Bazar ertəsi, Sentyabr 22, 2014 Bakı vaxtı 21:14

Cəmiyyət

Valideynləri Orxan Zeynalov haqda AzadlıqRadiosuna bunları dedilər [Video]

Zeynalovlar: «Oğlumuz günahsızdır»i
X
Gülnur Raqifqızı
15.10.2013
AzadlıqRadiosu Moskvada həbs olunan Orxan Zeynalovun valideynləri ilə görüşmək üçün Şəmkirin Seyfəli kəndinə gedib. Valideynlərinin baş verənlərə münasibətli, Orxan Zeynalovun həbsindən əvvəl anası ilə nə haqda danışması ətraflı, Gülnur Raqifqızının videosunda

Zeynalovlar: "Oğlumuz günahsızdır"

AzadlıqRadiosunun müxbiri Gülnur Raqifqızı oktyabrın 15-də  Şəmkirin Seyfəli kəndində,  Moskvada qətl törətməkdə şübhəli bilinən Orxan Zeynalovun valideyinlərindən müsahibə götürüb. Valideyinləri onun belə bir iş tutmasına inanmadıqlarını deyiblər. Onların sözlərinə görə, Orxanın özü də onlarla telefon əlaqəsi saxlayıb və bu işdə əli olmadığını bildirib. (Söhbət Orxan Zeynalovun həbsindən əvvəl aparılıb)

Orxanın atası Zahid Zeynalov:

"İnana bilmirəm. Orada ticarətlə məşğul idi. 4 ildən çoxdur ki, Moskvadadır. Bu hadisəni eşidəndə çox kədərləndim, dedim ki, mənim oğlum belə bir iş görə bilməz. Bircə onu düşünürəm ki, immiqrantlara görə, bu proses əvvəlcədən planlaşdırılıb ki, Azərbaycanlılar, Müstəqil Dövlətlər Birliyinin vətəndaşları Rusiyaya viza ilə getsinlər. Bəlkə də bu, siyasi bir hadisədir, bəlkə bu hadisəni planlı şəkildə törədiblər? Mən başqa heç nə deyə bilmərəm. İndicə eşitdim, kanalın biri dedi ki, odur, biri isə təkzib etdi, dedirlər, o deyil. Mənim narazılığım odur ki, dövlət səviyyəsində bu hadisəni dəqiqləşdirsinlər ki, həqiqətən bu hadisəni kim törədib, onu cəzalandırsınlar. Yəqin ki, araşdırılanda da eşidəcəksiz  ki, o, ölkəni tərk eləməyib.

Yəni ümumiyyətlə deyirlər ki, Rusiyadan kənara çıxan bütün təyyarələrdə başqa millətlərin nümayəndələrini  çıxmağa qoymurlar, o ölkəni necə tərk edə bilər? O sadəcə uzaqbaşı Moskvadan 200-300 kilometr kənara çıxa bilər. Amma ölkəni tərk eləməyib".

Orxanın anası Yasəmən Zeynalova da buna inanmadığını deyir:

“Həmişə danışırıq , bazarda alver edir. Həmişə deyirdi ki, hər şey yaxşıdır, işlər qaydasındadır, Nə deyim. Hamı kimi yoldaşları ilə birgə pul dalınca gedib. 5-3 manat pul qazanma
Yasemen ZeynalovaYasemen Zeynalova
x
Yasemen Zeynalova
Yasemen Zeynalova
ğa getmişdi. Burda iş yoxdu, oxumayıb, elə bir işi yox idi.

Allah bütün balaların pənahında dursun. Əsəb içindəyəm, onluq heç nə yoxdur, sadəcə şübhələnirlər, elə indicə zəng eləyib ki, mənlik heç nə yoxdur. Mal dalınca gedibmiş, saata baxmadım, təxminən 2-3-də zəng eləmişdi. Dedi ki sağ-salamatçılıqdı, deyilənləri mən də eşidirəm, ora gedəcəm ki, kimin kim olduğunu bilsinlər".

Qeyd edək ki, Orxan Zeynalov bu günlərdə Moskvanın Biryulevo rayonunda Yeqor Şerbakov adlı gəncin qətlində şübhəli bilinir. Rusiya polisi onu Moskva ətrafındakı Kolomne yaşayış məntəqəsində həbs edib.

Yeqor Şerbakovun qətli yerli millətçilərin etirazına səbəb olub. Aksiya zamanı  azı 23 nəfər xəsarət alıb, yüzlərlə adam saxlanıb.

Orxan Zeynalov bu rayonda yerləşən meyvə-tərəvəz bazasında çalışır. Şəhər rəhbərliyi artıq bazarı bağlayıb. Bu bazarda əsasən Qafqaz və Orta Asiyadan olan miqrantlar çalışır.

