülər Əhmədova məhkəməyə gətirilərkən (Foto: publika.az)Gülər Əhmədova məhkəməyə gətirilərkən (Foto: publika.az)
x
Gülər Əhmədova məhkəməyə gətirilərkən (Foto: publika.az)
Gülər Əhmədova məhkəməyə gətirilərkən (Foto: publika.az)

Gülər Əhmədovanın məhkəməsi yekunlaşıb. Hakim ona 3 il həbs verilib. O həbsini ümumi rejimli cəzaçəkmə cəzaçəkmə müəsisəsində çəkəcək.
-

Dekabrın 2-də Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Bakı Ağır Cinayətlər məhkəməsində keçən prosesdə Gülər Əhmədova son sözlə çıxış edib. O iki saata yaxın çıxış edib. Özünün təqsirkar bilmədiyini, şərələndiyini, istintaqın gedişindən narazılığını dilə gətirib:
 
“İstintaqa bəzi məsələlər əlavə edilməyib. Sevinc Babyevanın yazdığı 7 mesaj, S. Babayevanın E. Abdullayevla yayılmış telefon danışıqlarının audiosu, S. Babayevanın Tavat Şirinova və Lyudmila ilə hüquq müdafiəçisi Novella Cəfəroğlunun ofisində çəkdirdiyi videolar, ora niyə getmələri əlavə olunsaydı mən bir ili burda oturmazdım. Sanki “Elşadın fikirləri təsdiq olunsun” kimi bir fikir görürəm. “Əgər siz bütün xaqlı idarə etmək istəyirsinizsə, onda onlara böyük yalan danışın” fikri var. Elşad da bu fikirdən istifadə edib.”
 
Sabiq millət vəkili Sevinc Babyevanın və E. Abdullayevdən ifadə almamalarını istintaqa irad tutub. İstintaq aktında göstərilən sübutların hüquqi sübutlar olmadığını deyib:
 
“Mənə pulu harda verib, nə vaxt verib? Bunun bir dəqiq vaxtı olmalıdır. Qanunu pozaraq əldə edilmiş sübutlar sübut sayıla bilməz. Buna konstitutsiyamız icazə vermir. Elşad deyir ki, onun etibarından sui istifadə etmişdik. O kimə etibar edirdi? Can bir olan dostunu da çəkib internetə yerləşdirən adamdır. Elşad mənə pul vermək cəsarətini özündə tapsaydı, pulu verib mütləq çəkəcəkdi. O cəsarət edib mənə pul verə bilərdi? Sevincin sonrakı teatr videolarımdan xəbərim olmayıb. Olsa idi onu gecə evimdə saxlayıb səhər ozum prokurorluğa təqdim edərdim”.
 
2 GÜN AC-SUSUZ QALMIŞAM
 
Gülər Əhmədova öz ifadəsinin əsas sübut kimi qeydə alınmasına etiraz edib. O. bu ifadəsini basqı altına verdiyini bildirib:
 
“Qazaxda mən yetərincə biabır olmuşdum. 2 gün ac-susuz qalmışam. Dedim buraxın sabah gəlib ifadəmi yazaram. Dedilər ki, indi yazmalısan. Yorulmusansa yaz ki, yorulmuşam, bezmişəm, Elşada pulu qaytarmaq haqqında düşünərəm. Mən də ifadəmi sonra dəyişə biləcəyimə əmin idim. Amma əvvəlcə öz fikrimi, ardınca da onların dediklərini yazdım. 17 dekabrda verdiyim ifadəm əsas sübut hesab edilə bilməz”.
 
DEMOKRATİYANIN NƏ OLDUĞUNU MƏN BİLMİRƏM
 
Gülər Əhmədova mandatından imtina etməsini suçu boyununa alma kimi qiymətləndirildiyini deyir.
 
“Demokratiyanın nə olduğunu bilmirəm. Ölkədə bunu ancaq 4-5 adam bilir. Mənim mandatımdan imtinamı günahı boynuma alamağım kimi dəyərləndirdi bəzi hüquq müdafiəçiləri, jurnalistlər. Mənim bununla bağlı iclas keçirmək imkanım yox idi ki? Demokratiya budursa mən yəqin ki bunu heç vaxt bilməyəcəm. Qurana əl basaram ki, mən dələduz deyiləm. Elşadın pulu məndə deyil. Ondan pul almamışam. Jurnalistlər bunu üzə çıxarmasa da tarix çıxaracaq. İş elə aparılır ki, Elşadın dediyi olsun. Məni yandıran budur”.
 
