şənbə, Noyabr 01, 2014 Bakı vaxtı 00:35

Rubrikalar

Vəfa Quluzadə: Morsi hakimiyyətdən götürülməsəydi...

Vəfa Quluzadə (Foto: Samirə Nəcəf)Vəfa Quluzadə (Foto: Samirə Nəcəf)
x
Vəfa Quluzadə (Foto: Samirə Nəcəf)
Vəfa Quluzadə (Foto: Samirə Nəcəf)
-
«Misir Yaxın Şərqin Amerika, İsrail üçün ən önəmli ölkəsidir. Ona görə Misirdə nə baş verəcək, nə cür hakimiyyət olacaq və bu hakimiyyət nə cür formalaşacaq, bu dünyanın aparıcı qüvvəsi olan Amerika üçün heç də əhəmiyyətsiz deyil. Amerika maraqlıdır ki, Misir Qərbyönlü, Amerika yönlü dövlət olsun. Amma Muhammad Morsinin və Müsəlman Qardaşlarının hakimiyyətə gəlməsi bunda şübhə yaratdı».
 
Bunu 1970-ci ildən 1974-cü ilə qədər Misirdə diplomat kimi çalışmış politoloq Vəfa Quluzadə deyir.
 
Vəfa Quluzadə Misirdə son baş verən hadisələri AzadlıqRadisouna şərh edib.
 
MORSİ HAKİMİYYƏTDƏN GÖTÜRÜLMƏSƏYDİ...
 
Politoloq deyir ki, «Əgər Morsi ordu vasitəsilə indi hakimiyyətdən götürülməsəydi, «Müsəlman Qardaşları» Misiri antiamerika və antiisrail bir dövlətə çevirəcəkdilər. Çünki «Müsəlman Qardaşları»nın ideologiyası məlumdur – İsrail ərəb torpağında yaradılmış dövlətdir, Misirlə İsrail arasında 1979-cu ildə imzalanan sülhə də yenidən baxılmalıdır, bu ədalətli müqavilə deyil və s. «Müsəlman Qardaşları»nın hakimiyyətdən getməsinin əsas səbəbləri budur. Eyni zamanda burda təhlükə də var. Çünki «Müsəlman Qardaşları» həqiqətən keçən əsrin 20-ci illərindən fəaliyyətdə olan və xəfiyyədə fəaliyyət göstərən bir təşkilatdır. Bu təşkilat hakimiyyətə gələ bildi. Mən hesab edirəm ki, Qərb qüvvələri onun hakimiyyətə gəlməsini istəmirdilər. Amma bu baş verdi. Onda Misirin gələcəyi tamamilə Qərbi təmin etməyən olacaqdı».
 
MİSİRDƏ BAŞ VERƏNLƏR DÖVLƏT ÇEVRİLİŞİDİR
 
Tahrir MeydanıTahrir Meydanı
x
Tahrir Meydanı
Tahrir Meydanı
Vəfa Qulzadə deyir ki, «Misirdə baş verənlər dövlət çevrilişidir, özü də əsgəri çevrilişdir. Amma Qərb bu əsgəri çevrilişi dəstəklədi. Heç ilk dəqiqələrdə onu çevriliş də adlandırmaq istəmirdi. Belə notlar səsləndi ki, xalq tərəfindən seçilən adam bu cür də hakimiyyətdən gedə bilər. Çünki xalqın inamını itirib. Amma bir ilin ərzində xalqın inamını nə cür itirmək olar?» Sözsüz ki, bir il ərzində Misirdə heç nə dəyişməmişdi. Ordu Hosni Mubarak ordusu idi, polis Hosni Mubarak polisi idi. Muhammad Morsi seçiləndə onlar özlərini sakit aparırdılar. Çünki Morsi həqiqətən də demokratik yolla seçilmişdi».
 
MİSİRDƏ VƏTƏNDAŞ MÜHARİBƏSİ OLA BİLƏR
 
Politoloq Misirdə vətəndaş müharibəsinin gözlənilə biləcəyindən də narahatdır: 
 
