Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:33

Şimali Koreya diktatorunun sevgilisi edam edilib


Hyon Song-wol
Hyon Song-wol
-
Kim Jong-un-un keçmiş sevgilisi ölkənin onlarca estrada sənətçisi ilə birlikdə «edam vzvodu» tərəfindən güllələnib.

İddialara görə, Şimali Koreya diktatorunun keçmiş sevgilisi olmuş müğənni Hyon Song-wol və ölkədə məşhur olan daha 11 sənətçi avqustun 17-də pornoqrafiya haqqında qanunu pozduqları üçün həbs edilmişdilər.

Həbsdən sonra bu 12 nəfər ailələrinin gözü qarşısında pulemyotla edam edilib. Edamın tamaşaçıları gülləmədən dərhal sonra həbs düşərgələrinə göndəriliblər.

Müğənni Hyon-un musiqi qrupu «Əsgərin izləri», «Mən Pxenyanı sevirəm», «O tərxis olunmuş qadın əsgərdir» və «Biz partiyanın əsgərləriyik» kimi vətənpərvər hitlərin yaradıcısı olub.

Müğənnin populyarlığı 2005-ci ildə «Əla atabənzər xanım» mahnısı ilə pik nöqtəsinə çatıb.

SƏNƏTKAR QISQANCLIĞI

Edam edilən 12 nəfər «Unhasu» orkestri və «Vangaesan» musiqi ansamblının müğənni və çalğıçılarıdırlar. Onlar özlərinin sekslə məşğul olduqlarını əks etdirən videokassetləri satmaqda ittiham olunublar.

Həbs olunarkən onlardan bəzilərinin üstündən «İncil» tapılıb.
Kim Jong-un həyat yoldaşı Ri Sol-ju ilə birlikdə
Kim Jong-un həyat yoldaşı Ri Sol-ju ilə birlikdə

Cənubi Koreya və Çin mediasının verdiyi xəbərə görə, atasının ölümündən sonra ölkənin lideri olmuş Kim Jong-un müğənni Hyon-la 10 il əvvəl tanış olubmuş. Lakin indiki liderin diktator atası Kim Jong-il bu münasibətləri bəyənməyib və oğlundan qızla üzülüşməyi tələb edib. Bunun ardınca Hyon Şimali Koreya ordusunun zabitlərindən birinə ərə gedib və hətta ana olub. Lakin bəzi şayiələrə görə, Hyon ərdə ola-ola Kim-lə görüşlərini onun atasının ölümündən sonra da davam etdirirmiş.

Məsələ burasındadır ki, Kim-in arvadı Ri Sol-ju da vaxtilə «Unhasu» qrupunun üzvü olub və keçmiş sənət yoldaşının populyarlığına qibtə edirmiş.

Xəbər verilir ki, Şimali Koreyanın kommunist lideri öz analığını da repressiya etdirib. Ögey ana Kim Ok Fəhlə Partiyasının Maliyyə və mühasibat departamentinin rəhbəri idi.

GÜLLƏLƏMƏK YOX, BOMBALAMAQ

Onun bəxti müdafiə nazirinin müavini Kim Chol-dan daha çox gətirib (Kim Koreyada çox geniş yayılmış familiyadır, belə ki ölkənin yarısı Kim, Lee, Park soyadlarını daşıyır).
Şimali Koreya hərbçiləri hərbi paradda
Şimali Koreya hərbçiləri hərbi paradda

Kim Chol ulu öndər Kim Jong-il-in matəm günlərində içki və eyş-işrətlə məşğul olduğu üçün bombalanmaqla edam edilib. Bəli, güllələnməklə yox, məhz bombalanmaqla. Çünki gənc diktator «bu qudurğanın bir tükünün də yer üzündə qalmamasını əmr etmişdi».

Şimali Koreya məsələləri üzrə ekspertlər bu qənaətdədirlər ki, müğənni Hyon Song-wol siyasi səbəblərə görə edam oluna bilərdi.

Tokiodakı Vaseda Universitetinin professoru Toshimitsu Shigemura deyir ki, bu adamların günahı təkcə pornoqrafiya olsaydı, onları sadəcə olaraq mürəkkəb həbsxanalar sistemində «itirərdilər».

Professor inanır ki, musiqiçiləri hakimiyyətə rəqib klanlarından birinə meylləndiklərinə görə güllələyə bilərdilər.

Professor Toshimitsu Shigemura belə bir ehtimalı da istisna etmir ki, musiqiçilər Birinci ledinin qısqanclığının badına gediblər.

Tərcümə etdi: Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG