Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:00

Cəmil Həsənli Şəkidə mitinq keçirdi


Cəmil Həsənlinin Şəkidə görüş mitinqi
Cəmil Həsənlinin Şəkidə görüş mitinqi
-
«Ölkə korrupsiya bataqlığında batır, bunun da başında İlham Əliyev dayanır. Bu günlərdə ildönümü tamam olan Gülər Əhmədova ilə bağlı yayılan videolardan bəlli olur ki, mandat alverinin başında İlham Əliyev dayanır və o, buna görə cavab verməlidir».

Bunu oktyabrın 2-də Şəkidə seçicilərlə görüşündə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli söyləyib.

Cəmil Həsənli deyib ki, hakimiyyətin apardığı siyasət nəticəsində Azərbaycanda təhsil bərbad vəziyyətə düşüb:

«Kütləvi savadsızlığa görə hakimiyyət məsuliyyət daşıyır. Məgər biz ona görə müstəqil olmuşuq ki, şagirdlərimizin hər ikisindən biri ana dilindən «iki» alsın. Bu təhsildən yetim qalan hakimiyyətdəkilərin əməllərinin nəticəsidir».

Cəmil Həsənli şəkili seçiciləri oktyabrın 9-u seçkiyə getməyə çağırıb. Deyib ki, gəlməsəniz məntəqələrdə boş bülletenlərdən saxtakarlıq üçün istifadə oluna bilər.
Görüş başa çatıb.

Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gözəl Bayramlı AzadlıqRadisuna bildirib ki, əvvəlki görüşlərdə olduğu kimi, bu gün də bir neçə şəxs görüşü pozmağa çalışsa da, bunun qarşısı alınıb:

«Öyrədilmiş adamlar aksiyaya müdaxilə etmək istəyirdi. Ancaq onların istəyi yenə baş tutmadı, hakimiyyətin təxribatı alınmadı».

MİTİNQ BAŞLADI

Oktyabrın 2-də Şəkidə Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçicilərlə görüşü başlayıb.

Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi Gözəl Bayramlı AzadlıqRadiosuna bildirib ki, mitinqin keçiriləcəyi yerə şəhər sakinlərinin gəlməsinə maneələr yaradılıb, avtobuslar həmin yerə getmir.

Mitinqdə çıxış edən AXCP sədri ƏLİ Kərimli deyib ki, prezident İlham Əliyev özünü şahənşah kimi aparır:

«Artıq dünyada sülalə hakimiyyətləri süqut edir. Buna Qəddafi, Mübarək ailəsi bariz nümunədir».

AXCP sədri Şəki sakinlərini 9 oktyabrda tarixi fürsəti əldən verməməyə çağırıb.
XS
SM
MD
LG