«Morsi xalqa müraciətində dedi ki, bu çevrilişi tanımayın, mübarizə aparın. Morsi əsas faktor deyil. Əsas faktor Müsəlman Qardaşları təşkilatıdır. Sözsüz ki, Müsəlman Qardaşlarını məhv etmək üçün böyük bir plan var. Bu plan Morsi hakimiyyətə gələn gündən işlənməyə başlayıb. İndi Müsəlman Qardaşları üzvlərini tuturlar, təşkilatlarını dağıdırlar. Axıra qədər bu mümkün olacaqmı? Bu Əlcəzair hadisələrinə gətirib çıxarmayacaq ki? Əlcəzairdə islamçılar 90-cı ildə qələbə çaldılar. Onda mən orada idim. Lakin əsgəri qüvvələr bu qələbəni məhv etdi. Ondan sora dəhşətli vətəndaş müharibəsi başladı. İslamçılarla ordu, hakimiyyət arasında. Yüz minlərlə adam həlak oldu. İndiyə qədər bununla bağlı terror davam edir. Mən Misirdə belə hadisələrin baş verəcəyindən narahatam».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: baci Haradan: burdan
05.07.2013 18:20
Vefa Quluzade dogru buyurur,ancaq asagidaki serhleri oxuyanda insanlarin hele qefletde oldugunu görürsen.
Mursi Amerikaya ve Israile serf elemir,herbi cevrilis Amerikanin maraqlarina xidmet edir ve Misir xalqinin ayagina kelefce vurur.
Misir Ordusunun maasi Misirden yox Israil ve Amerikadan gelir ,olara da bu pullari seudiye ötürür onda hesabnizi götürün ki veziyyet ne yerdedir.

Kimdən: aydan Haradan: Bakı
05.07.2013 06:32
Məni yazmağa məcbur edən Azərbaycanda Adəm kimi savadsızların, fil qulağında yatanların artmasıdır. Avan insan Qərbin Şərqə açdığı əsrlik müharibələrdə İslam həmişə faktor kimi götürülmüşdür.
Cavab

Kimdən: aydan gelene
05.07.2013 15:28
Allah qanunlari olmasi iddia olunan shariat qanunlari hech vaxt sivil cemiyyetde tetbiq oluna bilmez. Dunyavi tehsil ve insan azadliqlari zaman kechdikce movhumatchi, esrler boyu idare edenlerin maraqlarina hesablanan shariat qanunlarini tarixin arxivine gonderecek.

Kimdən: Bakili
05.07.2013 01:09
Islamcilarin hakimiyyete gelmesi eslinde pis deyil ama onlarin ekstremist olmasi ve olkeni idare ede bilmemesi cox tehlukelidir.Evvelce xalq buna hazir olmalidir.Boyuk hesabla goturende hakimiyyetde siyasetciler olmalidirlar cunki bele cirkli is ancaq onlarin isidir.

Kimdən: Neutrino
04.07.2013 15:57
Nümayişcilərin sayından da görünürdü ki,xalqın çox hissəsi Mursunin əlehinədir.Muüsinin tərəfdarlarının keçirdiyi mitinqlərdə insanların sayı ,onun əledarlarının mitinlərinkindən qat-qat az idi.Bəlkədə kənd yerlərində Mursinin tərəfdarları daha çoxdur.Amma bütün şəhərlər,civil dünyagörüşlü insanlar Mursinin əlehinədir.Mollalar onsuzda növbəti seçgiləri saxtalaşdırıb,nəyin bahasına olursa olsun hakimiyyətdə qalmağa çalışacaqdılar.Necəki bundan bir az əvvəl keçirilmiş referendiumu saxtalaşdırdılar.Hal hazırda Xalqların talehini 1-ci növbədə xalqlar üzləri həll edir.ABŞ,Rusiya kimi dövlətlər yalnız müəyyən qədər "nastroyka" verə bilirlər.

Kimdən: Adəm Haradan: Bakı
04.07.2013 14:49
Müsəlman ölkələrində vətəndaş müharibəsindən daha dəhşətli olan elə islamçıların hakimiyyətə gəlməsidir,orta əsrlərə xas şəriət qanunları ilə dövlətin idarə olunmasıdır.Ondan daha faciəvi yəqin heç nə yoxdu.Ən maraqlısı da budu ki, məhz müsəlman ölkələrində din siyasi ambisiyalarla çıxış edir.Elə bir xristian ölkəsi tanıyırmısınızmı ki,orada keşişlər,abbatlar və başqa din xadimləri prezident olmaq istəsinlər !?
Cavab

Kimdən: Murad Haradan: Baku
08.07.2013 12:27
Adem tamamile haqlisiniz. Dinin oz yeri, oz missiyasi vardir. Onu siyasetle qarisdiranda hormetden dushur. Bu etiraz edenler qoy etsinler. Amma heqiqet daha ucadir. Mursi hech bismillah dememish artiq xristianlarin, shiyelerin ve s/ dini azliqlarin yox edilmesinden danishirdi. Bele hakimiyyet normal insanlara gerek olmaz.
Cavab

