Çərşənbə, Aprel 23, 2014 Bakı vaxtı 19:40

Rubrikalar / Media icmalı

Ramil Usubov: «Kimin kimdənsə xoşu gəlmirsə...»

Abşeron yarımadasının xəritəsiAbşeron yarımadasının xəritəsi
x
Abşeron yarımadasının xəritəsi
Abşeron yarımadasının xəritəsi
Şriftin ölçüsünü dəyiş - +
-
BU TƏRƏFİ DƏ AVROPAYA QATA BİLƏRİK, AMMA...

«Ayna» qəzeti Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan ərazisinin 1/16 hissəsinin Avropaya düşməsi haqda məlumatını şərh edir.

Qəzet Avropa ilə Asiya qitələri arasındakı sərhədin Fatmayı ilə Mehdiabaddan keçməsinə toxunaraq qeyd edir:

«Mehdiabaddan bu tərəfi də birdəfəlik Avropaya qata bilərik. Amma bunun üçün coğrafi koordinatları deyil, düşüncə və həyat tərzimizi təftiş etməliyik».

«AZƏRBAYCAN DÜNYADA ƏN SÜRƏTLƏ İNKİŞAF EDƏN DÖVLƏTDİR»

«Azərbaycan» qəzeti yazır ki, Azərbaycan dünyada ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətdir:

«ABŞ, İtaliya və Polşanın dünya şöhrətli beyin mərkəzlərinin ölkəmizlə bağlı yaydığı son hesabatlar bunu bir daha təsdiq edir... Uğurla gerçəkləşdirilən yeni neft strategiyasının 2003-cü ildən daha yüksək nəticələrə yol açması, respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoyması - ümumi daxili məhsulun artım tempi, büdcə gəlirlərinin ildən-ilə əhəmiyyətli dərəcədə çoxalması iqtisadi sektorda islahatların genişləndirilməsinə, sosial-mədəni modernləşməyə imkan yaratmışdır».

RAMİL USUBOV: «GET İSTƏDİYİN ADAMA SƏS VER...»

Daxili işlər naziri Ramil Usubov Azərbaycanda prezidentliyə namizədlərin təşviqat plakatlarının cırılması ilə bağlı iddialar haqda danışıb.
Ramil UsubovRamil Usubov
x
Ramil Usubov
Ramil Usubov
ANS-in məlumatına görə, Ramil Usubov AZTV ilə çıxışında bu iddialara cavab verib.

«Kimin kimdənsə xoşu gəlmir. Bunun sivil yolu var. Get seçki məntəqəsində istədiyin adama səs ver, onunla da məsələ bitsin. Amma görürsən ki, gəncdir, yaxud başa düşmür, yaxud öyrədilmiş adamdır, gedir namizədlərdən kiminsə şəklini cırır. Bu cür hallar olanda təbii ki, polis bunun qarşısını alır», - deyə nazir bildirib.

«İNDİKİ MEYDANLAR BİZƏ DAR GƏLİR»

«YAP seçkinin birinci mərhələsində kənd rayonları üzrə 821 görüş keçirib. Görüşlərdə 850 minə yaxın insan iştirak edib».

Bunu Mediaforum saytına Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov deyib. O, Bakıda mitinqlər üçün ayrılmış meydanların kiçik olduğunu bildirib:

«...indiki meydanlar bizə dar gəlir. Özünü Milli Şura adlandıran qurumda radikal müxalifətin hamısı toplanıb, mitinqə 1500-2000 adamı güclə yığa bildilər. YAP-ın Bakıda olan ən kiçik rayon təşkilatının doqquz min üzv var».

ƏLİ KƏRİMLİ: «İNDİ BUYURSUN, İLHAM ƏLİYEV CAVAB VERSİN»

Əli KərimliƏli Kərimli
x
Əli Kərimli
Əli Kərimli
«Nəyinki 8 milyonum yoxdur, heç 80 min dollardan da söhbət gedə bilməz».

AXCP sədri Əli Kərimli «Azadlıq» qəzetinə müsahibəsində onun banklardan 8 milyon manat çıxarması barədə yayılan məlumatlara belə cavab verib:

«İndi buyursun, İlham Əliyev cavab versin. o, hansı pullarla oğlu 11 yaşı olarkən ona Dubayda 74 milyon dollara 9 villa alıb? O, hansı əsasla Daşkəsəndəki 2.5 milyard manat dəyərindəki «Çovdar» qızıl yataqlarını öz qızlarının ələ keçirməsinə şərait yaradıb? Açıqlama versin ki, necə olub, dövlət başçısı olduğu müddətdə ölkədən 48 milyard pul çıxarılıb? İzahat versin ki, ölkənin ən böyük banklarının bir neçəsi onun Səməd Vurğun küçəsindəki mənzilində qeydiyyatdadır, bu qədər bankı hansı yolla əldə edib?...».