Gülər Əhmədova baş prokuror Zakir Qaralovun fikirlərini əsas gətirərək bir neçə sualın hələ də açıq qaldığını deyir:
 
“Eşlad Abdullayev Azərbaycana niyə gətirilməyib? Gətirilməyibsə istənilən yolla, hətta skype ilə niyə onun ifadəsi alınmayıb? S. Babayevanın yeri istintaqa məlum olduğu halda niyə onun ifadəsi bircə dəfə də alınmayıb? Ortada böyük məbləğ, dələduzluq söhbəti varsa niyə E. Abdullayev ya da S. Babyeva bircə dəfə də şikayət etməyib? Niyə 7 il susublar?”
 
MƏN DƏLƏDUZ DEYİLƏM
 
Gülər Abdullayeva hakimlərə müraciət edib. Qərar verərkən ədalətli olmaqla yanaşı ona qarşı mərhəmətli olmağı da xahi edib:
 
“ S. Babayevanın bacısı, oğlu, rəfiqəsinin ifadələri ziddiyətlidir. Qanun tələb edir ki, belə halda iş təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Təqsirləndirilən şəxs mənəm. Xahiş edirəm ki, sizin hökmünüz ekspertlərin hökmünə bənzəməsin. Nə Sevincin taleyini yaşamaq istəmirəm, övladımın da mənsiz böyüməsini istəmirəm.”
 
İfadəsinin sonunda keçmiş deputat prezidentə müraciət edib:
“Cənab prezident. Mən dələduz deyiləm. İllərlə sizin tanıdığınız adamam. Hər zaman H. Əliyevin siyasi kursuna sadiq olmuşam. Bu partiya yox əqidə məsələsidir. Zaman mənim günahsız olduğumü üzə çıxaracaq”.
 
Gülər Əhmədova ən böyük arzusunun ailəsinin yanına getmək olduğunu bildirdi
Məhkəmə günün 2-ci yarısı davam edəcək.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: kosmonavt Haradan: kosmosdan
03.12.2013 13:24
Bu qədər də həyasızlıq olar?
Əvəz Zeynallı guya ki, telefonda Güləri şantaj eləyib 10000 AZN pul istəyib ki, bu pulun da verildiyini heç kim, hətta Gülər belə təsdiqləmir və Əvəzə 11 il həbs qərarı çıxır. Gülər isə video görüntülərdə1000000 AZN-dən danışır və bu pulu aldığı da açıq-aşkar ortada olduğu halda və Millətin Məclisdəki yerini satmağa görə cəmi 3 il iş kəsirlər...
Əgər rüşvət almayıbsa, onda Güləri niyə həbs elədilər? Əgər alıbsa, onda 1 milyon AZN və həm də qalqın səsini bazarda sattığına görə necə olur cəmi 3 il həbs verilsin?

Kimdən: demadim Haradan: SSRI
03.12.2013 10:59
Gularin baxti onda gatirdiki, Ermanistanlidi. Agar Azarbaycandan olsa idi an azi 15 il veracakdilar, balakada basqa azarbaycanlilar kimi agzindan gulla vurub oldurmusdular. Azarbaycanda Azarbaycanli olmaq cox catindi. Akademir Ramiz(Naxcivanli) yaxsi bilir ki, Gular oz ailasini riska atib haqiqati demaz. Tearin adi beladi: "Susmaq haqqi 3 il".
Cavab

Kimdən: Menden Haradan: dunyadan
10.12.2013 10:30
Bu milleti az bolgelere bolun...yeke adamlarsiz ermenistanli yada naxcivanli bele bow bow daniwirsiz...ele gorunur azadliq deyenler ne gundesiz..birinci gedin beyninizi deywdirin
Cavab

Kimdən: Cahandar
03.12.2013 16:52
Ermənistanlı deyil, yarı nardaranlı, yarı şamaxılıdır. Özü də Bakının dağlı məhəlləsində böyüyüb. Amma düz deyirsən, kaş yerində ermənistanlı ya naxçıvanlı olaydı.

Kimdən: Cahandar
03.12.2013 00:22
Maraqlıdır ki, 10 min manat məbləğində soyğunçuluqda ittihamlanan Əvəz Zeynalov 9 il iş alıb, 1 milyon manat soyan və üstəlik dələduzluqda ittihamlanan Gülər Əhmədova isə yalnız 3 il. Zeynalovdan pulu qaytamağı tələb eləyiblər, Əhmədovadan isə yox. Nə qəribə divanxanadır!

