Bazar ertəsi, Oktyabr 20, 2014 Bakı vaxtı 09:20

Cəmiyyət

Azərbaycan Orxan Zeynalova görə Rusiyaya nota verir

Orxan Zeynalov Moskvada həbsxanada. 15 oktyabr 2013Orxan Zeynalov Moskvada həbsxanada. 15 oktyabr 2013
x
Orxan Zeynalov Moskvada həbsxanada. 15 oktyabr 2013
Orxan Zeynalov Moskvada həbsxanada. 15 oktyabr 2013

Bunu da oxu

Biryulyovo qətlində şübhəli bilinən O. Zeynalov saxlanıb

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilir ki, belə bir şəxs indiyədək axtarışda olmayıb. Rusiya tərəfi heç bir rəsmi müraciət də ünvanlamayıb.

Valideynləri Orxan Zeynalov haqda AzadlıqRadiosuna bunları dedilər [Video]

Anasının sözlərinə görə Orxan həbsindən əvvəl onlarla telefon əlaqəsi saxlayıb və bu işdə əli olmadığını bildirib. Atası isə baş verənləri əvvəlcədən planlaşdırılmış siyasət sayır. AzadlıqRadiosu Şəmkirin Seyfəli kəndində Zeynalovlarla danışır

Qətlə etirazlar, gəlmələrə nifrət, ya bazar uğrunda savaş?

Rusiya polisi Pokrovskaya ətrafında baş verən toqquşmaları qətllə əlaqələndirsə də, bir çox şərhçilər başqa səbəblərdən danışır
-

Azərbaycanın Rusiyadakı səfirliyi bugünlərdə səs-küylü şəkildə həbs edilən Azərbaycan vətəndaşı Orxan Zeynalovun yanına diplomatların buraxılması tələbilə nota hazırlayır.

Rusiyanın Xarici İşlər Nazirliyinə təqdim ediləcək nota haqqında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Dojd” telekanlının efirində məlumat verib. Səfir bildirib ki, Orxan Zeynalovun yanına vəkilləri buraxılmalı, ehtiyacı varsa, tərcüməçi ilə də təmin edilməlidir.

Polad Bülbüloğlu vurğulayıb ki, Azərbaycan vətəndaşının hazırda ittiham olunduğu cinayəti törədib-törətmədiyini yalnız məhkəmə müəyyən edə bilər.

Səfir Orxan Zeynalovun həbsi zamanı bir sıra qanun pozuntularının baş verdiyini deyib və bu həbsin kütləvi informasiya vasitələrində yayılmasını “isteriya” adlandırıb.

Orxan Zeynalov Moskvada 25 yaşlı bir gənci öz qız dostunun yanında bıçaqlayaraq öldürməkdə ittiham edilir.

Bu hadisədən sonra Moskvada millətçi qruplar miqrant işçilərə qarşı zorakılıqlarla müşayiət olunan aksiyalar keçiriblər.

Orxan Zeynalovun özü isə ötən gün polisin xüsusi əməliyyatı ilə saxlanıb. O, tutularkən çəkilən kadrlarda plisin onun qollarını bağlayıb yerə yıxaraq təpiklədiyi, sonra da qolları burularaq, başı aşağı şəkildə Rusiyanın Daxili İşlər nazirinin iş kabinetinə gətirildiyi görünür.

Rusiyalı müstəntiqlər onun artıq cinayəti boynuna aldığını deyirlər.

Elə bu gün Moskvada bir azərbaycanlı Ruslan Qazaxanlı qətlə yetirilib. Rusiyanın hüquq-mühafizə orqanları çoxsaylı bıçaq yaraları olan meyidin oktyabrın 16-da keçmiş Çerkisov bazarının yaxınlığında tapıldığını deyirlər.

