Cümə axşamı, Avqust 21, 2014 Bakı vaxtı 03:23

Siyasət

Gülər Əhmədovanın yerinə deputat seçilmir

Gülər ƏhmədovaGülər Əhmədova
x
Gülər Əhmədova
Gülər Əhmədova
-
 
2012-ci ilin oktyabr ayında deputat Gülər Əmədovanın mandatı əlindən alınıb.
 
Bu hadisədən 8 aydan çox vaxt ötsə də, 34 saylı Xətai ikinci seçki dairəsi hələ də millət vəkilsiz qalıb.
 
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev Azadlıq Radiosuna deyir ki, bu, Mərkəzi Seçki Komissiyasının(MSK) səlahiyyətində olan məsələdir, MSK toplanıb qərar verməlidir:
 
«MSK mandat yerinin boş qalmasıyla bağlı müzakirələr aparıb, ancaq bu barədə konkret qərar qəbul olunmayıb. MSK-nın 18 üzvü var, toplanıb qərar qəbul etməlidirlər. Qəbulla bağlı bütün sualları onlar cavablandıra bilər. Mən buna şərh verə bilmərəm».
 
MSK sədri Məzahir Pənahov da mətbuata açıqlamasında demişdi ki, boş qalan deputat yerinə seçki keçirilməsi zərurəti yaranarsa, MSK-nın iclasında bununla bağlı qərar verilə bilər.

QANUNUN TƏLƏBİ: 1 AY MÜDDƏTİNDƏ ƏLAVƏ SEÇKİLƏR KEÇİRİLMƏLİDİ
 
Hüquqşünas Hafiz Həsənov mandat yerin bu qədər vaxta boş qalmasının qanun pozuntusu olduğunu deyir:
 
Hafiz HəsənovHafiz Həsənov
x
Hafiz Həsənov
Hafiz Həsənov
«Bu qanunsuzluqdur. Seçki məcələssinin 176.4 madəsində göstərilir ki, deputat mandatının boş qalmasından 1 ay müddətində əlavə seçkilər təyin olunmalıdır. Qanunla həmin yer boş qalanda, hansı qaydada boş qalması prosesləri başa çatandan sonra 1 ay müddətində prezident əlavə seçkilərin vaxtını təyin etməli, 60 gün müddətində seçkilər keçirilməlidir. Bu durumda MSK-nın üzərinə düşən məsuliyyət ondan ibarətdir ki, o, boş qalmış deputat mandatı yeri üzrə bütün məlumatları subyektə ötürməlidir, cəmiyyəti seçki vaxtının niyə təyin olunmaması ilə bağlı məlumatlandırmalıdır. Seçki vaxtını da prezident təyin etməlidir».
 
2012-ci ilin oktyabr ayında Elşad Abdullayevin yaydığı gizli videogörüntülərdən sonra Gülər Əhmədova deputat mandatından imtina edib.
 
Eks deputat onu rüşvətdə ittiham edən videogörüntülərin montaj olduğunu deyir. 
 
Gülər Əhmədova fevral ayında həbs edilib.
 
Ona qarşı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Cavidan Haradan: Baki
05.07.2013 23:35
Gülər Əhmədovanın yerinə deputat seçilmir. Kimi seçsinlər? O əvəzedilməzdir. Zarafat deyil, beş-on dənə namizəd tapsaydi – 50-60 milyon eləyirdi. Adi riyaziyyatı bilənlər hesablasalar ki, əgər MM deputat taburetkalarının hər biri üç milyona satılıb. Çərxi-fələyə çıxır. Vallah, Ermənistanın büdcəsindən çoxdur. Öz patronu üçün bu qədər pul yığanı indiyə qədər bilmirlər neynəsinlər? Türmədə saxlasınlar, ya da qaytarıb yerində oturtsunlar ki, Elşad Abdullayev qələt eləyir. Elə şey olmayıb.
R.Mehdiyev indiyə qədər bu ümidlə yaşayır. Bəlkə də Gülər Əhmədovanın oturduğu taburetkanın üstündə yazdırmaq istəyir: “burada dünya şöhrətli deputat maxinator Gülya xanım oturub”. Zarafat deyil, bütün dünya ayağa qalxıb ki, onu cəzalandırsınlar, YAP-çılar onun yerinə dəymək istəmirlər.


Kimdən: Halaypozan
05.07.2013 22:37
Gülərin yeri orda fərxri kürsü kimi saxlanılır, milli məclisdə müqəddəs bir yer kimi, and yeri kimi.

Kimdən: oralidan Haradan: oradan da
05.07.2013 16:27
Daha gecdir. Bizim basimizi bele seylerle qatmayin zehmet olmasa size - xahis edirik. Indi artiq butun olkede Prezident, Milli Meclis, ve Belediyye seckilerini kecirmeye hazirlasiriq. Novbedenkanar olacaq hamisi. Cunki Azerbaycanimiz esir dusmus, yaralanmis bolunmus,
veziyyetdedir. Tecili olaraq reanimasiya olunmalidir. Bacariqli, Sedaqetli, Sozubutov, Vetensever, Merd vetandaslarimizin eli ile. Guler ne bilim ne onlarin havadarlari, artiq supurulub tullanmis veziyyetdedirler. Siz oz sehifelerinizi bele "deputatlara" serf etmeyin. Heyifdir vaxtiniz, dusunceniz, bacariginiz. Butun bunlari artiq reanimasiya ucun seferber edin. "Bunlar" ise artiq kecmisdirler. Ugurlar