Keçid linkləri

Təcili xəbərlər

Dünyadan 4 şey uman QADIN və ya Şəfiqə Qayası…


Şəfiqə Axundova ilə vida...
Gözlə

No media source currently available

0:00 0:03:12 0:00

Şəfiqə Axundova ilə vida...

-
Ötən həftə Azərbaycan mədəniyyətinə həqiqətən ağır itki üz verdi.
Bəstəkar Şəfiqə Axundova dünyadan getdi…

ÜZEYİR BƏYİ CANLI GÖRƏNLƏR

Şəfiqə xanım Üzeyir bəyin tələbəsiydi.
Ən yaxından onu görənlərdən, tanıyanlardan, sevənlərdəndi.

Mədəniyyətimiz bu mənada da çox şey itirdi.
Üzeyir bəyi – canlı Üzeyir Hacıbəylini görənlər çoxdumu bu məmləkətdə?..
Keçək mətləbə.

DÜNYADAN DOYMADAN GEDƏNLƏR

Şəfiqə xanım uzun bir ömür yaşadı, amma bu dünyadan doymamış getdi.

Dünya Şəfiqə xanıma nə verdi ki?

Aydan, Günəşdən, Havadan, Sudan başqa?

Amma elə bunlar yetdi ki, Şəfiqə xanım yazsın-yaratsın.

Nə bir əməlli-başlı ailə həyatı gördü, nə də ağıllı-başlı oğul-uşaq sahibi oldu.

Amma heç nədən şikayətlənmədən Tanrıya şükürlər etdi Şəfiqə xanım.

Mahnılar yazdı (yüzlərcə), operetta bəstələdi, süitalar yazdı, hətta Şərqdə ilk opera müəllifi olan («Gəlin qayası») qadın bəstəkar adını qazandı.

Yaşamaq yanğısı tükənmədi. Yazmaq ehtirası sönmədi. Dünyaya bağlılığı birə min artdı. Dəfələrlə ölüm yatağına düşdü, amma sıyrılıb çıxa bildi.

Öz kiçik mənzilində kiçik bacısı ilə ömür sürməyə davam etdi böyük bəstəkar…

DOXSANA BİR İL QALA…

Və 90-a bir il qala dünyadan köçdü Şəfiqə xanım.

Bu dəfə gerçəkdən köçdü.

Adamın inanmağı gəlmir. Belə dip-diriykən bu ayrılıq nədən oldu?

Öz məşhur mahnısında dediyi kimi:

Əllərini üzüb məndən,
Yarım bir baş gedən oldu,
Can deyib can eşidərdik
Bu ayrılıq nədən oldu?!

DÜNYA ONA NƏ VERDİ Kİ, HAVADAN, SUDAN BAŞQA?

Dünyanın Aydan, Günəşdən, Havadan Sudan başqa heç nə vermədiyi bu sadədil qadın 89 ildən sonra ona gözəl nəğmələr buraxaraq getdi.

Əsrlər boyu dinlənəcək, oxunacaq nəğmələr.
Bəlkə də, o heç öz əsl dəyərini bilmədən getdi.

Amma bizlər necə, onun dəyərini bildikmi?
Onu zamanında qiymətləndirdikmi?

VAXTI DƏYƏRLƏNDİRMƏDİK!

Axı Şəfiqə xanım bunun üçün bizə yetərincə vaxt verdi.
Çoxlarımızın bacarmadığı bir işi bacardı – 90-a bir il qalanacan yaşadı!

Və sonda kiçik bacısıyla yaşadığı kiçik mənzilində dünyayla vidalaşdı böyük bəstəkar.

Yaxşı ki, vidalaşdı.

Dünyadan o, 4 şeydən – Aydan, Günəşdən, Havadan və Sudan başqa heç nə ummağa dəyməzdi!

Heç nə !!!

P.S. Yazının başlığında Şəfiqə xanımı bəstələdiyi «Gəlin qayası» operasına bənzətdim. Zatən Şəfiqə xanım musiqimizin əyilməz, sınmaz qaya parçası deyilmi?

Ən son yazılan

XS
SM
MD
LG