Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:26

İ. Əliyev: «Azərbaycan standartları bir çox ölkələr üçün nümunə olmalıdır»


İlham Əliyev Tovuzda Hemodializ Mərkəzində
İlham Əliyev Tovuzda Hemodializ Mərkəzində
-
«Gərək vətəndaşlar vaxtlı-vaxtında müayinədən keçsinlər ki, öz sağlamlıqlarını qoruya bilsinlər».

Bunu prezident İlham Əliyev Tovuzda Hemodializ Mərkəzinin açılışında deyib.

Prezident deyib ki, son 10 il ərzində Azərbaycanda 500-dən çox tibb mərkəzi tikilib.

İlham Əliyev çıxışında uşaq ölümünə də toxunub:

«Uşaq ölümü bizdə bütün dövrlərdə böyük problem idi. Bu gün də o problem hələ ki, lazımi səviyyədə həll olunmur. Hələ ki, biz inkişaf etmiş ölkələrdən bir az geridəyik. Ancaq hesab edirəm ki, belə mərkəzlərin yaradılması və digər tədbirlərin görülməsi nəticəsində biz bu sahədə də dünyanın aparıcı ölkələrinin səviyyəsinə qalxmalıyıq».

AZƏRBAYCAN STANDARTLARI

Prezidentin dediyinə görə, Azərbaycan vətəndaşı yaşadığı bölgədən asılı olmayaraq ən gözəl xidmətə malik olmalıdır:

«Bizdə tikilən xəstəxanalar da, həmçinin çəkilən yollar, digər obyektlər də yüksək səviyyədədir. Son bir neçə il ərzində mən daha çox Azərbaycan standartları haqqında danışıram. Əgər biz dünyada gedən proseslərə siyasi, iqtisadi hadisələrə nəzər salsaq, görərik ki, doğrudan da Azərbaycan standartları bu gün bir çox ölkələr üçün nümunə olmalıdır. Bizdə olan sabitlik, inkişaf, hətta böhranlı illərdə yaşanan tərəqqi deyə bilərəm ki, heç bir yerdə yoxdur».
XS
SM
MD
LG