şənbə, Fevral 28, 2015 Bakı vaxtı 16:23

Azadlıq bölgələrdə / Naxçıvan

Naxçıvan televiziyası aktual problemlərə toxunacağını deyir…

Foto: ArxivFoto: Arxiv
x
Foto: Arxiv
Foto: Arxiv

Bunu da oxu

Vasif Talıbov jurnalistləri tənqidi materiallar hazırlamaqdan çəkinməməyə çağırıb...

Jurnalist Elman Abbasov bu cür açıqlamaların müsbət nəticə verəcəyinə inanmır.
-
«Naxçıvan Dövlət Teleradiosu (NTV) cəmiyyətin aktual problemlərinə diqqəti artıracaq».

Bu sözləri həmin televiziyanın rəhbəri Sahil Tahirli iyulun 31-də keçirilən kollegiya iclasında deyib. O bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında kütləvi informasiya vasitələri qarşısında qoyulan vəzifələr Naxçıvan Dövlət Teleradiosunun əsas fəaliyyət istiqaməti olacaq.

«NTV «HEYDƏR ƏLİYEV İLİ»NƏ ÖZ TÖHFƏLƏRİNİ VERƏCƏK»

Sahil Tahirli çıxışında bildirib ki, bunun üçün onların həm texniki, həm də yaradıcılıq potensialları var:

«İctimai nəzarətçi olan Naxçıvan Dövlət Teleradiosu bundan sonra da fəaliyyətini yeni dövrün tələblərinə uyğun quracaq, cəmiyyətin aktual problemlərinə diqqəti artıracaq. Tamaşaçıların və dinləyicilərin informasiya tələbatını ödəməyə çalışacaq, müxtəlif peşə sahibi və sosial təbəqədən olan insanların zövqünə və maraqlarına cavab verən cəlbedici proqramlar hazırlayacağıq. Bununla da  NTV «Heydər Əliyev ili»nə öz töhfələrini verəcəkdir».

Naxçıvan Ali Məclisin sədri Vasif Talıbov muxtar respublikada fəaliyyət göstərən KİV-ləri tənqidi materiallar hazırlamağa çağırmışdı.
Elman AbbasovElman Abbasov
x
Elman Abbasov
Elman Abbasov
O, bu çağırışı iyulun 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  sessiyasında etmişdi.

«İNANMIRAM Kİ, NTV KÖHNƏ STANDARTLARINDAN ÇIXIB…»

Jurnalist Elman Abbasov isə Naxçıvanda hansısa mətbuat orqanının tənqidi material hazırlamaq cəsarətində olmadığını bildirir:

«Ola bilsin ki, NTV hansısa kiçik problemləri işıqlandıra bilər. Bunun da adını qoyacaqlar tənqid. Yaxud da hansısa məmuru «vurmaq» istəyəndə bu yolu seçirlər. Bu gün Naxçıvanda cəmi bir televiziya var. Əslində həmin televiziya seçki öncəsi ictimai televiziya rolunu oynamalıdır. Debatlar təşkil eləməli, müxtəlif partiyaların nümayəndələrini, ictimaiyyət nümayəndələrini həmin debatlara dəvət etməlidir. Naxçıvanda ən çox insan hüquqları kobud şəkildə pozulur. Bununla bağlı verilişlər hazırlasar təqdirəlayiq olar. Mən inanmıram ki, NTV köhnə standartlarından çıxıb, yeni dövrlə ayaqlaşmağa çalışacaq».
Bu forum dayandırılıb
Şərhlər
     
Heç bir şərh yoxdur. Birinci sən yaz

DİNLƏ - Həftəlik radio proqram

Bölgə xəbərləri

Bölgədən multimedia
JavaScript söndürülüb, ya da Adobe Flash Player-in köhnə versiyasıdır. Flash Player-in son versiyasını yüklə
Qazax bazarında: «Göy-göyərti də bahalanıb, ayə!..»i
X
26.02.2015
Manat ucuzlaşandan – fevralın 21-dən bəri Qazax rayonunda qiymət artımı müşahidə edilir. Tütün məmulatlarının bahalaşması dərhal gözə çarpsa da, indi ərzağın neçəyə satıldığını dəqiqləşdirmək zaman aparır.
Video

Video Qazax bazarında: «Göy-göyərti də bahalanıb, ayə!..»