NƏ DEBAT KİMİ DEBAT, NƏ DƏ...

«İndiki format nə debat kimi debat, nə dəyirmi masa kimi dəyirmi masa, nə də xüsusi tribuna kimi namizədlərin efir vaxtı  sayıla bilər».

«Bizim yol»a müsahibəsində Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov prezidentliyə namizədlərin İctimai Televiziyadakı ödənişsiz çıxışlarını belə qiymətləndirib:

«Hesab edirəm ki, müəyyən edilmiş format səmərəsizdir, bu efirdən də görünür».
Cəbhə bölgəsiCəbhə bölgəsi
x
Cəbhə bölgəsi
Cəbhə bölgəsi

MÜHARİBƏ RİSKİ

«Zerkalo» qəzeti Azərbaycanla Ermənistan arasında müharibə riskinin artdığını yazır. Qəzet Beynəlxalq Böhran Qrupunun hesabatına istinadən belə qeyd edir:

«Azərbaycanla Ermənistan arasında ziddiyyət yüksək həssaslıq səviyyəsinə çatıb. 2011-ci ildə sülh danışıqları dayandırılıb. Bu tərəflərin silah yarışmasına və amansız ritorikanın intensivləşməsinə səbəb olub...».

AZƏRBAYCANDA AYA 60 MİN MANAT MAAŞ?

«Azərbaycandakı xarici neft şirkətləri adətən maaş məsələsini sirr kimi saxlayırlar, bəzi məlumatlara görə, bu şirkətlərdə əməkdaşlar ayda 20 min manatdan 60 min manata qədər maaş alırlar».

Bunu «Exo»ya müsahibəsində Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyib. O, Azərbaycanda növbəti yüksək maaşın bank sektorunda olduğunu qeyd edir:

«Bu yaxılarda bank rəhbərliyinin müavini vəzifəsinə iş elanı ilə bağlı məlumatda aylıq maaşın 12 min manat olduğu göstərilmişdi».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Teymur Haradan: Şirvan
29.09.2013 23:16
Vaxtilə AXC hakimiyyətdə olanda AXC funksionerləri ermənilərə torpaq vermək üstündə sanki yarışa çıxmışdılar. Kəlbəcəri, Laçını, Şuşanı, bir sözlə rayonlarımızı bir birinin ardınca ermənilərə verəndən sonra başladılar bir-birinin üstünə qoşun yeritməyə. Bir il hakimiyyətdə oldular və biri Şuşa gedərsə özü öz başına güllə çaxacağı yalanı ilə məşhurlaşdı, o biri Kəlbəcəri ermənilərə verib ordunu çəkib Gəncəyə gətirdi ki, daha yağlı tikə ələ keçirsin deyə ordunu ermənilərə qarşı deyil, Azərbaycan xalqının üstünə yeritdi. Daha birisi isə ölkənin dar günündə qaçıb Kələkidə gizləndi və s.......... Belə faktlar o qədər çoxdur ki, saymaqla qurtaran deyil.........
Bu xalq müdrik xalqdır, yaxşını pisdən ayırmasını bilir.
Ona görə də sizin kimi satqınlara daha meydan verməz və verməyəcək də. Ona görə də üzü sulu ikən indidən meydandan çəkilin. Azərbaycan xalqı öz seçimini artıq edibdir.
Prezidentimiz İlham Əliyev Azərbaycan xalqının inamını Azərbaycanın çiçəklənməsi yolunda öz əməli işləri ilə qazanmış bir şəxsiyyətdir. Ona görə də xalq növbəti dəfə də İlham Əliyevi prezident görmək istəyir.

Kimdən: Qarabagli Haradan: Avstriya
29.09.2013 03:46
Süleyman beyle Zeyneb xanimin serhlerini oxuduqca adam yamanca rahatlasir....esl politoloqlar kimi,nöqtesine vergülüne qeder her sey düppbedüz....cox sag plun...sizlere böyük tesekkürler ve yarim kilo malades....

Kimdən: Emin Haradan: Baki
28.09.2013 20:37
Yoldaş Sahib Məmmədov söylədiyiniz əmək haqqını SOCAR-da bir neçə insan alır həm də paket şəklində vergidən yayınmaqla. Xarici neft şirkətlərində verilən məvacib isə Azərbaycanda normal insanın və onun ailəsinin dolanmağı üçün nəzərdə tutulmuş məbləğdir.

Kimdən: Suleyman Haradan: Bakı
28.09.2013 17:20
Əli Kərimli özünü süddən çıxmış ağ qaşıq kimi təqdim etməkdən, anlaşılır heç bir zaman yorulmayacaq. Bu Milli Şura üzvlərinin işləri gücləri yalan danışmaqdır, hər biri eyni yalanı danışır. Cəmil Həsənli bir tərəfdə, Əli Kərimli bir tərəfdə, Rüstəm İbrahimbəyov Moskvada oturub aylardı eyni uydurma nağılı danışırlar. Lakin artıq anlamalıdırlar ki, nə qədər İlham Əliyevin adını ləkələməyə çalışırlar çalışsınlar , onsuz da onların yalanlarına heç kim inanmır. Çünki hər kəs onların yalanlarına heç kim inanmır. Çünki hər kəs onların kim olduğunu bilir, Cəmil Həsənli sag olsun, özü öz gərçək üzünü İTV-televiziyasının efirində hər kəsə,bilənlərə və bilməyənlərə nümayiş etdirdi, Əli Kərimlidən heç danışmağa dəyməz, çünki illər öncə xalqa yaşatdıqları dəhşətli heç kim unutmayıb. İlham Əliyevin 10 il ərzində ki fəaliyyəti isə göz qabağındadır. Bugünki inkişaf, güc, Azərbaycanın əldə etdiyi uğurlar-hər bir şey İlham Əliyevin yenilməz siyasətinin nəticəsidir.
Cavab

Kimdən: zeki Haradan: baki
29.09.2013 05:33
Suleyman, tasadufan hec kim san deyilsan?

Kimdən: Zeyneb Haradan: Bakı
28.09.2013 16:45
Azərbaycan dünyada ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətdir.
Əgər 10 il öncə ki və bugünki Azərbaycanı müqaisə etsək, sözsüz ki, ölkəmizdə sürətlə gedən inkişafı daha yaxşı görmək olar. Çünki son 10 il ərzində İlham Əliyevin rəhbərliyi altında Azərbaycan istər daxili, istər xarici siyasətdə, istər iqtisadiyyatda böyük uğurlara imza atıb. İqtisadiyyatın inkişafı bu gün ölkənin hər bir sahəsində, neft sektorunda özünü göstərir. Azərbaycan bugünki çoxşaxəli inkişafı artıq bütün beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilir. Bu gün ölkəmiz regionda lider ölkə kimi tanınır, və Azərbaycansız heç bir layihə öz həllini tapa bilməz. Azərbaycan artıq bütün dünya ictimaiyyətində hörmətlə qarşılanır, xarici əlaqələrimiz genişlənir,yeni əməkdaşlıqlar imzalanır.
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hər zaman güclənəcək,inkişaf edəcək.
Cavab

Kimdən: Asif Haradan: Baki
28.09.2013 20:54
Zeyneb xanım, Siz həmişə bütün yazılarınızda İ.Əliyevi tərifləyirsiniz. Siz doğurdan da xanımsınız bəysiniz deyə bilmərəm,elə gəlin Sizi xanım bilib yazdıqlarınıza cavab verim.
Sizin yazdıqlarınızla tam razı.Bəs bu 10 il ərzində korrpisupsiyanın,rüşvətxorluğun,manapoliyanın çiçəklənməsindən yazmırsınız?Müəllimlərin,həkimlərin, pensiyaçıların yaşayışından nə üçün yazmırsınız?Siz hiss
olunur ki,hansısa rüşvətxor,korrubsioner , monopolist
məmurun xanımısınız və necə deyirlər ağzınız isti yerdədir.
Çünki toğun acdan xəbəri olmaz.
Cavab

Kimdən: Anonim
28.09.2013 20:33
iwimla alagadar maraglandim ki neft mahsullarindan na istehsal edirlar mana dedilar ki biz ancag xammal satirig.sizin eladiyiniz har bir iw xalga ziyandan bawga hacna vermir