Gülər Əhmədovanın isə mərhumənin dalıyca danışmağının isə heç yer yoxdur. Utansın! Bircə dənə sözünə inanıram ki, pul özündə deyil. Amma "a" deyən "b" deməlidir - deyin də, ay Gülər xanım, deyin ki, pul Ramiz Mehdiyevdədir. Qorxmayın. Sizi həbsdə öldürsələr də, adınız qəhrəman çıxacaq, millət sizə səmimi qəlbdən rəhmət oxuyub anacaq. Bununla bütün günahlarınızı yuyacaqsınız.

Kimdən: Oligarch Haradan: Uzaqdan
02.12.2013 20:35
Qurana əl basaram ki, Elşadın pulu məndə deyil.
Guler xanim sizin bu sozlerinize sidqi qelbden inaniram.

Kimdən: Cinni Haradan: BAki
02.12.2013 14:58
Kor kor, gör gör! ... O nə sözdür: H. Əliyevin siyasi kursuna sadiq olmuşam. Məgər Heydər Əliyevin siyasi kursuna sadiq qalanlar dələduzlardır. Bu partiyanın deyil, bəs hansı əqidə məsələsidir? YAP-ı quldurlar partiyası adlandıran S. Təbrizlinin əqidəsindən söhbət gedirsə, bu əqidənin mandat alverçisinə dəxli yoxdur. H.Əliyevi xalq ona görə çağırdı ki, əliəyrilik, rüşvətxorluğa qarşı vuruşsun, xəstəliyi və yatağa düşməyi Hacıbobikləri yaratdı ki, bütün Bakını dağıtdılar, indi isə millətin qarşısında and içirlər ki, rüşvətxorluqla mübarizə edəcəklər. İnananın dədəsinə lənət!
Gülər Əhmədova elə ... tayıdır. Onlara etdiklərini isbat etmək qeyri-mümkün işdir. Məhkəmədən cinayətkarın Prezidentlə bir əqidədə olması gülünc yaradır.
Bununla belə burada qeyri-adi heç nə yoxdur. Azğınlaşmış məmurlar ölkəsində belə hadisələr hələ çox olacaq.
Cavab

Kimdən: Cahandar
02.12.2013 19:17
Əksinə: Əhmədovanın Heydər Əliyev kursuna sadiq qalması elə onun dələduz, hiyləgər, fırıldaqçı və rüşvətxor olduğunun əsas səbəbidir. Qoy digər Heydər Əliyev kursuna sadiq olanlara dərs olsun, çünki onların da axırı belə olacaq, bundan da pis olmasa.

Kimdən: yoldan keçən Haradan: yol qırağından
02.12.2013 14:34
Əminəm ki, bu gecəni evində keçirəcək. Evə buraxılacaq...

Kimdən: Zerger Haradan: Salondan
02.12.2013 14:10
Gülər Əhmədovani deleduzluqla itdiham etmek duzgun deyil.Onu vetene xayanetde gunahlandirmaq lazimdir. Cunki parlament muqeddes yerdir. Guler o muqeddesliyi batil edib. Gulere ömurluk hebs cesasi verilmelidir ki, hemiya ders olsun.
hec shubhem yoxdur ki Sevinc Babayevanin ölumunde de muqessirdir. Butun bunlar ise aysberqin görunen hissesidir.
Böyuk dayag filminden sitat : "Beli bu ilandir, amma en zeherlileri ise hele dash altinda yatir"

Kimdən: Mery911 Haradan: Azerbaycan Sovet olkesi
02.12.2013 13:49
Azerbaycanin Malalasi yapa xidmetin sonu bele olmalidir......
Cavab

Kimdən: pakistandan
03.12.2013 02:46
Xahish edirem Malalani tehgir etmeyesiniz..

Kimdən: Turanci Haradan: Baki
02.12.2013 13:43
Dogrudanmi Guler Ehmedova gunahsizdir?
Cavab

Kimdən: Anonim
02.12.2013 14:11
Gülər elə qışqırır ki "не виноватая я он сам пришёл" :)

Bunun günahsız olduğuna inanmaq üçün gərək uşaq ağlında olasan...

Kimdən: Murad
02.12.2013 13:35
Bəs gözümüzlə görüb, qulağımızla eşitdiklərimizə nə deyək? Bəs baş nazirin müavini "hörmətli" Əli Əhmədov müəllimin sizi dələduz adlandırmasına nə ad qoyaq? Bəs YAP-dan qovulmağınız, tutduğunuz vəzifələrdən çıxarılmağınız necə olsun? Yox Gülər xanım, bu dəfə keçməyəcək. Arzum və istəyim odur ki, öz layiqli cəzanızı necə lazımdır alasınız. Bir də arzu edirəm ki, sizin kimi belə yaramaz işlərlə məşğul olanlar tezliklə sizii aqibətinizi yaşasınlar. Di get.

Oxuyan gərək...