Manat ucuzlaşandan – fevralın 21-dən bəri Qazax rayonunda qiymət artımı müşahidə edilir. Tütün məmulatlarının bahalaşması dərhal gözə çarpsa da, indi ərzağın neçəyə satıldığını dəqiqləşdirmək zaman aparır.
Video

Video Satıcılar balıq bazarının sökülməsinə imkan vermir

Bu haqda AzadlıqRadiosuna bazarın rəhbəri Zakir Fərzəliyev məlumat verib. Onun bildirdiyinə görə, satıcılar və yerli əhali bazarın sökülməsinə imkan verməyib
Video

Video Qazaxda Şəhidlər Xiyabanı baxımsızlıqdan uçulur…

Qazaxda Şəhidlər Xiyabanı uzun müddətdir ki, baxımsız qalıb. Yerli camaat və veteranlar bunu vətən uğrunda həlak olanların ruhuna hörmətsizlik kimi qiymətləndirirdilər. Ancaq rayon rəhbərliyi Şəhidlər Xiyabanını abadlaşdırılması, yenidən qurulması üçün hələ ki, addım atmır.
Video

Video Ağstafa çobanlarının təhlükəli tapıntısı

Ağstafa rayonunun Qırlı kəndinə yaxın və tullantılarla dolu boş ərazidəki plastik torba yerli çobanların diqqətini çəkib. Onlar torbanı ehtiyatla açarkən, oradan çıxan qutuda 500 ədəddən çox AK-76 gülləsi tapıblar.
Video

Video Astaralı sürücü: «Dünyada benzin ucuzlaşır, bizdə niyə ucuzlaşmır?»

Sovet dövründə taksi sürücülərini barmaqla göstərərdilər. Bu qazanclı işə girmək üçün böyük məbləğdə rüşvət tələb olunardı.
Video

Video Quba, Qusar və Şabranda boş məntəqələr və dolu qutular

Quba, Qusar və Şabranda boş məntəqələr və dolu qutular
Video

Video Qazaxda müşahidəçi sədri rüşvət vədi verməkdə günahlandırdı...

107 saylı Qazax Seçki Dairəsinin bəzi məntəqələrində kameralar düzgün quraşdırılmamışdı. Kameralardan seçici kabinələri görünmürdü.
Video

Video Siyəzəndə işıq idarəsinin işçiləri prezidentə məktub yazıb işsiz qaldılar...

Siyəzən Elektrik Şəbəkəsində inzibati təsərrüfat şöbəsinin müdiri işləmiş Fariz Əhmədovun deməsinə görə, prezidentə və xanımına məktub yazdığına görə işdən çıxarılıb.
Video

Video Bölgə sakinlərinə "Açıq qapı"

2013-cü ildən başlayaraq əyalət insanları üzlərini televiziyada gördükləri nazirləri yaşadıqları bölgədə birbaşa görmək, onlara öz sözlərini demək imkanı qazanıb.Vətəndaşlar hansı nazirin qəbuluna düşməyə can atır, onların şikayəti nədəndir, yaxud hansı problemlərinin həllinə kömək istəyirlər?
Video

Video Nic qəsəbə sakini:Hər seçki qabağı söz verib çıxıb gedirlər.

Gülmari Ardiom Qəbələdəki Nic qəsəbəsinin Falçuli məhəlləsinin sakinidir. Azərbaycanda yaşayan milli azlıqlardan olan udin millətinə məxsusdur. Deyir ki, 95 yaş ömür sürmüş babası da elə bu məhəllədə, öz babasının evində yaşayıb.

Xüsusi araşdırmalar