Rusiyalı müstəntiqlər bildirirlər ki, ilkin məlumata görə azərbaycanlını məişət mübahisəsi zəmnində Müstəqil Dövlətlər Birliyi ölkələrindən birinin vətəndaşı öldürüb.

Amma hələlik qatilin kimliyi açıqlanmayıb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Savalan Haradan: Sakatla
18.10.2013 01:18
Öncədən düşünülmüş və cızılmış plan.
Rusiya slvil bir ölkə deyil. Həm də ağıllı ölkə deyil. Ona görə ki, baş verən hadisələrə həmişə güc mövqeyindən yanaşmaq heç də həmişə uğur gətirmir. Indi çağdaş dünyamızda ölkələr güclə deyil, ağılla idarə olunur. Rusiya isə XVII-XIX əsrlərdəki “mujik” Rusiyası səviyyəsində qalaraq hər şeyi güc yolu ilə həll etməyə çalışır. Amma zaman o zamzan deyil axı.
Mən məlum qətlin məhz Orxan Zeynalov tərəfindən törədildiyinə şübhə ilə baxıram. Fikrimcə, bu bir siyasi gedişdir və qurbanı da Orxan Zeynalov oldu. Orxan Zeynalov olmaza da kimsə başqa birisi onun yerində olmalı idi. Onun yerində başqa bir Azərbaycanlı olmalı idi. Fərqi yoxdur həmin adam cinayətkardır, ya yox. Mütləq bir Azərbatcanlı günahkar tutmaq lazım idi. Rusiya üçün qatilin məhz Azərbaycanlı olması vacibdir. Bu Rusiyanın müəyyən müvafiq dairələri tərəfindən Azərbaycana qarşı öncədən düşünülmüş və cızılmış bir plandır.

Kimdən: İsmət Haradan: Tər-Tər
18.10.2013 01:07


Azərbaycanlıların Rusiyada özlərini ...

Azərbaycanlıların Rusiyada özlərini bir millət kimi, bir xalq kimi təqdim etməyinə gəlincə, bu doğrudan da çox utanc vericidir. Fəxr etməyə bir əsasımız yoxdur. Bizi Rusiyada alverçilər, cindarlar və düşük meyxana deyənlər təmsil edir. Amma Azərbatcan xalqı ancaq alverçilərdən, cindarlardan və düşük meyxana deyənlərdən ibarət deyil axı. Azərbatcan xalqı dünya və bəşəriyyət tarixinə Nizami, Füzuli, Nəsimi, Xaqani və s. onlarla belə mütəfəkkirlər bəxş eləmiş bir xalqdır.
Rusiya sivil bir dövlət deyil. Rusiyanın Azərbaycanda tarixən çox ciddi maraqları var (I Pyotrun vəsiyyəti, Leninin direktivləri və s.) Bu siyasi intriqada uduzan yenə də yalnız xalq olacaq – özü də bizim xalq, yəni Azərbatcan xalqı.
Bütün münaqişələrə qalib gələ biləcək yeganə bir silah tanıyıram, o da bilgidir,yəni elmdir. O da ki bizdə, yəni Azərbatcanda ya yoxdur, ya da ki, yox səviyyəsindədir. Ona görə də elmin inkişafına özəl diqqət yetirmək lazımdır.

