çərşənbə, Oktyabr 01, 2014 Bakı vaxtı 04:55

Verilişlər / Kontekst

Xəzərdə yanğın: Külək şəhərə tərəf əssə…

Mirvari QəhrəmanlıMirvari Qəhrəmanlı
x
Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

Bunu da oxu

Qaz yatağında yanğın hələ də söndürülməyib

BP yanğının söndürülməsinə yardımını təklif edib.

Multimedia

Səs
-
Avqustun 18-də Xəzər dənizindəki «Bulla-dəniz» yatağında – 90 saylı axtarış quyusunda yanğın başlayıb. Bəzi qeyri-hökumət təşkilatları yanğının ekoloji fəlakət doğuracağını dilə gətirir və həyəcan təbili çalır.

YARALILARI GİZLƏDİRLƏR?

Yanğın baş verən gündən Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı ərazidə çalışan əməkdaşlardan xəsarət alanlar olduğunu və yaralıların gizlədildiyini deyir:

«Ciddi yaralılar var. Hanı onlar? Bu nə xasiyyətdir? Niyə hər şeyi gizlədirlər?  Hadisə baş verən kimi mütəxəssislər mənə yanğınla bağlı məlumat və partlayışın şəklini göndərmişdilər. Onlar yazırlar ki, qazma məhlulunun xüsusi çəkisi düzgün seçilmədiyindən quyuda açıq fontan baş verib. Bir quyunun qazılması çox böyük vəsait, vaxt, insan, xeyli resurs tələb edir. Məsuliyyətsizlik ucbatından dövlətə ziyan vurulub. Üstəlik, həm dəniz, həm də hava çirklənir. Özü də ciddi şəkildə. Dənizə qaz məhlulu axır. Görün, suya nələr tökülür. Yanğın çox böyük yanğındır, bütün platformanı əhatə edir».

ARDNŞ: «İMKAN VERMƏK LAZIMDIR Kİ, İNSANLAR İŞLƏSİN»

Dövlət Neft Şirkəti mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin dediyinə görə, yanğını söndürmək üçün bütün mümkün tədbirlər görülür. O, heç kimin xəsarət almadığını deyir:

«Bir nəfər də xəsarət alan, yaralanan olmayıb. Yanğın başlamazdan iki saat qabaq insanlar çıxarılıb. Komissiya yaradılıb, indi işləyir. Bu komissiyanın proqramı var. O proqram barədə məlumatım yoxdur. Əslində, belə ekstremal hallarda imkan vermək lazımdır ki, insanlar işləsin. Araşdırma gedir, vəziyyət araşdırılır.
Foto: ArxivFoto: Arxiv
x
Foto: Arxiv
Foto: Arxiv
Quyuya yaxınlaşmalıdırlar, quyuya bir baxış keçirməlidirlər. Bu dəqiqə orda yanğın gedən vəziyyətdə ancaq yuxarıdan müşahidələr gedir. Bu gündən artıq istəyirlər işləsinlər. Görək də, iş gedir».

HAVA ÇİRKLƏNƏCƏK...

Ekoloq Fəridə Hüseynovanın fikrincə, yanğın dənizə və suyun altındakı canlılara o qədər də təsir göstərməyəcək, amma hava çirklənə və uçan quşlar ziyan çəkə bilər: 

«Çünki söhbət qazdan gedir. Qaz, nə dərəcədə olsa da, yüngül xassəlidir. Yalnız havaya təsiri olacaq. Axı qaz dəniz suyunun altında qalmır, yuxarı qalxır. Eyni zamanda maye qaz olduğundan dəniz suyu ilə tez qarışır. Amma qarışanda da yenə qaza çevrilib yuxarı qalxır. Əsasən, havadakı quşlara - qağayılara təsir edə bilər. Külək ordan şəhərə tərəf əssə, onda şəhərdə də hava çirklənəcək».   

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mütəxəssislər olay yerinə baş çəkərək ekoloji təsirləri öyrəniblər. Bundan sonra belə qənaətə gəliblər ki, yanğının ətraf mühitə təsiri cüzidir. 

«MİN TON MİLYON TONLARIN YANINDA HEÇ NƏDİR» 

Həmin nazirliyin ekologiya şurasının üzvü Müslüm Qurbanov deyir ki, partlayış yüksək təzyiqdən qaynaqlanıb. Onun fikrincə, belə qəzaların bir neçə fəsadı ola bilər: 
Foto: ArxivFoto: Arxiv
x
Foto: Arxiv
Foto: Arxiv

«Birinci fəsad odur ki, partlayış nəticəsində orada çalışan insanların sağlamlığına təhlükə yarana bilər. Orada tələfat olmayıb, hamı vaxtında köçürülüb. İndi problem atmosferə atılan metan və yanma məhsulu olan karbon qazıdır. Karbon qazının zərəri odur ki, qlobal istiləşməyə kömək edən yardımçı qaz kimidir. Amma 1 milyon kubmetr qaz yananda 2 min tondan çox karbon qazı atılır. Azərbaycanda təxminən, havaya 51 milyon tona yaxın karbon qazı atıldığını nəzərə alsaq, deməli, burada bir neçə min ton karbon qazının atılması milyon tonların yanında heç nədir».