Seyfəlidən reportajı hazırladı: 
Gülnur Novruzova
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: danabaskendinden Haradan: azerbaycan
17.10.2013 20:52
bu rus deyr ki sizn dovletiniz karupsener przdenti var o xalqi pis gune qoyr men qoya billerem.

Kimdən: ELÇİ BEY-eskeri Haradan: Quzey Azerbaycan Bakı
16.10.2013 12:23
Göresen Quzey Azerbaycan iqtidarını 20 ildir ki,zebt edib polis rejimile idare edenler valideynin bu fikirine ne deyecekler.Axı sizlerin tez-tez regiyonlarının inkişafından yeni iş yerlerin açılmasından dem vurursuz.Regionun inkişafı onun iş yerlerinin olmasından keçir.Cenablar insanları YAP-çı, ve qeyrilerine bölmurlar.Moskvada olan sefirimiz ve diaspor teşkilatı bugün Orxan Zeynalovun işini nezaret altına almalıydı.Bir-neçe ay bundan önce A.Abbasov Rusiyanın regiyonlarına sefer edib,”Teşkilatlanıb insanlarımızın hüquqlarının müdafiyesine qalxmışdı”.Ne oldu cenab A.Abbasov? Her şey bitdi!? Heç şübhe etmirem ki,”Neyimize lazımdır bir neferi hebs etmekle ne deyişecek.Ağrımayan başımızı niye ağrıdağ“.Deyecekler!


Kimdən: Yunus Paşa Haradan: Bakı
16.10.2013 12:06
Hamının düşüncəsinə sayğı ilə.Sayın Tural bəy,Ali bəy, bu radioda işləyənlər də aztevelərdə işləyənlərlə bir mühitdə,eyni torpağda böyümüş,eyni məktəbdə bilik almış adamlardır, ona görə sinirlənməyə dəyməz.Bu olay üçünsə,"Onu bağışlamaq olarmı ?" filminin finalındakı ananın sualını belə demək olar, Orxanmı, yoxsa, yüz minlərlə oğul və qızlarımızı Azərbaycandakı haqsızlıq, ədalətsizlik, evsizlik,işsizlik üzündən ata ocağını tərk edib Rusiyanın çöllərinə salan hakimiyyətmi qünahkardır ?...

Kimdən: arif Haradan: Bakı
16.10.2013 11:20
Mən çox təssüflənirəm ki, belə coqrafi məkanı olan bir vətəndə 9 mln. xalqın övladları çörək axtarışındadır.Hərçən ki, vətənimizdədə haqsızlıq ayaq açıb nəhəng adımlarla milləti fəlafətə aparır.Qəribdə yüngül həyat axtarmaq əfsanədir.Qəriblikdə təhqir olmaqdan vətəndə haqqın uğrunda şəhid olmaq daha şərəflidir.Nə düşmüsüz çöllərə vətəndə zindanda qalmaq qəriblikdə firavan yaşamaqdan daha fərəhlidir.Gəlin vətənizə haqqın kəşiyində durun.Bizim ərazilərimizi işqal edənlərə hansı çörək mübadiləsi aparmaq olar.Bütün Azərbaycanlılar vətənə qayıtmalıdır,bəsdirin rusun quluğunda dayandınız.Vətən sizin biganəliyiniz bu gündədir. gündədir.

Kimdən: talib Haradan: baki
16.10.2013 05:24
Ay xanim,gunah sizdedir ki,oglunuzu analogu olmayan,kosmik suretle inkishaf eden,sechkilerin seffaf kechirilmesine gore Avropanin bele gibte etdiyi,hetta MALI-de bele sechkileri kechirilmediyini tesdig eden numayendeler,inkishafini bize paxillig etdiklerine gore YAVASHLATMAG istediyimiz bir respuklikadan Moskvaya gondermisiniz.Chorek pulu deyende neyi nezerde tutursunuz,bizde ishsizlik 4-5 %dir,xeberiniz yoxdu? Yerliniz Meherremin bashini da yediler.Hech olmasa,yerlilerinizi yigmishdi bashina..

Kimdən: Tural Haradan: Tiflis
16.10.2013 03:00
Ay öndə gedən Azadlıq radiosunun şəxsi heyəti! ...Biz sualı adama nə qədər vermək olar? Er-arvada eyni sualı verdi. Bəyəm başqa sual yoxdur ki, eyni sualları verir?

Kimdən: Akif
16.10.2013 00:26
Orxanin atasi deyirler müellimdir göresn bu seckilerde xüsusi canfesanlig edenler arasinda deyildi? eger eleydise buda onun mükafati

Kimdən: ali
16.10.2013 00:08
Bütün məqalə boyu Orxan Zahidov yazmısız
Cavab

Kimdən: Bakilidan Haradan: Bakidan
16.10.2013 02:18
Bizimkiler ne yaza bilmir, ne de xarici olkede ozunu apara. Getmisen bala alvere, alverini ele...