Kimdən: İsmət Haradan: Göyçay
17.10.2013 16:56
Sovet dövləti dağılandan bu yana…
Sovet dövləti dağılandan bu yana 20 ildən çoxdur ki, elə hey Rusiyada işləməyə gedən yurddaşlarımızın Azərbaycana tabutları gəlir, amma Azərbaycan bunların heç birinə siyasi don geydirməyib. Ruciya şəhərlərinin küçələrində milisin gözü qarşısında və hərdən də milis işçilərinin bilavasitə iştirakı ilə hər gün neçə-neçə emiqrant öldürülür. Ancaq nə cinayətkarı əməlli-başlı axtaran olmur, nə də həmin ölüm olayını videoya çəkən olmur.
Amma Orxan Zeynalovu isə videoya çəkən (???) olub, özü də gecə yarısı???
Rusiyanın ədalət tərəfdarı olan vicdanlı ziyalıları Orxan Zeynalovla olan bu olaylara inanmırlar, bu olayın qurma olduğu qənaətindəditlər.
Rusiyanın tanınmış jurnalisti, teleaparıcı Kiseniya Sobchak qətldə şübhəli bilinən azərbaycanlı Orxan Zeynalovun Moskvada həbs olunması ilə bağlı yayılan videonu şərh edir. Jurnalist öz tvitter səhifəsində yazır:
“Qısası, görünür bizim Bin Laden tutulub, ölkə xilas oldu. Belə bir təssürat yaranır ki, Orxan Zeynalovun tutulmasının prodüseri Rodnyanskiydir, filmi isə Fyodor Bondarçuk çəkib”
Nə yaxşı ki, dünyada həqiqəti qoruyan insanlar var.

Kimdən: Hilal Haradan: Quba
17.10.2013 16:34
Nə yaxşı ki, həqiqəti qoruyan insanlar var.
Mən məlum qətlin məhz Orxan Zeynalov tərəfindən törədildiyini şübhə ilə baxıram. Fikrimcə, Rusiya bu olaydan öz çirkin siyasi gedişlərini və niyyətlərini həyata keçirmək üçün bir bəhanə kimi istifadə edəcəkdir və Rusiyanın bu niyyıtinin qurbanı da Orxan Zeynalov oldu.
Rusiya sivil dövlət deyil, XVII-XIX əsrlərdə deyildiyi kimi “mujik” dövlətidir. Rusiya həm də intriqant dövlətdir. Rusiyanın Azərbaycanda tarixən çox ciddi maraqları var (I Pyotrun vəsiyyəti, Leninin direktivləri və s.). Rusiya eyni zamanda, həm də özündən zəif və sayca az olan xalqların qənimi olan bir dövlətdir.
20 ildən çpxdur ki, Rusiyadan elə hey Azərbaycana tabotlar gəlir, amma Azərbaycan bunların heç birinə siyasi don geydirməyib. Ruciya şəhərlərinin küçələrində milisin gözü qarşısında və hərdən milis işçilərinin bilavasitə iştirakı ilə hər gün neçə-neçə emiqrant öldürülür. Ancaq nə cinayətkarı əməlli-başlı axtaran olmur, nə də həmin ölüm olayını videoya çəkən olmur.
Cavab

Kimdən: Savalan Haradan: Qazax
18.10.2013 12:35

Azərbaycanlıların Rusiyada özlərini ...

Azərbaycanlıların Rusiyada özlərini bir millət kimi, bir xalq kimi təqdim etməyinə gəlincə, bu doğrudan da çox vacib bir məsələdir. Fəxr etməyə bir əsasımız yoxdur. Bizi Rusiyada alverçilər, cindarlar və meyxana deyənlər təmsil edir. Amma Azərbatcan xalqı ancaq alverçilərdən, cindarlardan və meyxana deyənlərdən ibarət deyil axı. Azərbatcan xalqı dünya və bəşəriyyət tarixinə Nizami, Füzuli, Nəsimi, Xaqani və s. onlarla belə mütəfəkkirlər bəxş eləmiş bir xalqdır.
Rusiya sivil bir dövlət deyil. Rusiyanın Azərbaycanda tarixən çox ciddi maraqları var (I Pyotrun vəsiyyəti, Leninin direktivləri və s.) Bu siyasi intriqada uduzan yenə də yalnız xalq olacaq – özü də bizim xalq, yəni Azərbatcan xalqı.
Bütün münaqişələrə qalib gələ biləcək yeganə bir silah tanıyıram, o da bilgidir,yəni elmdir. O da ki bizdə, yəni Azərbatcanda inkişaf etmiş ölkələrlə müqayisədə çox zəif, və ya da ki, nisbətən zəif durumdadır. Ona görə də elmin inkişafına özəl diqqət yetirmək lazımdır.