Mütəxəssis deyir ki, yanğın nəticəsində dənizə maye qaz axını davam edir. Onun fikrincə, dənizdəki biomüxtəlifliyə müəyyən problemlər yarana bilər ki, bunu da öyrənmək lazımdır.

Qəzanın aradan qaldırılması üçün yaradılan komissiyaya ARDNŞ-in vitse-prezidenti Rəhman Qurbanov sədrlik edir. Bu komissiyaya şirkətin və Fövqəladə Hallar Nazirliyinin fontana qarşı mübarizə və yanğından mühafizə sahəsində ixtisaslaşmış təcrübəli mütəxəssisləri daxil edilib. Kömək üçün müraciətləri nəzərə alınaraq, ilk iclasa «BP-Azərbaycan» şirkətinin nümayəndələri də dəvət olunub.

Müzakirələrdə belə qərara gəliblər ki, ARDNŞ Təhlükəsizlik İdarəsinin Fontana Qarşı Dağmədənxilasetmə Hərbiləşdirilmiş hissəsi və Fövqəladə Hallar Nazirliyi strukturları yanğının söndürülməsi üçün birgə çalışacaqlar.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Ramil Haradan: Baki
22.08.2013 14:33
men hemin tewkilatda calisiram. Insan xesareti olmayib.

Kimdən: NEFTÇİ Haradan: BAZARBAYCAN
22.08.2013 09:22
YANĞINDAN DƏYƏN ZƏRƏR 100 MİLYONDAN ÇOXDUR.ƏSLİNDƏ CİNAYƏT İŞİ AÇILMALIDIR, ANCAQ HAMISI BİR KRUQDURLAR, ONA GÖRƏ DƏ CİNAYƏT İŞİ AÇILMIR. SƏHLƏNKARLIQ VƏ KADR SİYASƏTİNDƏKİ SƏHVLƏR UCBATINDAN ÖLKƏYƏ BÖYÜK ZƏRƏR DƏYDİ. HƏRƏSİ 50 MİLYON OLAN 2 QUYU, AMERKANSKİ QAZMA QURĞUSU VƏ AVADANLIQLAR VƏ MİLYONLARLA DƏYƏRİ OLAN STASİONAR PLATFORMA ARTIQ MƏHV OLUB.ŞƏKİLDƏN GÖRÜNÜR Kİ, ƏLƏ GƏLƏSİ BİR ŞEY QALMAYIB, QUYUNU AŞAGIDAN TORPEDLƏYİB PARTLADACAQLAR, PLATFORMA GEDƏCƏK DƏNİZİN DİBİNƏ.MİLYONLARLA MANATLIQ QAZ YANIB EKOLOGİYANI DA KORLAYIB.BUNLARA GÖZÜN ÜSTƏ QAŞIN VAR DEYƏN YOXDUR.DƏRƏBƏYLİKDİR
Cavab

Kimdən: Turab Haradan: AZERBAYCAN
23.08.2013 01:15
Salam neftçi senin bura yerin deyil burda yazı yazasan sene kim ixtiyar verirki Azerbaycani tehqir edesen bazari acan senin kimilərdi Adını BAZARBAYCAN DEDİYİN ÖLKEDE ANALARIMIZ BACILARIMIZ YAWAYIR WEHİDLERİMİZİN MEZARİ VAR UTAN DEDİKLERİNDEN NEFT ÖLKENİNDİR KİMSENİN YOXXX HECKESİN CEBİNE GETMİR YOLLARIMIZ DÜZELİR QACİQLARİMİZ DAMXALARDAN CİXİB NORMAL EVLERE KÖCÜRÜLÜR NİYE BUNLARI GÖRMÜRSÜN HAMISINI DÖVLET EDİR PREZDENTİMİZ EDİR O NEFTİ O QAZIN SAYESİNDE.bugun biz ölkemizde sakit yawayırıqsa fexir etmeliyik bundan biz yoxsa tezzz pis weylerimizi acıb cıxarırıq calıwın yazanda biraz bilin be yazırsız sagolun
Cavab

Kimdən: Tural Haradan: Bakıdan
22.08.2013 16:54
Nefti sənə hec kim ixtiyar vermiyib Azərbaycanın adını tehqir edesen.

Kimdən: Bakidan
21.08.2013 23:26
Moskvadan yazilan sherhi mence xalqin 90 fayizi destekleyecek.Cox sag ol ! Temiz soz,duz soz ! Xalqa onsuzda neftin xeyrinden cox ziyani deyir.Xesaret alanlara Allah komek olsun.

Kimdən: Az.vet. Haradan: Moskva
21.08.2013 21:45
Allah elesin hech kim yanmasin,olmesin helak olmasin,neft qaz cehenneme yansin,onsuz da o neftden bize hech ne chatmir.Xalqin malin yeyenlere az chatacaq.Bu vaxta qeder ogurladiqlari gozlerinden ,burunlarindan gelsin.