Çərşənbə, İyul 30, 2014 Bakı vaxtı 22:11

Verilişlər / AzadlıqFM

Qadınlar niyə virtual tanışlığa üstünlük verirlər?- [Video]

-
Facebook-dan birbaşa şərh yaz
 
 


Qadın Krizis Mərkəzinin araşdırmasına görə, son vaxtlar sosial şəbəkələrdə  manyaklar çoxalıb. Onlar əvvəlcə qadınların yazdıqları statuslara münasibət bildirir, şəkillərini  “like” edir, xoş sözlərlə etibar qazanırlar. Sonra real həyatda görüşə çağırıb pis niyyətlərini gerçəkləşdirməyə çalışırlar.
 
Sosial şəbəkə manyaklarının hədəfləri nədir? Onların toruna düşməməkçün nə etmək lazımdır? Azadlıq FM-də müzakirə etmişik:
-
Qadın Krizis Mərkəzinin rəhbəri  Mətanət Əzizova:
 
- Bu gün sosial şəbəkələrdə təhlükə var. Təəssüf ki, insanların çoxu bundan xəbərsizdi.
 
- Bəzən elə tanışlıqlar olur ki, böyük bədbəxtliklə müşahidə olunur. Bizə müraciət edən xanımlardan biri Türkiyədə yaşayan biri ilə tanış olub. Sonra Türkiyəyə gedib. O qadından müxtəlif işlərdə istifadə olunub və cinsi istismara məruz qalıb.
 
- Bəzən sosial şəbəkədə tanış olan qadınlar elə düşünürlər ki, qarşı tərəf onun kimi düşünür, öz yarını tapıb. Lakin real görüşə gəlincə xəyal qırıqlığı ilə üzləşirlər.
 
- Qadınlar bu gün ailəsində şiddət görür, basqı görür. Buna görə də virtual tanışlıq, xoş söhbətlər onun üçün cəlbedici görünür.

VERLİŞİ BURDAN DİNLƏ:

 
Psixoloq İradə Musayeva:
 
- Sosial şəbəkələrdə tanışlıqda insanları cəlb edən onun asanlığıdır. 
 
- Virtual aləmdə insan özünü olmadığı kimi tanıda bilər. Üzbəüz görüşdə baxışlar, mimikalar da nələrisə ifadə edə bilirlər. Yazılanlarla isə qarşısındakı insanın gerçək kimliyini müəyyən etmək çox çətindir.
 
- Uğursuz tanışlıqdan, cinsi zorakılıqdan  sonra qadınların reablitasiyası çox çətin olur, bəzən bir ömür bəs etmir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: marko
19.09.2013 12:24
hami ele qadinlarin probleminden yazir,,bes niye yazilmirki kishilerde tora dushe biler ozude lap boyuk tora... Feminist herekatini azadliq radiosu fikir alti yurudur bizim millete ....sosial shebekerlerde ele qadinlarda movcuddurki kishileri shirniklendirib gorushe caqirirlar ve sonrada onlarda mueyyen meblegi almaq sherti ile yaxinliq edirler ,cazibedar qadin shekilleri yukleyib profillerine istenilen kishini bir nece kelme ile yoldan cixartmaq mumkundur ,,hetda ele qadinlar var ki mueyyen barlara klublara diskotekalara kishini devet edir ve hemen klubda mecbur edirki pul xerclesin ve oda oz faizini alsin klubun rehberliyinden gelin birazda bundan sohbet acaq ay AZADLIQ LIBERTY RADIOSU))))...ele hemcini uqursuz tanishliq,maddi ziyanin ,qadin terefinden allanmaninda reabilitasiyasi kishi ucun cetin olur ,hetda deri zohrevi xesteliyede yoluxmanin da ehtimali var..

Kimdən: lamiye hacimuradova Haradan: gence
18.09.2013 18:05
sosial webekede manyaklarin toruna duwmemek uucun sehifeni hami ucun aciq qoymamaq...wexsi weklini paylawmamaq..her yazilan statusu like etmemek..her yazilan sms e cavab vermemek lazimdir....eger kimse sosial webekede tanimadigi insanla goruwe gedirse demeli ona qarwi laqeyd deyil ve bunu konullu edib...hemde insan aglini exlaqini itirende ona ferq elemir pis emelini hard a istese heyata kecire biler....yaxwi hem virtual alemde hem de real heyatda yaxwidir....

Kimdən: Əfsun Haradan: Bakı
18.09.2013 16:44
Sosial şəbəkə sərhədləri məlum olmayan virtual bir məkandır. Burda yalanı gerçəkdən,doğrunu oğrudan, insanı mələk simasına girmiş şeytandan birmənalı seçmək çətindir. Ona görə Sizin sualın cavabı odur ki, manyakın toruna düşməməyin yeganə yolu bu məkanda ümumiyyətlə olmamaqdır. Məsələ ondadır ki, sosial şəbəkənin imkanları, üstünlükləri pisliklərindən o qədər çoxdur ki, heç kəs özünü bundan təcrid edə bilmir. Demək sosial şəbəkənin gətirdiyi təhlükələri minimumlaşdırmaq olar. Şəxsən mənə elə gəlir ki, sosial şəbəkədə oğlan qız fərqi yoxdur, tanımadığı şəxlərin dostluğunu qəbul etməməlidir, anonim adlar altında fəaliyyət göstərən şəxslərlə nəinki dost olmaq heç onların fikir və mülahizələrin oxumaq paylaşmağa lüzum yox. Əgər onlar normal insandılarsa konkret öz adı soyadı ilə tanınar. hər bir elə anonim ad altında cismən və ruhən bir manyak yatır. Şərt deyil ki, sosial şəbəkədə minlərlə dostun tanışın olmalıdır. Səni başa düşən anlayan fikirlərini bölüşə bilən real həyatdakı dostlar və tanışlarla ela sosial şəbəkədə danışıb yazışmaq daha məqsədəuğundur.

Kimdən: Tehmine Memmedova Haradan: Dashkesen
18.09.2013 16:42
tanımadığın insanlara cavab yazmıyaq və ünsiyyət qurmamaq lazımdı onda elə insanlara tuş gəlməsən mənbim fikirim belədir bəlkədə səf fikirləşirəm
Cavab

Kimdən: marko
19.09.2013 12:16
tanimadiqin adam deyende kimi nezerde tutrsan ??sen ancaq oz qohumlarini taniya bilersen bashqa tanidiqin kishilerlede ne vaxtsa tanish deyildin))))soradan tanish bolmusan ve evvelde onlar TANIMADIQIM lardan idiler))qadinlarin ele problemi burdan bashliyir ki mentiqsizdirler