Kimdən: Anonim
17.10.2013 14:57
indi görür ilham gili, polisin ganunsuz ishleri nece olur. ele sizin tagsirinizdir ki, kend ushagi evini goyub gedib oturub o .... arasinda. hami bilir ki, ruslar shovinistdir. bunu bütün dünya bilir. siz öz övladlariniza sherait yaratmirsiz, onlar da gachib gedirler rusiyaya. ganunsuz adamlari tutub dama basanda deyirsiz ki, günahkardirlar. indi mehkemenin gerarini gözleyirsiz, guya onsuz adami günahkar saymag olmaz. rusiya mehkemesi beyem sizinkinin bir tayi deyilmi. onlar da o yaziga nece lazimdir ish kesecekler. ulu önderin gül fondundan bir neche milyon versinler, chixartdirsinlar onu türmeden. ruslarin da polisi bizimkilerin tayidir. bu ishi gaydasina goymasa hökümet, chox pis olacag rusiyadaki hemvetenlerimiz üchün.

Kimdən: Xəyal Haradan: Gəncə
17.10.2013 14:54
Nazir kabineti yoxsa təcridxana?
Rusiya sivil bir dövlət deyil və yenə hələ də velikorus düşüncəsi ilə yaşayır və koomunist ideyalı imperiyanı bərpa etmək xəyalındadır. Rusiya yenə də öz köhnə havasını çalır. Rusiya yenə də qana susayıb. Rusiya yenə də öz xeyirini özgələrinin bədbəxtliyində axtarır. Yenə də caynaqlarını itiləyib düşüb bu Qafqazın üstünə. Özü də başlayıb bütün dünyanın gözündən pərdə asıb, bütün dünyanı aldatmağa. Fikir verin Orxan Zeynalovla bağlı olaya. Görəsən Rusiyada nə vaxtdan adam öldürəni xüsusi təyinatlılar tutub şəxsən nazirin və ya nazir yardımçısının kabinetinə aparmağa başlayıblar? Bunun üçün məgər Rusiyada xüsusi təcridxanalar yoxdurmu ki, Orxan Zeynalovu birbaşa nazirin kabinetinə aparıblar? Dünyanın hansı ölkəsində indiyə qədər belə bir olay olub ki, cinayətdə şübhəli bilinən şəxsi tutub nazirin və ya nazir yardımçısının kabinetinə aparalar. Buna bənzər belə bir olay heç orta əsrlərdə də olmayıb.
Bir də ki, məgər Rusiyada indiyə qədər heç adam öldürmə faktları olmayıbdırmı ki, Orxan Zeynalovla bağlı olan hələ heç sübut olunmamış bir olayı böyük bir şouya çeviriblər.
Bu faktların özü bir daha Rusiyanın dürüst niyyətdə olmadığını və bu olaydan Azərbaycana qarşı heç də yaxşı olmayan siyasi məqsədlər üçün istifadə etdiyini sübut edir.
Cavab

Kimdən: Dəmir Haradan: Gədəbəy
18.10.2013 12:28
Öncədən düşünülmüş və cızılmış plan.
Hadisələrə həmişə güc mövqeyindən yanaşmaq heç də həmişə uğur gətirmir. Indi çağdaş dünyamızda ölkələr güclə deyil, ağılla idarə olunur. Rusiya isə XVII-XIX əsrlərdəki “mujik” Rusiyası səviyyəsində qalaraq hər şeyi güc yolu ilə həll etməyə çalışır. Amma zaman o zamzan deyil axı.
Mən məlum qətlin məhz Orxan Zeynalov tərəfindən törədildiyinə şübhə ilə baxıram. Fikrimcə, bu bir siyasi gedişdir və qurbanı da Orxan Zeynalov oldu. Orxan Zeynalov olmaza da kimsə başqa birisi onun yerində olmalı idi. Onun yerində başqa bir Azərbaycanlı olmalı idi. Özü də məhz elə Azərbaycanlı olmalı idi. Fərqi yoxdur həmin adam cinayətkardır, ya yox. Mütləq bir Azərbatcanlı günahkar tutmaq lazım idi. Rusiya üçün qatilin məhz Azərbaycanlı olması vacibdir. Bu Rusiyanın müəyyən müvafiq dairələri tərəfindən Azərbaycana qarşı öncədən düşünülmüş və cızılmış bir plandır.