Kimdən: Ademe
04.07.2013 23:02
Birincisi, ilk yazdığın cümle qeder gülmeli bir şey indiye kimi oxumamışdım :) Müselman ölkeleri elbette ki şeriet qaydaları ile idare olunmalıdır. Demokratiya dediyiniz menfur sistem dinle dövleti ayırmaqla eslinde dinsizliye yaxınlaşır. Özüne müselman deyen her bir şexs yalnız Allahın qaydalarını özüne rehber tutmalıdır, hansısa deputatların, meclislerin, ya da diger şexslerin uydurduğu, Yaradanın qanunlarını beyenmeyen, ona tabe olmayan qanunları deyil. Xristian ölkesi deye bir şey de yoxdu, demokratiya olan her bir dövletin temelinde dinsizlik dayanır, demokratik xristian ya da islam dövleti, dünyevi dövletler absurd meseledir. Ya din dövleti olur ya da dinsiz dövlet. Yarı ele yarı bele olmur. Quranda deyir ki, 'Yoxsa siz Kitabının bir qismini tesdiq, diger qismini inkar mı edirsiniz? Artıq sizden bele edenlerin dünya heyatındakı cezası alçaq olmaqdan başqa deyildir; qiyamet gününde de ezabın en şiddetli olanına meruz qalacaqlar. Allah etdiklerinizden qafil deyildir (Beqere 85)'.
Cavab

Kimdən: Adəm Haradan: Bakı
05.07.2013 00:09
Əgər həqiqətən də qiyamət gününə,hesab - kitaba özünüz inanırsınızsa o zaman niyə bu dünyanın var dövlətindən,hakimiyyətdən,siyasətdən uzaqlaşıb ibadətlə məşğul olmursunuz !?Artıq orta əsrlər deyil milləti əcinnə ilə qorxudub özünüzə tabe edəsiniz.
Cavab

Kimdən: hugugshunas
04.07.2013 23:55
Gagash, dini ve ya dinsiz dovlet olmur. Dine uz tutan adamlar dini ocaglara mescide, kilseye, sinagoga, mebede, monastra gedir, omrunu dine hesr edir ve ya ibadetini edir, ve s. Daha gelib oz dinini zorla ona buna sirimir. Dovleti ise molla, din, sheriet ganunlari ile idare etmek olmaz, dovleti hugugi ve sivil ganunlarla idare etmek gerekdir. Galdi ki, sheriet, din ganunlarinin yazilmasina, onlari allah yox, senin kimi dayaz adamlari 7-ci esrde idare etmek uchun bir az agli senden artig olan birisi yazib.
Cavab

Kimdən: Cabrayil Haradan: uzaqlardan
04.07.2013 23:15
Ademe adam ucun bir misal gatirmak istayirdim sanin yazdigini oxuyandan sonra vaz kecdim.Amma yenada deyim ki,ilk gunahi edan ela Adam babamiz olub.Yenada Allah onu bagislayib,Allah bu balaca adamimizada nicat versin Insaallah.
Cavab

Kimdən: Anar Haradan: Baki
04.07.2013 16:10
He ele olke var Adem. Vatikan.Tibet.
Cavab

Kimdən: hugugshunasa
31.07.2013 20:27
Tam tersinedi, hugugshunas. Sizin sisteminiz diger insanlar terefinden sizin kimi özünü ağıllı sayanları rahatca idare elemek üçün qurulub. Şeriet ise seni de, meni de, etrafında gördüyün-görmediyin her şeyi de Yaradan Allah terefinden qoyulan qanunlardı, kimlerinse nefsine, şexsi ambisiyalarına xidmet etmir, en edaletli idare sistemidir. Şerietde dini sırımaq deye birşey yoxdur, mövcud sistemlerde bizlere sırınan şey imansızlıq ve namussuzluqdu. Toplumun ne qeder namussuzlaşdığını görmürsünüz? İslamda ise tebliğat var, tebliğ etmek vezifemizdi, çünki heqiqetleri bilmek hamının haqqıdı. İnanan inanar, mükafatı Allah qatındadı, inanmayan da inananlara qarışmadığı müddetce, aralığı qarışdırmadığı, inananlara hücum etmediyi müddetce yene de serbestdi, hökmü de Allah qatındadı. Fikirleşende derinden fikirleşmeye çalışın, en azından kiçik de olsa araşdırma eliyin ki bele gülmeli veziyyetlere düşmeyesiniz :)
Cavab

Kimdən: Anar-a
04.07.2013 16:26
Vatikanla ve ya Tibetle, siyasete girishmish mollalarin yaratdigi mollaxana-muselman olkelerini mugayise etmek bashdanxarabligdir.

Top 5 (son 1 həftə)