Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 12:20

İnstagram haqqında bildikləriniz və bilmədikləriniz - [Video]


-

instagram

Facebook-dan birbaşa şərh yaz

İnstagram "Fotoların YouTube" roluna iddia edirdi.

Həqiqətən də video ve audioların şəbəkəsi olduğu halda, sosial medianın ən populyar məhsulu sayılan FOTOnun vahid bir məkanı formalaşmamışdı.
İnstagram bu boşluğa can atırdı. Lakin onun sosial media bazarına gəlişi qalmaqalla müşahidə olundu. Facebook sahib çıxdığı Instagram şəbəkəsinə yüklənən fotoların müəlliflik hüququna iddia edəndə etiraz dalğası ilə rastlaşdı. Üstündən bir müddət keçib. Biz üzərindən ehtiraslar dumanının dağıldığı İnstagrama nəzər salırıq.
İnstagram nədir? Hansı xüsusiyyətləri var? Azərbaycanda necə istifadə olunur?
Suallara Azadlıq FM-də cavab axtarmışıq.
Aztagramın yaradıcılarından Fərhad Ələkbərov:
- İnstagram - foto-paylaşım proqramıdır. Telefonla çəkilən şəkillərin müxtəlif effektlərlə paylaşılmasını təmin edir.
- İnstagramın fevral ayında 100 milyon aktiv istifadəçisi vardı.
- 2012-ci ilin avqustunda Azərbaycanda bu foto-sosial şəbəkədən istifadə edənləri cəmləşdirmək eləcədə onların çəkdiyi şəkilləri bir yerə yığmaq, digər insanlara təqdim etmək üçün azstagram.com saytı yaradılıb.
-İnstagram 15 saniyəlik video yükləmək imkanı verəndən sonra twitterin vine xidmətini üstələdi istifadəçi sayında.
- Aztagram istifadəçilər rayonlara gedib şəkillər çəkirlər. Yağış, qəza, tanınmış müğənnilər və s.
- Son vaxtlar şirkətlər Facebookla müqayisədə instagrama üstünlük verirlər.
- Saytımızda günün aztagramlı xanımı və bəyi seçilir. Çalışırıq ki, bir adamın şəklini bir-neçə dəfə seçməyək.
- Son vaxtlar instagramda da tanışlıq məsələri müşahidə edirəm.
- Növbəti instasərgi sentyabr-oktyabr aylarında planlaşdırılır.
İnstagram istifadəçisi Vüsalə Abdullayeva:
- Təxminən iki həftədir azstagramdan istifadə edirəm. İnstagramda isə fevral ayından istifadə edirəm.
- Zivədən asılan paltar şəkilləri paylaşıram daha çox. Hətta mənə deyirlər ki, zivə adlı bir hashtag yaradım.
- Gündə azı bir-iki şəkil paylaşıram.
Rəvan Bağırov:
- Mənə maraqlı görünən nə varsa çəkib paylaşıram. Yemək şəkilləri daha çox paylaşıram.
- Əvvəllər yemək yeyərkən gəzəndə normal baxılmırdı, artıq yemək yeyərkən şəkillərimizi paylaşırıq. Bu da stereotiplərin qırılmasıdır.
- İnsagramdan istifadə edərkən hashtagları ununtmamaq lazımdır.
-
FACEBOOK-da MÜZAKİRƏ ET
, YOUTUBE-də İZLƏ, RADİO-da DİNLƏ
XS
SM
MD
LG