Kimdən: kohne yeraz Haradan: basarkecerden
17.10.2013 11:37
polad bey! cox farash terpenirsen halal olsun senin ve hokumetin bu cur celd ve cabuk reaksiyasina, men size gore cox utanc duyuram get mahni oxu bashini saxla, senden sefir olmaz, sende gunah yoxdu seni o vezifeye qoyanlardadi gunah, hele deyesen bizi daha boyuk sinaqlar gozleyir, her bir azerbaycanli gerek bile ki arxasinda dovleti var olmaliydi amma yoxdu buna gore davrana. yaziq bashi qapazli millet

Kimdən: Eloglu Haradan: Avropa
17.10.2013 10:45
Polad Bülbüloğlunun ifadələrini və bu istiqamətdə atılacaq addımlarını müsbət qiymətləndirirəm.

Son hadisələr bir daha onu göstərdi ki, faşizm indi Rusiyada "yaşayır" və Ramiz Mehdiyev bizi bu ölkənin qucağına itələməklə nə qədər qaranlıq məqsədlər güdür.

Kimdən: Natiq Haradan: Bakı
17.10.2013 10:42
Bu məsələyə dövlət başçısı səviyyəsində reaksiya verilməlidir. Cinayətkar olsa belə heç kimin bir insanın ləyaqətini alçaltmaq haqqı yoxdur. Vətəndaşlarının hüquqlarını öz ölkəsində təmin etməyən bir dövlətin xaricdəki vətandaşını nə dərəcədə qoruya biləcəyi isə məsələnin başqa bir tərəfidir.

Kimdən: roman dadasov Haradan: baki
17.10.2013 02:41
Hele harasi bir miletik bizi bele qiqdirirlar
Cavab

Kimdən: qaqash Haradan: bakidan
17.10.2013 14:50
Men haziram moskvaya gedib duz Putinin gabaginda aksiya kecirmeye,,,o fashistdi butun bu isderin dalinda putin durur, . Kim menimle getmeye razidirsa cavab yazsin, gorsedey onlara bizim kim oldugumuzu!!!
Cavab

Kimdən: Gara Melek Haradan: Bakidan-Cehennemden
18.10.2013 01:09
Gagas. Mene ele gelir ki, rusiyaya getmeye haminin imkani catmaz. Amma en azindan burada ... hami aksya kecirmelidir ve bu aksiyada muxalifetli, igtidarli hami olmalidir!!! Cunku bu bir milli meseledir ve her birimize, milletimize yonelik bir provakasiyadir. Men sexsen sizinle bu aksyada onde gedmeye haziram.
Cavab

Kimdən: Turanci Haradan: Baki
17.10.2013 22:53
qaqaw men sizinle raziyam rus imperiyasi yeniden yaratmaq isteyir putin.Siz evvel putin sozunu boyuk herfle qeyd etmisiniz,sonra sehvinizi duzeltdiniz sag olun.Vallah fawistlerin adi cixib rus wovinistleri 20yanvar hadisesini nece toretdi hec uf da demedi.Biz yene beynemilellikden el cekmirik.MILLETINI sevenlere ewq olsun.Yawasin patriotlar,sag olun.
Səhifə (2)
    Növbəti 

Oxuyan gərək...